23 may 2012
Onlayn ictimai-siyasi qəzet
ANA SƏHİFƏ SON DƏQİQƏ ARXİV ƏLAQƏ WAP
Mənəviyyat

«FATİMEYİ-ZƏHRA» MƏSCİDİ İLƏ BAĞLI PREZİDENTƏ MÜRACİƏT EDİLDİ

2009-09-03

Dindarlar ibadət evinin uçurulmayacağına ümid edir

Srağagün Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) qarşısında aksiya keçirən dindarlar dövlət başçısı İlham Əliyevə şikayət məktubu yazıblar. Bu barədə ANS press-ə «Milli-mənəvi dəyərlər» İctimai Birliyinin üzvü Ramil Bayramov məlumat verib. Bayramov bildirib ki, Suraxanı rayonu ərazisində yerləşən «Fatimeyi-Zəhra» məscidinin sökülməsinə etiraz edən dindarlar şikayət və narahatlıqlarını www.prezident.az saytı vasitəsilə dövlət başçısına çatdırıblar.

«Dindarlar hesab edirlər ki, prezidentin məscidlərin sökülməsindən xəbəri yoxdur. Bu səbəbdən məktub yazıb narahatlığımızı bildirdik». Onun sözlərinə görə, BŞİH-dən isə onlara bildirilib ki, şikayətlərinə cümə günü (sentyabrın 4-də - red.) günortadan sonra cavab veriləcək: «Bizə nə cavab verəcəklərini gözləyirik. Ümid edirik ki, məscid sökülməyəcək. Əks təqdirdə, etirazlar davam edəcək».
Xatırladaq ki, sentyabrın 1-də yüzə yaxın dindar BŞİH-in qarşısında etiraz aksiyası keçirib. Aksiya iştirakçıları əllərində «Qan su yerinə axacaq- əgər məscid sökülsə!», «Zindan dustaqlarla dolacaq, əgər məscid sökülsə!» kimi şüarlar yazılmış plakatlar tutublar, həmçinin «Allahu-əkbər» şüarları səsləndiriblər.
Sözügedən məscidin yerində isə idman və əyləncə kompleksinin tikilməsi nəzərdə tutulur. Belə ki, 2 saylı Bakı Yerli İqtisad Məhkəməsi «Fatimeyi-Zəhra» məscidinin sökülməsi ilə bağlı qərar qəbul edib. Suraxanı Rayon İcra Hakimiyyəti məscidin inşa olunduğu torpaq sahəsinin Bakı Şəhər İcra Hakimiyyəti başçısının sərəncamı ilə onlara verildiyini və məscidin qanunsuz tikildiyini əsas gətirərək, onun və ərazidəki yardımçı tikililərin sökülməsi tələbi ilə məhkəməyə müraciət etmişdi.

Nailə RÖVŞƏNQIZI

932 dəfə baxılıb

Xəbəri paylaş

[05.08.2010] - HACL İLQAR İBRAHİMOĞLU: "RAMAZAN AYI MƏNƏVİ İMUNİTETİN FORMALAŞMASI ÜÇÜN GÖZƏL FÜRSƏTDİR"

[20.04.2010] - HACI İLQAR TÜRKİYƏ TELEKANALINDA ÇIXIŞ EDİB

[01.11.2009] - “HƏCC ZİYARƏTİ QADINLARA HARAMDIR”

[30.10.2009] - DİN XADİMLƏRİNİ İMTAHANA ÇƏKƏCƏKLƏR

[02.10.2009] - «QURANDA RADİKALLIQ TƏBLİĞ OLUNMUR»

[27.09.2009] - “İSLAMDA FALÇILIQ GÜNAH HESAB OLUNUR”

[12.09.2009] - “FATİMEYİ-ZƏHRA” MƏSCİDİ AÇILA BİLƏR

[07.09.2009] - SƏFƏR ZAMANI ORUC TUTMAQ OLAR, ƏGƏR...

[05.09.2009] - SƏUDİYYƏ ƏRƏBİSTAN XƏBƏRDARLIQ ETDİ

[04.09.2009] - SÖKÜLƏCƏK MƏSCİDLƏ BAĞLI APELYASİYA ŞİKAYƏTİ EDİLƏCƏK

[04.09.2009] - ALLAH EVLƏRİNƏ TƏHLÜKƏ TÜRKİYƏ MƏTBUATINDA

[03.09.2009] - «FATİMEYİ-ZƏHRA» MƏSCİDİ İLƏ BAĞLI PREZİDENTƏ MÜRACİƏT EDİLDİ

[03.09.2009] - «SÖKÜLƏCƏK MƏSCİDLƏRIN UZUN SİYAHISI VAR»

[31.08.2009] - RAMAZAN AYINDA QURBAN KƏSMƏK OLARMI?

[31.08.2009] - DÜNYANI XİLAS EDƏCƏK ŞƏXS

[31.08.2009] - ORUCUN KƏFFARƏSİ VƏ QƏZASI

[27.08.2009] - «HAKİMİYYƏT MƏSCİDLƏRİN ÇOX OLMASINI İSTƏMİR»

[22.08.2009] - ORUC TUTANLAR NECƏ QİDALANMALIDIR?

[22.08.2009] - YALNIZ ORUC TUTMAQ DA SAVABDIR

[22.08.2009] - “NAMAZ QILMAYANLAR DA ORUC TUTA BİLƏRLƏR”

ARXIV

Yeni MÜSAVAT © 2008