23 may 2012
Onlayn ictimai-siyasi qəzet
ANA SƏHİFƏ SON DƏQİQƏ ARXİV ƏLAQƏ WAP
Mənəviyyat

ORUCUN KƏFFARƏSİ VƏ QƏZASI

2009-08-31

Ramazan ayının 10-cu günündəyik. Bu ayda oruc tutan insanları maraqlandıran məsələlərdən biri də orucun qəzası və kəffarəsi ilə bağlıdır. İslam alimlərinə görə, oruc kəffarəsi iki qəməri ay və ya 60 gün ara vermədən oruc tutmaqdır. Ramazan ayında tutulan orucun qəsdən pozulması vəziyyətində kəffarə, başqa hallarda pozulan oruc üçün isə qəza vacibdir. Buna gücü çatmayan kəs 60 kasıbı bir gün, ya da bir kasıbı 60 gün doyurmalıdır.

Quran-i Kərimdə oruc kəffarəsi mövzusunda bir hökm yoxdur. Ancaq qəza ilə bağlı müəyyən hökmlər var. Əgər bir şəxs Ramazan ayının orucunda qəsdən qussa, təkcə o günün qəzasını tutmalıdır. Əgər gecə cənabət halında üç dəfə oyanıb yatsa və sübh azanına qədər oyanmasa, yaxud qəsdən imalə etsə, ya başını suya batırsa, yaxud Allah və Peyğəmbərin (s) adından yalan danışsa, ehtiyat vacibə görə kəffarə də verməlidir. Bunlardan başqa orucu batil edən sair işləri qəsdən görsə, o halda o işin orucunu batil etdiyini bildiyi halda həm qəza, həm də kəffarə vacibdir.
Əgər məsələni bilməməzlik üzündən orucu batil edən işlərdən birini görsə, bu halda məsələni öyrənə bilərdisə, ehtiyata görə kəffarə ona vacibdir. Amma məsələni öyrənə bilməzdisə, ya ümumiyyətlə məsələdən agah deyildisə və ya hansısa bir işin orucu batil etmədiyinə yəqini var idisə, orucu batil deyil.
Ramazan ayının orucunun kəffarəsi vacib olan bir şəxs ya 2 ay oruc tutmalı, ya da 60 fəqiri doyuzdurmalı, yaxud onların hər birinə bir müdd (təqribən 750 qr) təam (yəni, buğda, arpa və bu kimi şeylər) verməlidir. 2 ay kəffarə orucu tutmaq istəyən şəxs 31 günü ardıcıl tutmalıdır, yerdə qalan günlər (29 gün) isə ardıcıl olmaya da bilər. Bu zaman ardıcıl tutmalı olduğu 31 günü elə gündə başlamalıdır ki, orucu haram günlərə (Qurban bayramı kimi) düşməsin.
Ardıcıl oruc tutmalı olan bir şəxs arada üzrsüz səbəbə görə bir gün oruc tutmasa, yaxud tutduğu oruc günlərinin arasında orucu vacib olan bir günə çatsa (məsələn, oruc tutmağı nəzir etdiyi günə təsadüf etsə) gərək orucları əvvəldən başlasın. Əgər ardıcıl oruc tutmalı olan günlər əsnasında heyz, nifas kimi üzr, yaxud getməyə məcbur olduğu bir səfər qarşıya çıxsa, üzrü aradan qalxandan sonra günlərin əvvəldən başlaması vacib deyil, yerdə qalanlarını üzrü aradan qalxdıqdan sonra tutmalıdır. Ramazan ayının orucunun qəzasını isə fasiləsiz yerinə yetirməyə ehtiyac yoxdur.
Xəstəlik səbəbindən Ramazan ayının orucunu tuta bilməyən şəxs sağalarsa, gərək orucları qəza etsin. Əgər növbəti ilə qalarsa, orucların qəzasından əlavə, gərək hər gün üçün yoxsula bir müdd təam versin. Ramazan ayında bir müddət oruc tutmayan və oruclarının sayını bilməyən şəxs üçün hökm belədir: “Ən az bildiyiniz miqdarla kifayətlənə bilərsiniz; yəni qədərini bildiyiniz orucların sayı kifayətləndiyiniz miqdardan az olmasın”.
Qəza orucunu tutmaqda səhlənkarlıq edən və xəstəliyə görə onu yerinə yetirə bilməyən şəxsin vəzifəsi dinimizdə belə izah edilir: “Əgər bir kəs orucları qəza etməkdə səhlənkarlıq etsə və növbəti Ramazana qədər qəzaları yerinə yetirə bilməsə, gərək yoxsula hər gün üçün bir müdd təam versin və bacardığı vaxtda onları qəza etsin”.

Nailə RÖVŞƏNQIZI

1193 dəfə baxılıb

Xəbəri paylaş

[05.08.2010] - HACL İLQAR İBRAHİMOĞLU: "RAMAZAN AYI MƏNƏVİ İMUNİTETİN FORMALAŞMASI ÜÇÜN GÖZƏL FÜRSƏTDİR"

[20.04.2010] - HACI İLQAR TÜRKİYƏ TELEKANALINDA ÇIXIŞ EDİB

[01.11.2009] - “HƏCC ZİYARƏTİ QADINLARA HARAMDIR”

[30.10.2009] - DİN XADİMLƏRİNİ İMTAHANA ÇƏKƏCƏKLƏR

[02.10.2009] - «QURANDA RADİKALLIQ TƏBLİĞ OLUNMUR»

[27.09.2009] - “İSLAMDA FALÇILIQ GÜNAH HESAB OLUNUR”

[12.09.2009] - “FATİMEYİ-ZƏHRA” MƏSCİDİ AÇILA BİLƏR

[07.09.2009] - SƏFƏR ZAMANI ORUC TUTMAQ OLAR, ƏGƏR...

[05.09.2009] - SƏUDİYYƏ ƏRƏBİSTAN XƏBƏRDARLIQ ETDİ

[04.09.2009] - SÖKÜLƏCƏK MƏSCİDLƏ BAĞLI APELYASİYA ŞİKAYƏTİ EDİLƏCƏK

[04.09.2009] - ALLAH EVLƏRİNƏ TƏHLÜKƏ TÜRKİYƏ MƏTBUATINDA

[03.09.2009] - «FATİMEYİ-ZƏHRA» MƏSCİDİ İLƏ BAĞLI PREZİDENTƏ MÜRACİƏT EDİLDİ

[03.09.2009] - «SÖKÜLƏCƏK MƏSCİDLƏRIN UZUN SİYAHISI VAR»

[31.08.2009] - RAMAZAN AYINDA QURBAN KƏSMƏK OLARMI?

[31.08.2009] - DÜNYANI XİLAS EDƏCƏK ŞƏXS

[31.08.2009] - ORUCUN KƏFFARƏSİ VƏ QƏZASI

[27.08.2009] - «HAKİMİYYƏT MƏSCİDLƏRİN ÇOX OLMASINI İSTƏMİR»

[22.08.2009] - ORUC TUTANLAR NECƏ QİDALANMALIDIR?

[22.08.2009] - YALNIZ ORUC TUTMAQ DA SAVABDIR

[22.08.2009] - “NAMAZ QILMAYANLAR DA ORUC TUTA BİLƏRLƏR”

ARXIV

Yeni MÜSAVAT © 2008