23 may 2012
Onlayn ictimai-siyasi qəzet
ANA SƏHİFƏ SON DƏQİQƏ ARXİV ƏLAQƏ WAP
Mənəviyyat

«SÖKÜLƏCƏK MƏSCİDLƏRIN UZUN SİYAHISI VAR»

2009-09-03

Hacı İlqar İbrahimoğlu: «Azərbaycanda İslam və inancla bağlı ciddi təhlükə yaranıb»

Çox qəribədir, ölkə başçısının sərəncamı ilə 2009-cu ildə Bakını İslam Mədəniyyəti paytaxtı elan edib, ardınca şəhərdə məscidləri bağlamağa, sökməyə başlayıblar. «Əbu-Bəkr», «İlahiyyat», «Şəhidlər» məscidləri qapadıldı, Yasamalda «Peyğəmbər» məscidinin inşası dayandırıldı. Bir neçə gün öncə isə Yeni Günəşlidə «Fatimeyi-Zəhra» məscidinin sökülməsinə qərar verilib. Müsəlman ölkəsində hər hansı bir bəhanə ilə Allah evlərinin sökülməsi, qapadılması adi hal sayıla bilməz.

Amma iqtidar bu cür hərəkətlərini ard-arda düzməklə, sanki bu prosesi adiləşdirmək istəyir. İnanclı insanların heysiyyətinə toxunan belə hərəkətlər etmək təbii ki, ağrılı nəticələrə səbəb ola bilər. Məsələn, Bakı Şəhər İcra Hakimiyyətinin qarşısında «Fatimeyi-Zəhra» məscidinin sökülməsinə etiraz edən dindarlar əllərində «Qan su yerinə axacaq- əgər məscid sökülsə!», «Zindan dustaqlarla dolacaq, əgər məscid sökülsə!» kimi şüarlar yazılmış plakatlar tutublar. Hadisə yerinə gələn polis isə aksiya iştirakçılarına zorakılıqlar tətbiq edərək, onları ərazidən uzaqlaşdırıb. Nəzərə çatdıraq ki, bir qayda olaraq insanların dini azadlıqlarını məhdudlaşdıranda onlar radikal üsullara əl atırlar. Bu, bütün dünyada bir tendensiya kimi mövcuddur. Bu baxımdan məscidlərin sökülməsi ilə bağlı prosesin din xadimləri tərəfindən ciddi narahatlıqla qarşılanması əsassız ola bilməz. Problem o dərəcədə narahatedicidir ki, heç zaman heç bir məsələ ilə bağlı Qafqaz Müsəlmanları İdarəsinin rəhbəri Hacı Allahşükür Paşazadəyə müraciət etməyən tanınmış din xadimi, ilahiyyatçı alim, Dini Etiqad və Vicdan Azadlıqlarının Müdafiəsi Mərkəzinin rəhbəri Hacı İlqar İbrahimoğlu ona səslənib. O, «Yeni Müsavat»ın ötən saylarında dərc etdirdiyi köşə yazısında qeyd edib: «...Cənab Hacı Allahşükür Paşazadə! Həyatımda ilk dəfə olaraq Sizə, müsəlmanların məsuliyyətini üzərində daşımalı olan bir insan kimi xitab edirəm. Bu məscidsökmə rəzilliyinin qarşısına çıxın. Sökülən məscidlər məmləkətinin görəvli bir müsəlman insanı kimi öz tarixi məsuliyyətinizi icra ediniz! Dar qəbirdə, Qiyamət günündə, axirət aləmində hər birimizdən sorulacaq: «Allah evləri sökülərkən sən nə edirdin?» Bu suala nə cavab verəcəyik?!»...

