22 may 2012
Onlayn ictimai-siyasi qəzet
ANA SƏHİFƏ SON DƏQİQƏ ARXİV ƏLAQƏ WAP
Mənəviyyat

YALNIZ ORUC TUTMAQ DA SAVABDIR

2009-08-22

Kənan Rövşənoğlu: “Biri təkcə oruc tutursa onu alqışlamaq lazımdır, o da özünü hazır bildiyi işi yerinə yetirir”

İslamın insan üçün buyurduğu ən gözəl ibadətlərdən biri olan orucla bağlı müxtəlif yanaşmalar var. Məsələn, elə adam var ki, oruc tutur və bununla da özünü bütün günahlardan qurtulmuş hesab edir. Maraqlıdır, yalnız oruc tutmaq kifayətdirmi? Insanlar nə etməlidir ki, çəkdikləri əziyyət prosedur kimi yox, ibadət kimi qəbul olunsun? Ümumiyyətlə, oruc tutan şəxs daha hansı ayinləri icra etməlidir?

İlahiyyatçı Kənan Rövşənoğlunun sözlərinə görə, oruc tutan şəxs mütləq 9 ayini icra etməlidir. O ki qaldı “yalnız oruc tutmaq qəbul olunurmu” sualına, həmsöhbətimiz bildirdi ki, Allah-Təala tərəfindən müsəlmanlara buyurulan 10 ibadətin biri Ramazan ayında oruc tutmaqdır: “İlin digər vaxtlarında da oruc tutmaq olar. Nəzir orucu, savab orucu, həmçinin mübarək günlər var ki, həmin günlərdə oruc tutmaq olar. Amma Ramazan ayında heç bir xüsusi niyyət olmadan, yalnız Allahın buyruğunu yerinə yetirmək üçün oruc tutulmalıdır. Təbii ki, istisnalar var, səhhəti imkan verməyənlərə, süd verən analara müəyyən güzəştlər var. Bəzən deyirlər ki, filankəs namaz qılır, oruc tutur dindardır. Dindarlığın göstəricisi təkcə namaz, oruc deyil, daha 8 əməl var ki, müsəlman ona əməl etməlidir. Onların içində Həcc ziyarəti, insanın nəfslə mübarizəsi, pislikdən çəkindirib yaxşılığa dəvət etmək və s. var. Oruc tutub amma namaz qılmayan, Həccə getməyən adamlara demək olmaz ki, sənin oruc tutmağın olmaz. Təbii ki, Allahın buyruğu hamısını yerinə yetirməkdir. Lakin biri təkcə oruc tutursa onu da alqışlamaq lazımdır, o da bacardığı, özünü hazır bildiyi işi yerinə yetirir”.
Həmsöhbətimiz bildirdi ki, oruc tutan lazım olan ayinləri - qida qəbul etməmək, cinsi əlaqədə olmamaq, istimna, qatı toz udmamaq, sübh azanına qədər vacib qüsullu qalmamaq, qəsdən qusmamaq, imalə etməmək, yalan danışmamaq - yerinə yetirsə onun orucu ibadət kimi qəbul olunur.

HƏBİBƏ

928 dəfə baxılıb

Xəbəri paylaş

[05.08.2010] - HACL İLQAR İBRAHİMOĞLU: "RAMAZAN AYI MƏNƏVİ İMUNİTETİN FORMALAŞMASI ÜÇÜN GÖZƏL FÜRSƏTDİR"

[20.04.2010] - HACI İLQAR TÜRKİYƏ TELEKANALINDA ÇIXIŞ EDİB

[01.11.2009] - “HƏCC ZİYARƏTİ QADINLARA HARAMDIR”

[30.10.2009] - DİN XADİMLƏRİNİ İMTAHANA ÇƏKƏCƏKLƏR

[02.10.2009] - «QURANDA RADİKALLIQ TƏBLİĞ OLUNMUR»

[27.09.2009] - “İSLAMDA FALÇILIQ GÜNAH HESAB OLUNUR”

[12.09.2009] - “FATİMEYİ-ZƏHRA” MƏSCİDİ AÇILA BİLƏR

[07.09.2009] - SƏFƏR ZAMANI ORUC TUTMAQ OLAR, ƏGƏR...

[05.09.2009] - SƏUDİYYƏ ƏRƏBİSTAN XƏBƏRDARLIQ ETDİ

[04.09.2009] - SÖKÜLƏCƏK MƏSCİDLƏ BAĞLI APELYASİYA ŞİKAYƏTİ EDİLƏCƏK

[04.09.2009] - ALLAH EVLƏRİNƏ TƏHLÜKƏ TÜRKİYƏ MƏTBUATINDA

[03.09.2009] - «FATİMEYİ-ZƏHRA» MƏSCİDİ İLƏ BAĞLI PREZİDENTƏ MÜRACİƏT EDİLDİ

[03.09.2009] - «SÖKÜLƏCƏK MƏSCİDLƏRIN UZUN SİYAHISI VAR»

[31.08.2009] - RAMAZAN AYINDA QURBAN KƏSMƏK OLARMI?

[31.08.2009] - DÜNYANI XİLAS EDƏCƏK ŞƏXS

[31.08.2009] - ORUCUN KƏFFARƏSİ VƏ QƏZASI

[27.08.2009] - «HAKİMİYYƏT MƏSCİDLƏRİN ÇOX OLMASINI İSTƏMİR»

[22.08.2009] - ORUC TUTANLAR NECƏ QİDALANMALIDIR?

[22.08.2009] - YALNIZ ORUC TUTMAQ DA SAVABDIR

[22.08.2009] - “NAMAZ QILMAYANLAR DA ORUC TUTA BİLƏRLƏR”

ARXIV

Yeni MÜSAVAT © 2008