 |
Mədəniyyət
MƏMMƏD ARAZIN XATİRƏSİ ƏBƏDİLƏŞDİRİLƏCƏK 2010-03-12
|
Azərbaycan prezidenti İlham Əliyev Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, xalq şairi Məmməd Arazın (Məmməd İnfil oğlu İbrahimovun) xatirəsini əbədiləşdirilməsi haqqında sərəncam imzalayıb. APA-nın «Azərtac»a istinadən verdiyi məlumata görə, sərəncamla Bakı Şəhər İcra Hakimiyyətinə Bakı şəhərində küçələrdən birinə Məmməd Arazın adının verilməsini və onun yaşadığı binaya (İstiqlaliyyət küçəsi, 9) xatirə lövhəsinin vurulmasını təmin etmək tapşırılıb. 632 dəfə baxılıb
|