23 may 2012
Onlayn ictimai-siyasi qəzet
ANA SƏHİFƏ SON DƏQİQƏ ARXİV ƏLAQƏ WAP
Mənəviyyat

ALLAH EVLƏRİNƏ TƏHLÜKƏ TÜRKİYƏ MƏTBUATINDA

2009-09-04

«Azərbaycanda camelər sökülmə təhdidi altında...»

Azərbaycanda ibadət evləri ətrafında yaranmış xoşagəlməz vəziyyət Türkiyə mətbuatında da əksini tapıb. Belə ki, «Dünya bülleteni/Xəbər merkezi» qəzetimizin dünənki sayında getmiş «Söküləcək məscidlərin uzun siyahısı var» sərlövhəli yazıya istinadən «Azərbaycanda təhlükəli gəlişmə: camelər sökülmə təhdidi altında» başlıqlı material hazırlayıb.

Məlumatda qeyd edilir ki, Azərbaycanın dövlət başçısı İlham Əliyevin Bakını İslam mədəniyyətinin paytaxtı elan edilməsi ilə bağlı imzaladığı təlimatdan sonra heç kimin gözləmədiyi şəkildə məscidlər bağlanmağa və sökülməyə başlayıb. Sonra bağlanan və sökülən məscidlərin adları sadalanır.
Daha sonra hüquq müdafiəçisi Hacı İlqar İbrahimoğlunun fikirlərinə yer verilir və vəziyyətin getdikcə pisləşdiyi qeyd edilir: «Sırada potensial olaraq, uçurulacaq daha 1700-dən çox came var. Məsələ ondadır ki, ölkədəki məscidlərin 90 faizi SSRİ dönəmində tikilib. İndi belə çıxır, onların hamısı qanunsuz inşa edilib. Bu prosesin qarşısı alınmazsa, SSRİ dönəmindən də ağır durum yarana və çox sayda məscid uçurula bilər. Bunun sonucunun isə nə olacağını heç kim deyə bilməz».
Mənbə vəziyyətlə bağlı şeyxülislam Hacı Allahşükür Paşazadənin susqunluğuna da diqqət yönəldib.

NURLAN

1499 dəfə baxılıb

Xəbəri paylaş

[05.08.2010] - HACL İLQAR İBRAHİMOĞLU: "RAMAZAN AYI MƏNƏVİ İMUNİTETİN FORMALAŞMASI ÜÇÜN GÖZƏL FÜRSƏTDİR"

[20.04.2010] - HACI İLQAR TÜRKİYƏ TELEKANALINDA ÇIXIŞ EDİB

[01.11.2009] - “HƏCC ZİYARƏTİ QADINLARA HARAMDIR”

[30.10.2009] - DİN XADİMLƏRİNİ İMTAHANA ÇƏKƏCƏKLƏR

[02.10.2009] - «QURANDA RADİKALLIQ TƏBLİĞ OLUNMUR»

[27.09.2009] - “İSLAMDA FALÇILIQ GÜNAH HESAB OLUNUR”

[12.09.2009] - “FATİMEYİ-ZƏHRA” MƏSCİDİ AÇILA BİLƏR

[07.09.2009] - SƏFƏR ZAMANI ORUC TUTMAQ OLAR, ƏGƏR...

[05.09.2009] - SƏUDİYYƏ ƏRƏBİSTAN XƏBƏRDARLIQ ETDİ

[04.09.2009] - SÖKÜLƏCƏK MƏSCİDLƏ BAĞLI APELYASİYA ŞİKAYƏTİ EDİLƏCƏK

[04.09.2009] - ALLAH EVLƏRİNƏ TƏHLÜKƏ TÜRKİYƏ MƏTBUATINDA

[03.09.2009] - «FATİMEYİ-ZƏHRA» MƏSCİDİ İLƏ BAĞLI PREZİDENTƏ MÜRACİƏT EDİLDİ

[03.09.2009] - «SÖKÜLƏCƏK MƏSCİDLƏRIN UZUN SİYAHISI VAR»

[31.08.2009] - RAMAZAN AYINDA QURBAN KƏSMƏK OLARMI?

[31.08.2009] - DÜNYANI XİLAS EDƏCƏK ŞƏXS

[31.08.2009] - ORUCUN KƏFFARƏSİ VƏ QƏZASI

[27.08.2009] - «HAKİMİYYƏT MƏSCİDLƏRİN ÇOX OLMASINI İSTƏMİR»

[22.08.2009] - ORUC TUTANLAR NECƏ QİDALANMALIDIR?

[22.08.2009] - YALNIZ ORUC TUTMAQ DA SAVABDIR

[22.08.2009] - “NAMAZ QILMAYANLAR DA ORUC TUTA BİLƏRLƏR”

ARXIV

Yeni MÜSAVAT © 2008