|
![]() |
|||||||
|
|
||||||
|
|
|
|||||
Bakının Yeni Günəşli qəsəbəsi «v» massivi, 33 ünvanında yerləşən «Fatimeyi-Zəhra» məscidinin sökülməsi ilə məhkəmə qərarından apelyasiya şikayəti veriləcək. Bu barədə lent.az-a məscidin dini icmasının nümayəndəsi Rövşən Şirəliyev məlumat verib. O, hələ ki, 2 saylı Bakı Yerli İqtisad Məhkəməsinin müvafiq qərarını yazılı şəkildə almadıqlarını, bu səbəbdən apelyasiya şikayəti verilməsi işinin yubandığını deyib: «Məhkəmə qərarı yalnız prosesin sonunda elan olunub, bizə yazılı şəkildə verilməyib. Qərarı alan kimi Bakı Apelyasiya Məhkəməsinə müraciət edəcəyik». Xatırladaq ki, avqustun 31-də 2 saylı Bakı Yerli İqtisad Məhkəməsi «Fatimeyi-Zəhra» məscidinin sökülməsi və həmin ərazinin Suraxanı rayon İcra Hakimiyyətinin (RİH) balansına verilməsi barədə RİH-in iddiasını təmin edib. Nailə RÖVŞƏNQIZI 894 dəfə baxılıb
|
[20.04.2010] - HACI İLQAR TÜRKİYƏ TELEKANALINDA ÇIXIŞ EDİB [01.11.2009] - “HƏCC ZİYARƏTİ QADINLARA HARAMDIR” [30.10.2009] - DİN XADİMLƏRİNİ İMTAHANA ÇƏKƏCƏKLƏR [02.10.2009] - «QURANDA RADİKALLIQ TƏBLİĞ OLUNMUR» [27.09.2009] - “İSLAMDA FALÇILIQ GÜNAH HESAB OLUNUR” [12.09.2009] - “FATİMEYİ-ZƏHRA” MƏSCİDİ AÇILA BİLƏR [07.09.2009] - SƏFƏR ZAMANI ORUC TUTMAQ OLAR, ƏGƏR... [05.09.2009] - SƏUDİYYƏ ƏRƏBİSTAN XƏBƏRDARLIQ ETDİ [04.09.2009] - SÖKÜLƏCƏK MƏSCİDLƏ BAĞLI APELYASİYA ŞİKAYƏTİ EDİLƏCƏK [04.09.2009] - ALLAH EVLƏRİNƏ TƏHLÜKƏ TÜRKİYƏ MƏTBUATINDA [03.09.2009] - «FATİMEYİ-ZƏHRA» MƏSCİDİ İLƏ BAĞLI PREZİDENTƏ MÜRACİƏT EDİLDİ [03.09.2009] - «SÖKÜLƏCƏK MƏSCİDLƏRIN UZUN SİYAHISI VAR» [31.08.2009] - RAMAZAN AYINDA QURBAN KƏSMƏK OLARMI? [31.08.2009] - DÜNYANI XİLAS EDƏCƏK ŞƏXS [31.08.2009] - ORUCUN KƏFFARƏSİ VƏ QƏZASI [27.08.2009] - «HAKİMİYYƏT MƏSCİDLƏRİN ÇOX OLMASINI İSTƏMİR» [22.08.2009] - ORUC TUTANLAR NECƏ QİDALANMALIDIR? [22.08.2009] - YALNIZ ORUC TUTMAQ DA SAVABDIR |
| Yeni MÜSAVAT © 2008 |
|