***

Hələlik görünən budur ki, hörmətli şeyx susqunluğunu davam etdirir. Məscidlərin sökülməsi ilə bağlı onun hansısa bir bəyanatının olmaması təbii ki, normal deyil. Bu məsələlərlə bağlı QMİ sədri bir müddət öncə absurd bir açıqlama vermişdi. O, faktiki olaraq bu prosesə haqq qazandırmışdı. Yəni o, məscidlərin sənədləşdirilməsi tərəfdarı olduğunu bildirmişdi. Lakin məsələ ondadır ki, burada söhbət sənədləşmədən deyil, məscidlərin bağlanmasından, sökülməsindən gedir. Yəni məmurlar Allah evlərinin tikintisi ilə bağlı lazımı sənədlərin qaydaya qoyulması əvəzinə, onları dağıdırlarsa, deməli, burada məqsəd başqadır.
Bu proseslər isə Azərbaycana heç də uğur vəd etmir. Belə bir düşüncə formalaşır ki, hansısa qüvvələr bu addımların atılmasında və onun nəticəsində Azərbaycanda dini zəmində qarşıdurma yaranmasında maraqlıdır. Odur ki, din xadimlərinin bu məsələdə həyəcan təbili çalması və şeyxi bu proseslərə biganə qalmamağa səsləməsi zərurətdən doğub.
Lakin maraqlıdır ki, hələlik şeyxin bu müraciətə reaksiyası hiss olunmur. İ.İbrahimoğlunun müraciəti ilə bağlı hansısa işlər görməyi planlaşdırıb-planlaşdırmadıqlarını öyrənmək üçün Qafqaz Müsəlmanları İdarəsinin mətbuat xidmətinin rəhbəri Rəhimə Dadaşovaya telefon açdıq. Lakin gün ərzində ona açdığımız bir neçə telefon zəngi cavabsız qaldı. Eləcə də, hörmətli şeyxin özünə etdiyimiz zənglərə cavab verilmədi.
Hacı İlqar isə bildirdi ki, məscidlərlə bağlı uzun müddətdir aparılan kampaniya durdurulmasa, bunun çox ciddi fəsadları olacaq: «Mənim şeyxə müraciətimin də mahiyyətində o durur ki, Azərbaycanda İslam və inancla bağlı ciddi təhlükə görürəm. Düşünürəm ki, bu məscid sökülərsə, onun ardınca çox ciddi şəkildə İslama və inanca qarşı basqılar başlayacaq. Mən «Fatimeyi-Zəhra» məscidi ilə bağlı məsələni strateji mövzu kimi dəyərləndirirəm. Hətta mən haqsız olaraq zindanda saxlanıldığım dönəmdə bununla və ya hansısa bir fərdi işimlə bağlı heç kimə müraciət etməmişəm. İndi ölkədə İslamla bağlı situasiya təhlükəli həddə çatdığından QMİ sədrinə müraciət etmək qərarına gəldim. Bu, Azərbaycanda İslam və inancla bağlı rəsmi məsuliyyət daşıyan bir insana ünvanlanan, həm də Qiyamət və onunla bağlı məsuliyyətimizi xatırladan bir müraciətdir".
Müraciətə reaksiyalar olubmu? Bu suala cavabında Hacı İlqar qeyd etdi ki, ictimai rəydə bununla bağlı kifayət qədər ciddi müzakirələr gedib: «Həmçinin dini camiyədən də mənə bununla bağlı suallar gəlməkdədir ki, vəziyyət o qədər ağırdırmı  - Qiyaməti xatırlatma məzmunlu bir müraciət edilib? Mənim isə cavabım belə olur ki, doğrudan vəziyyəti çox ağır görürəm. Çünki bizə məlumatlar daxil olur ki, əgər «Fatimeyi-Zəhra» məscidinin sökülməsinin qarşısı alınmasa, bunun ardınca sökülməsi planlaşdırılan məscidlərlə bağlı uzun bir siyahı var. «Fatimeyi-Zəhra»nın sökülməsi məsələsi bir nəbz yoxlamasıdır. Bu hadisə sovet dövründən də dəhşətli bir şəkildə İslam və inanca qarşı hərəkət və davranışların başlanğıcı ola bilər».
QMİ-dən onun müraciətinə reaksiya verilibmi? Hacı İlqar buna cavabında «hələ bu haqda heç bir şərh vermək istəməzdim» deyə cavab verdi.

Elşad MƏMMƏDLİ

2376 dəfə baxılıb

Xəbəri paylaş

[05.08.2010] - HACL İLQAR İBRAHİMOĞLU: "RAMAZAN AYI MƏNƏVİ İMUNİTETİN FORMALAŞMASI ÜÇÜN GÖZƏL FÜRSƏTDİR"

[20.04.2010] - HACI İLQAR TÜRKİYƏ TELEKANALINDA ÇIXIŞ EDİB

[01.11.2009] - “HƏCC ZİYARƏTİ QADINLARA HARAMDIR”

[30.10.2009] - DİN XADİMLƏRİNİ İMTAHANA ÇƏKƏCƏKLƏR

[02.10.2009] - «QURANDA RADİKALLIQ TƏBLİĞ OLUNMUR»

[27.09.2009] - “İSLAMDA FALÇILIQ GÜNAH HESAB OLUNUR”

[12.09.2009] - “FATİMEYİ-ZƏHRA” MƏSCİDİ AÇILA BİLƏR

[07.09.2009] - SƏFƏR ZAMANI ORUC TUTMAQ OLAR, ƏGƏR...

[05.09.2009] - SƏUDİYYƏ ƏRƏBİSTAN XƏBƏRDARLIQ ETDİ

[04.09.2009] - SÖKÜLƏCƏK MƏSCİDLƏ BAĞLI APELYASİYA ŞİKAYƏTİ EDİLƏCƏK

[04.09.2009] - ALLAH EVLƏRİNƏ TƏHLÜKƏ TÜRKİYƏ MƏTBUATINDA

[03.09.2009] - «FATİMEYİ-ZƏHRA» MƏSCİDİ İLƏ BAĞLI PREZİDENTƏ MÜRACİƏT EDİLDİ

[03.09.2009] - «SÖKÜLƏCƏK MƏSCİDLƏRIN UZUN SİYAHISI VAR»

[31.08.2009] - RAMAZAN AYINDA QURBAN KƏSMƏK OLARMI?

[31.08.2009] - DÜNYANI XİLAS EDƏCƏK ŞƏXS

[31.08.2009] - ORUCUN KƏFFARƏSİ VƏ QƏZASI

[27.08.2009] - «HAKİMİYYƏT MƏSCİDLƏRİN ÇOX OLMASINI İSTƏMİR»

[22.08.2009] - ORUC TUTANLAR NECƏ QİDALANMALIDIR?

[22.08.2009] - YALNIZ ORUC TUTMAQ DA SAVABDIR

[22.08.2009] - “NAMAZ QILMAYANLAR DA ORUC TUTA BİLƏRLƏR”

ARXIV

Yeni MÜSAVAT © 2008