 |
Mənəviyyat
«QURANDA RADİKALLIQ TƏBLİĞ OLUNMUR» 2009-10-02 Gündüz İsmayılov: “Radikallığın mənbəyi dırnaqarası müsəlmanlardır”
|
Mətbuatda yayılan xəbərlərə görə, Qazaxıstan hökuməti islam dini əleyhinə qərar qəbul edib. Qazaxıstanın Ədliyyə Nazirliyi və Prokurorluğu bir qrup cinayətkar dəstələrin əlində bəzi Quran surələrinin əsas götürülməsini nəzərə alaraq onları da ekstremist material siyahısına salıb. Astana məhkəməsinin qərarında Radikal vəhabiliyin, “Müsəlman qardaşlar” təşkilatı və “Hizbu təhrir” partiyasının təbliğ etdiyi kitablar, broşurlar və audio yazılar ekstremist materiallar hesab edilərək təbliği qadağan edilib. ANS-Pressin məlumatına görə, Qazaxıstanın Ədliyyə Nazirliyinin rəsmi saytında bu barədə qərar da dərc edilib. Qadağan edilən audio yazılarda “Əhqaf”, “Muhəmməd”, “Fəth”, “Hucurat”, “Kəhf”, “Mülk”, “Qələm”, “Əl Həqqa”, “Məaric”, “Nuh”, “Cin”, “Müzəmmil”, “Müdəssir”, “Qiyamət”, “İnsan”, “Mürsəlat”, “Əl Bəqərə” surələri Şeyx Mişari Rəşid tərəfindən qiraət edilib. Qazaxıstan əhalisinin əksəriyyəti müsəlman olan ilk ölkədir ki, Quran surələrini qadağan edib. Bəs, “Qurani-Kərim”də ekstremizmi təbliğ edən, radikallığa meyl yaradan surələr varmı? İlahiyyatçı Gündüz İsmayılovun bildirdiyinə görə, “Qurani-Kərim”də radikallıq üçün əsas olan heç bir surə yoxdur. İlahiyyatçının fikrincə, belə bir surənin olduğunu iddia etmək absurddur: “Qurani-Kərim humanizm prinsipləri ilə zəngin olan, insanlığa, insanlara lazım olan fikirlərə, ideyalara ehtiva edən bir kitabdır. Bu kitabda hansısa radikallığa meyl edən bir fikir olsaydı, bütün surələr ”Bismillahir-rahmanir-rahim"lə- “Mərhəmətli və rəhimli Allahın adı” ilə başlamazdı. Qızğın döyüşlərdən qayıdan səhabələri Həzrəti Peyğəmbərə deyəndə ki, ya peyğəmbər, biz cihaddan qayıtdıq. Deyib ki, ən böyük cihad nəfslə olan cihaddır. Biz Quranda necə yaşanılmalı olduğunu da peyğəmbərin həyatından götürürük. Peyğəmbər isə rəhmət peyğəmbəridir. Qurani Kərimdə buyrulub ki, biz səni aləmlərə rəhmət olaraq və gözəl əxlaqı tamamlayasan deyə göndərdik. Qurani-Kərimdə radikallıq axtarmaq Allahın özündə radikallıq axtarmaq kimidir". G.İsmayılov onu da bildirdi ki, bir qrup insanlar bu kitabdan yararlanaraq öz mənafeləri üçün istifadə edirlər: “Radikallıq qrup mənafeyi, öz maraqları, yaxud siyasi maraqlar prizmasından şərh edən insanlardan qaynaqlanır. Bu aqressiyanın mənbəyi bir qrup dırnaqarası müsəlmanlardır”. SEVİL 1714 dəfə baxılıb
|
[05.08.2010] - HACL İLQAR İBRAHİMOĞLU: "RAMAZAN AYI MƏNƏVİ İMUNİTETİN FORMALAŞMASI ÜÇÜN GÖZƏL FÜRSƏTDİR" [20.04.2010] - HACI İLQAR TÜRKİYƏ TELEKANALINDA ÇIXIŞ EDİB [01.11.2009] - “HƏCC ZİYARƏTİ QADINLARA HARAMDIR” [30.10.2009] - DİN XADİMLƏRİNİ İMTAHANA ÇƏKƏCƏKLƏR [02.10.2009] - «QURANDA RADİKALLIQ TƏBLİĞ OLUNMUR» [27.09.2009] - “İSLAMDA FALÇILIQ GÜNAH HESAB OLUNUR” [12.09.2009] - “FATİMEYİ-ZƏHRA” MƏSCİDİ AÇILA BİLƏR [07.09.2009] - SƏFƏR ZAMANI ORUC TUTMAQ OLAR, ƏGƏR... [05.09.2009] - SƏUDİYYƏ ƏRƏBİSTAN XƏBƏRDARLIQ ETDİ [04.09.2009] - SÖKÜLƏCƏK MƏSCİDLƏ BAĞLI APELYASİYA ŞİKAYƏTİ EDİLƏCƏK [04.09.2009] - ALLAH EVLƏRİNƏ TƏHLÜKƏ TÜRKİYƏ MƏTBUATINDA [03.09.2009] - «FATİMEYİ-ZƏHRA» MƏSCİDİ İLƏ BAĞLI PREZİDENTƏ MÜRACİƏT EDİLDİ [03.09.2009] - «SÖKÜLƏCƏK MƏSCİDLƏRIN UZUN SİYAHISI VAR» [31.08.2009] - RAMAZAN AYINDA QURBAN KƏSMƏK OLARMI? [31.08.2009] - DÜNYANI XİLAS EDƏCƏK ŞƏXS [31.08.2009] - ORUCUN KƏFFARƏSİ VƏ QƏZASI [27.08.2009] - «HAKİMİYYƏT MƏSCİDLƏRİN ÇOX OLMASINI İSTƏMİR» [22.08.2009] - ORUC TUTANLAR NECƏ QİDALANMALIDIR? [22.08.2009] - YALNIZ ORUC TUTMAQ DA SAVABDIR [22.08.2009] - “NAMAZ QILMAYANLAR DA ORUC TUTA BİLƏRLƏR” ARXIV
|