13 fevral 2012
Onlayn ictimai-siyasi qəzet
ANA SƏHİFƏ SON DƏQİQƏ ARXİV ƏLAQƏ WAP
Mənəviyyat

HACI İLQAR TÜRKİYƏ TELEKANALINDA ÇIXIŞ EDİB

2010-04-20

İlahiyyatçı alim "Hilal TV"nin canlı yayımında Azərbaycanda inancla bağlı durumdan və Qarabağdan danışıb

Dini Etiqad və Vicdan Azadlıqlarının Müdafiəsi Mərkəzinin sədri, İçərişəhər "Cümə" məsdininin imam-camaatı Hacı İlqar İbrahimoğlu Türkiyədə işgüzar səfərdədir. Səfər çərçivəsində bir sıra maraqlı görüşlər keçirən Hacı İlqar həmçinin Türkiyənin tanınmış kanallarından olan "Hilal TV"-nin canlı efirində 70 dəqiqəlik proqramın qonağı da olub.

Abdulla Yıldızın müəllifi olduğu  "Namazla diriliş" adlı canlı yayımlanan bu proqramda öncə namazın fəlsəfəsi, ibadətin insan həyatında rolu, bəndənin İlahi dərgahda mövcudluğu üzərində rəy mübadiləsi aparılıb.

Verilişdə Azərbaycanda Sovet dönəmində və müstəqillik qazandıqdan sonra inancla bağlı vəziyyət, Azərbaycanda insan haqlarının hazırkı durumu, Azərbaycan-Türkiyə qardaş münasibətlərinə baxış kimi mövzular da müzakirə mövzusu olub. Müzakirələr gedişində o da qeyd edilib ki, məzhəblərarası sülh və mehribanlıq baxımından Azərbaycan gözəl örnək ola bilər.

Aparıcının "Azərbaycanda son 20 ildə dini vəziyyəti necə qiymətləndirirsiniz” sualının cavabında DEVAMM sədri dinə qayıdışla bağlı böyük bir intibah prosesinin yaşandığını vurğulayıb: “Yüzlərlə məscid inşa edilib, bağlı məscidlər açılıb, insanların dini maarifçiliyi ilə əlaqəli geniş imkanlar yaranıb. Ancaq son 1-2 ildə bu sahədə tənəzzül yaşanıb. Bir neçə məscid bağlanıb, 2 məscid sökülüb, birinin ("Fatiməyi-Zəhra (s.ə.)" məscidinin) sökülmək işi Ali Məhkəmədədir”.

Verilişdə Qarabağ dərdi, Xocalı soyqırımı da anılıb, işğal altında torpaqlarımızın yaralı kitabəsi səhifələnib. Proqramda işıqlandırılan digər mövzu - Qərbdə yer alan islamofobiya olub. Hacı İlqar bu prosesin qnoseoloji köklərini təhlil edib, ümmətin qarşısında duran vəzifələrdən söz açıb.
Veriliş cümə günü təkrar nümayiş etdiriləcək.

 

Xəbər xidməti

3197 dəfə baxılıb

Xəbəri paylaş

[05.08.2010] - HACL İLQAR İBRAHİMOĞLU: "RAMAZAN AYI MƏNƏVİ İMUNİTETİN FORMALAŞMASI ÜÇÜN GÖZƏL FÜRSƏTDİR"

[20.04.2010] - HACI İLQAR TÜRKİYƏ TELEKANALINDA ÇIXIŞ EDİB

[01.11.2009] - “HƏCC ZİYARƏTİ QADINLARA HARAMDIR”

[30.10.2009] - DİN XADİMLƏRİNİ İMTAHANA ÇƏKƏCƏKLƏR

[02.10.2009] - «QURANDA RADİKALLIQ TƏBLİĞ OLUNMUR»

[27.09.2009] - “İSLAMDA FALÇILIQ GÜNAH HESAB OLUNUR”

[12.09.2009] - “FATİMEYİ-ZƏHRA” MƏSCİDİ AÇILA BİLƏR

[07.09.2009] - SƏFƏR ZAMANI ORUC TUTMAQ OLAR, ƏGƏR...

[05.09.2009] - SƏUDİYYƏ ƏRƏBİSTAN XƏBƏRDARLIQ ETDİ

[04.09.2009] - SÖKÜLƏCƏK MƏSCİDLƏ BAĞLI APELYASİYA ŞİKAYƏTİ EDİLƏCƏK

[04.09.2009] - ALLAH EVLƏRİNƏ TƏHLÜKƏ TÜRKİYƏ MƏTBUATINDA

[03.09.2009] - «FATİMEYİ-ZƏHRA» MƏSCİDİ İLƏ BAĞLI PREZİDENTƏ MÜRACİƏT EDİLDİ

[03.09.2009] - «SÖKÜLƏCƏK MƏSCİDLƏRIN UZUN SİYAHISI VAR»

[31.08.2009] - RAMAZAN AYINDA QURBAN KƏSMƏK OLARMI?

[31.08.2009] - DÜNYANI XİLAS EDƏCƏK ŞƏXS

[31.08.2009] - ORUCUN KƏFFARƏSİ VƏ QƏZASI

[27.08.2009] - «HAKİMİYYƏT MƏSCİDLƏRİN ÇOX OLMASINI İSTƏMİR»

[22.08.2009] - ORUC TUTANLAR NECƏ QİDALANMALIDIR?

[22.08.2009] - YALNIZ ORUC TUTMAQ DA SAVABDIR

[22.08.2009] - “NAMAZ QILMAYANLAR DA ORUC TUTA BİLƏRLƏR”

ARXIV

Yeni MÜSAVAT © 2008