|
Mənəviyyat
«HAKİMİYYƏT MƏSCİDLƏRİN ÇOX OLMASINI İSTƏMİR» 2009-08-27 Kənan Rövşənoğlu: «Məscid sökənlər müsəlmanlardan yox, Allahdan qorxsunlar»
|
Bakıda sökülən və sökülməsi planlaşdırılan məscidlərin sayı çoxalmaqdadır. «Azadlıq» qəzeti yazır ki, Suraxanıda yerləşən «Fatimeyi-Zəhra» məscidinin sökülməsi ilə əlaqədar bu rayonun icra hakimiyyəti məhkəməyə müraciət edib. Bundan başqa, «Neftçilər» metrosu yaxınlığında yerləşən «Mehdi-Sahibəzzaman», Bakıxanov qəsəbəsindəki «İmam Rza», 6-cı mikrorayondakı «Həzrət Əli», Yasamaldakı «İlahiyyat» məscidlərinin də sökülməsi planlaşdırılır. Xatırladaq ki, məscid söküntüsü təzə başlayanda Qafqaz Müsəlmanları İdarəsindən (QMİ) Allahın adına inşa edilən hansısa tikilinin sökülməsi pislənmişdi. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi isə məscidləri qanunsuz tikili adlandıraraq sökülməsini normal qarşılamışdı. Tanınmış ilahiyyatçı Kənan Rövşənoğlu məsələ ilə bağlı danışarkən məscid sökənləri müsəlmanlardan deyil, Allahdan qorxmağa çağırdı: «Məscid ərəb sözüdür və mənası səcdə olunan yer deməkdir. Səcdə isə Allaha ola bilər, müsəlman Allahdan başqa qeyrisinə səcdə etmir. Bu baxımdan məscidlər Qurani-Kərimdə də Allahın evi olaraq göstərilir. Məscid həm də memarlıqda müsəlmanlığın simvoludur. Müsəlmanlar arasında məscidin sökülməsi çox pis qarşılanır. Qurani-Kərimdə Kəbənin sökülməsi ilə bağlı surə var və bu, pislənir, göstərilir ki, Allah öz evini qoruyur. Tarixdə də var ki, Sultan Mahmud Qəznəvi Bağdada hücum edəndə xəlifəyə məktub yazır, bildirir ki, Bağdadı dağıdacam. Onda xəlifə ona üç hərfdən ibarət cavab yazır: əlif, lam, mim. Bu nə deməkdir? Kəbənin dağıdılması ilə bağlı Quranda surə var və həmin surə bu üç hərflə başlayır. Sultan Mahmud başa düşür ki, xəlifə bununla "qüdrət səndə deyil, Allahdadır" deyir. Ondan sonra Bağdadı dağıtmaq fikrindən daşınır. Bizdə məscid söküntülərini müxtəlif səbəblərlə bağlayırlar. Məsələn, Neft Daşlarında məscidi söküb adını da qoyurlar ki, dibini su yuyur, yaxud Yasamaldakı məscidin qeyri-qanuni tikildiyini deyirlər". İlahiyyatçının sözlərinə görə, qanunsuz tikilini qanuniləşdirmək olar: «Yaxud məscidin bünövrəsini su yuyursa, təzəsi tikilə bilər. Təbii ki, bunun üçün istək olmalıdır. Bu, onu göstərir ki, hakimiyyətdəkilər istəmirlər şəhərdə məscidlərin sayı çoxalsın. Məscid sökənlər gərək nəzərə alsınlar ki, müsəlmanların qəzəbindən daha yüksəkdə Allahın qəzəbi dayanır». HƏBİBƏ 902 dəfə baxılıb
|
[05.08.2010] - HACL İLQAR İBRAHİMOĞLU: "RAMAZAN AYI MƏNƏVİ İMUNİTETİN FORMALAŞMASI ÜÇÜN GÖZƏL FÜRSƏTDİR" [20.04.2010] - HACI İLQAR TÜRKİYƏ TELEKANALINDA ÇIXIŞ EDİB [01.11.2009] - “HƏCC ZİYARƏTİ QADINLARA HARAMDIR” [30.10.2009] - DİN XADİMLƏRİNİ İMTAHANA ÇƏKƏCƏKLƏR [02.10.2009] - «QURANDA RADİKALLIQ TƏBLİĞ OLUNMUR» [27.09.2009] - “İSLAMDA FALÇILIQ GÜNAH HESAB OLUNUR” [12.09.2009] - “FATİMEYİ-ZƏHRA” MƏSCİDİ AÇILA BİLƏR [07.09.2009] - SƏFƏR ZAMANI ORUC TUTMAQ OLAR, ƏGƏR... [05.09.2009] - SƏUDİYYƏ ƏRƏBİSTAN XƏBƏRDARLIQ ETDİ [04.09.2009] - SÖKÜLƏCƏK MƏSCİDLƏ BAĞLI APELYASİYA ŞİKAYƏTİ EDİLƏCƏK [04.09.2009] - ALLAH EVLƏRİNƏ TƏHLÜKƏ TÜRKİYƏ MƏTBUATINDA [03.09.2009] - «FATİMEYİ-ZƏHRA» MƏSCİDİ İLƏ BAĞLI PREZİDENTƏ MÜRACİƏT EDİLDİ [03.09.2009] - «SÖKÜLƏCƏK MƏSCİDLƏRIN UZUN SİYAHISI VAR» [31.08.2009] - RAMAZAN AYINDA QURBAN KƏSMƏK OLARMI? [31.08.2009] - DÜNYANI XİLAS EDƏCƏK ŞƏXS [31.08.2009] - ORUCUN KƏFFARƏSİ VƏ QƏZASI [27.08.2009] - «HAKİMİYYƏT MƏSCİDLƏRİN ÇOX OLMASINI İSTƏMİR» [22.08.2009] - ORUC TUTANLAR NECƏ QİDALANMALIDIR? [22.08.2009] - YALNIZ ORUC TUTMAQ DA SAVABDIR [22.08.2009] - “NAMAZ QILMAYANLAR DA ORUC TUTA BİLƏRLƏR” ARXIV
|