23 may 2012
Onlayn ictimai-siyasi qəzet
ANA SƏHİFƏ SON DƏQİQƏ ARXİV ƏLAQƏ WAP
Mənəviyyat

SƏFƏR ZAMANI ORUC TUTMAQ OLAR, ƏGƏR...

2009-09-07

Ramazan ayının 17-ci günündəyik. Qəzetimiz hər sayında oruc tutanlara bu və digər məsələlərlə bağlı bilgilər verir. Bu dəfə sizi səfərdə olanların oruc tutma qaydaları ilə tanış edəcəyik. Oruc tutmaq xəstə və səfər üstə olanlara da vacibdir. Amma onlar oruclarını Ramazan ayında tutmayıb sonradan qəza edə bilərlər. Lakin oruc tutsalar, daha yaxşı olar. Quranda bu barədə deyilir: “Sayılı günlərdə (orucu sayılı günlərdə tutun) sizin aranızdan xəstə və ya səfər üstə olan(lar) tuta bilmədiyi günlər qədər başqa günlərdə oruc tutsun. Onu tuta bilənlər bir yoxsulu doyduracaq qədər fidyə də verməlidirlər. Kim bu xeyir işi səmimi şəkildə görsə, onun üçün daha xeyirli olar. Oruc tutmağınız sizin üçün daha yaxşıdır”.

Səfərə çıxmaq, xəstəlik, hamiləlik, südlə uşaq qidalandırmaq və ağır işlərdə çalışma durumlarında İslam dini müsəlmanlar üçün bir sıra güzəştləri məqbul sayır. Səfər zamanı tutulmayan oruc sonradan tutulmalıdır. Əgər insan gecə oruc tutmağı niyyət edibsə, ancaq səhər yola çıxmaq məcburiyyətində qalıbsa, orucunu poza bilər. Ancaq yaxşı olar ki, niyyət edibsə, oruc tutsun. Ümumiyyətlə, səfər zamanı əziyyətlə üzləşməyənlərin oruc tutması gərəkli sayılır.
Onu da qeyd edək ki, dinimizə görə, 10 gündən az müddətə doğma evindən ayrılan və 22 kilometrdən uzaq məsafəyə yollanan şəxs səfərdə olan sayılır. Həmin şəxslər səfərdə oruc tutmurlar. Onlar həmin günlərin əvəzində Ramazandan sonra “qəza orucu” tutmalıdırlar. Allah-Təala buyurur: “Ramazan ayına yetişən şəxslər oruc tutmalıdırlar, xəstə və ya səfərdə olanlar isə tutmadığı günlərin sayı qədər başqa günlərdə tutsunlar...”
Ümumiyyətlə, ağıllı, yetkinlik yaşına çatmış, oruc tutmasına əngəl olmayan hər bir müsəlman oruc tutmalıdır. Əgər insan xəstələnibsə, Ramazan ayından sonra yaxşılaşarsa, orucunu həmin vaxt tuta bilər. Qurban bayramının 4-cü günündə, cümə günləri oruc tutmaq daha savab sayılır. İlin müəyyən günlərində oruc tutmağa vərdiş etmiş insanlar Ramazan ayının eyni günlərində də belə oruc tutarlarsa, burada mənfi heç bir şey yoxdur.
Oruc tutduğu halda sağlamlığına zərər gəlməsindən qorxan insanlar oruc tutmaya bilərlər. Ancaq özlərini yaxşı hiss etdikləri vaxtlarda qəza orucu ilə bunu əvəz etməlidirlər. Ağır işlərdə çalışanlar oruc tutan zaman həyatlarını riskə ata bilərlər. Ona görə də belə şəxslər Ramazan ayında tutmadıqları orucu başqa vaxt tuta bilərlər. Oruc tuta bilməyən yaşlılar bunun yerinə hər gün fidyə verməlidirlər. Yaxşılaşmağa ümidi olmayan xəstələr üçün də fidyə keçərlidir.

HƏBİBƏ

2271 dəfə baxılıb

Xəbəri paylaş

[05.08.2010] - HACL İLQAR İBRAHİMOĞLU: "RAMAZAN AYI MƏNƏVİ İMUNİTETİN FORMALAŞMASI ÜÇÜN GÖZƏL FÜRSƏTDİR"

[20.04.2010] - HACI İLQAR TÜRKİYƏ TELEKANALINDA ÇIXIŞ EDİB

[01.11.2009] - “HƏCC ZİYARƏTİ QADINLARA HARAMDIR”

[30.10.2009] - DİN XADİMLƏRİNİ İMTAHANA ÇƏKƏCƏKLƏR

[02.10.2009] - «QURANDA RADİKALLIQ TƏBLİĞ OLUNMUR»

[27.09.2009] - “İSLAMDA FALÇILIQ GÜNAH HESAB OLUNUR”

[12.09.2009] - “FATİMEYİ-ZƏHRA” MƏSCİDİ AÇILA BİLƏR

[07.09.2009] - SƏFƏR ZAMANI ORUC TUTMAQ OLAR, ƏGƏR...

[05.09.2009] - SƏUDİYYƏ ƏRƏBİSTAN XƏBƏRDARLIQ ETDİ

[04.09.2009] - SÖKÜLƏCƏK MƏSCİDLƏ BAĞLI APELYASİYA ŞİKAYƏTİ EDİLƏCƏK

[04.09.2009] - ALLAH EVLƏRİNƏ TƏHLÜKƏ TÜRKİYƏ MƏTBUATINDA

[03.09.2009] - «FATİMEYİ-ZƏHRA» MƏSCİDİ İLƏ BAĞLI PREZİDENTƏ MÜRACİƏT EDİLDİ

[03.09.2009] - «SÖKÜLƏCƏK MƏSCİDLƏRIN UZUN SİYAHISI VAR»

[31.08.2009] - RAMAZAN AYINDA QURBAN KƏSMƏK OLARMI?

[31.08.2009] - DÜNYANI XİLAS EDƏCƏK ŞƏXS

[31.08.2009] - ORUCUN KƏFFARƏSİ VƏ QƏZASI

[27.08.2009] - «HAKİMİYYƏT MƏSCİDLƏRİN ÇOX OLMASINI İSTƏMİR»

[22.08.2009] - ORUC TUTANLAR NECƏ QİDALANMALIDIR?

[22.08.2009] - YALNIZ ORUC TUTMAQ DA SAVABDIR

[22.08.2009] - “NAMAZ QILMAYANLAR DA ORUC TUTA BİLƏRLƏR”

ARXIV

Yeni MÜSAVAT © 2008