|
![]() |
|||||||
|
|
||||||
|
|
|
|||||
Tam 1 ildir ki, bağırsaqları və onurğasında yaranmış xəstəliklər üzündən yataq xəstəsinə çevrilən Azərbaycanın xalq artisti, tanınmış aktyor və rejissor Ramiz Əzizbəyli artıq özünü yaxşı hiss edir. Səhhəti barədə məlumat verən Ramiz müəllim bildirib ki, əhvalının yüksək olmasına baxmayaraq, hələ də ciddi həkim nəzarətindədir və növbəti dəfə cərrahiyyə əməliyyatı keçirəcək. "Allaha min şükür ki, çox yaxşıyam. Müalicəm uğurla davam edir. Amma yaxın aylarda daha bir əməliyyat keçirməliyəm. Lakin həkimlər bədənimin immun sistemini daha da möhkəmləndirmək istəyir ki, əməliyyat daha uğurlu olsun", - deyə o bildirib. Dövlət tərəfindən yetərincə dəstək aldığını vurğulayan xalq artistinin sözlərinə görə, əməliyyatının xarici ölkələrdən birində həyata keçirilməsiylə bağlı müxtəlif qurumlar təşəbbüs də göstərib: "Səhhətimlə çox maraqlanırlar, hətta Səhiyyə Nazirliyindən konkret təklif gəldi ki, xarici ölkələrdən hansına istəsəm, orada məni müalicə olunmağa göndərə bilərlər. Mən isə müalicəmi burada davam etdirməyi üstün tutdum. İnşallah, hər şeyin yaxşı sonunclanacağına əminəm". Telefon söhbəti zamanı zarafatından da qalmayan Ramiz müəllim sualları yekunlaşdırmağı xahiş edib ki, Dövlət Yol Polisinin əməkdaşları sükan arxasında telefonla danışdığına görə onu cərimələməsin. Sevimli sənətkarımıza Allahdan şəfa diləyib, tezliklə yaradıcılıq işlərinin başına dönməyini arzulayırıq (ANSPRESS).
1640 dəfə baxılıb
|
[11.02.2012] - BƏSTƏKAR ELZA İB RAHİMOVA VƏFAT EDİB [25.01.2012] - ERMƏNİLƏRİN “SARI GƏLİN”ə İDDİALARINA TUTARLI CAVABLAR [24.01.2012] - İLHAMƏ QASIMOVA AVROPA TURNESİNƏ ÇIXDI [14.01.2012] - AYGÜN KAZIMOVANIN QARDAŞI HƏBS OLUNUB [11.01.2012] - “EUROVİSİON 2012" MÜSABİQƏSİNİN ARENASININ DAMI HAZIRDI [09.01.2012] - "ƏLİ VƏ NİNO" HOLLİVUDDA EKRANLAŞDIRILACAQ [07.01.2012] - YAŞAR NURİ ÜÇÜN DUALAR EDİLİR [28.12.2011] - RAFAEL DADAŞOV OD PÜSKÜRDÜ [27.12.2011] - XALQ ARTİSTLƏRİNƏ XƏBƏRDARLIQ OLUNUB [25.12.2011] - “EUROVİSON”a NÖVBƏTİ İDDİALI MƏLUM OLDU [24.12.2011] - TANINMIŞ MÜĞƏNNİLƏR XALQI FRANSIZ MƏHSULLARDAN İMTİNAYA SƏSLƏDİ [22.12.2011] - YAŞAR NURİNİN SƏHHƏTİ YENƏ DƏ AĞIRDIR [21.12.2011] - RÖYA “AZERCELL”i PROKURORLUĞA VERDİ [14.12.2011] - QƏDİR RÜSTƏMOV VƏFAT ETDİ [06.12.2011] - QƏDİR RÜSTƏMOVLA YAŞAR NURİNİN SƏHHƏTİNDƏ İRƏLİLƏYİŞ YOXDUR [01.12.2011] - MONİKA BELUÇÇİ TÜRKİYƏDƏ FİLMƏ ÇƏKİLİR [23.11.2011] - QƏDİR RÜSTƏMOV HƏLƏ DƏ ÖLÜMLƏ ÇARPIŞIR [16.11.2011] - XALQ ARTİSTİ YAŞAR NURİYƏ DİAQNOZ QOYULUB [16.11.2011] - YAŞAR NURİ VƏ QƏDİR RÜSTƏMOVUN HƏYATINA TƏHLÜKƏ QALIR |
| Yeni MÜSAVAT © 2008 |
|