|
![]() |
|||||||
|
|
||||||
|
|
|
|||||
Yasamal rayon prokuroru Həsrət Pirməmmədov APA-ya açıqlamasında bu hadisə ilə bağlı CM-in 125 (özünü öldürmə həddinə çatdırma) və 228-ci (qanunsuz olaraq odlu silah saxlama) maddələri ilə cinayət işi açıldığını və istintaqın davam etdiyini deyib. Prokuror bildirib ki, hadisənin hansı şəraitdə baş verdiyi hələ məlum deyil. Araşdırmalar zamanı N.Ələkbərovun öldürülməsi faktı təsdiqini tapsa, cinayət işi qəsdən adam öldürmə maddəsinə tövsif oluna bilər.
Bu arada mərhumun ölümü ilə bağlı yeni xəbərlər yayılıb. Hüquq-mühafizə orqanlarından APA-ya verilən məlumatda bildirilir ki, sabiq polis polkovnik-leytenantı N.Ələkbərov Bakının Nəsimi rayonunda yaşayıb. Ailə üzvlərinin istintaqa verdiyi ifadəyə görə, N.Ələkbərov dekabrın 14-ü saat 01:30-da evdə kompyuterdə işləyirmiş. Hələlik istintaqa məlum olmayan səbəbdən o, ailə üzvlərinə də heç bir söz demədən evdən çıxıb. Bunu görən mərhumun həyat yoldaşı ondan hara getdiyini soruşub. N.Ələkbərov isə narahatlığa əsas olmadığını, bir azdan qayıdacağını deyib. Həyat yoldaşı deyib ki, əri evdən çıxmazdan öncə onun mobil telefonuna zəng gəlib. Təxminən iki saat sonra - saat 03:30 radələrində N.Ələkbərovun meyiti Ə.Cəmil küçəsi, 83 saylı binanın qarşısında tapılıb. Onun başından aldığı güllə yarasından öldüyü müəyyənləşib. Mərhumun meyitinin yanında “Makarov” tipli tapança da aşkarlanıb. Hadisənin bu silahla törədildiyi bildirilir. İlkin ehtimala görə, mərhum yaşadığı evdən meyitinin tapıldığı ünvana taksi, yaxud başqa maşınla gedib.
Dünən əlavə məlumat toplamaq üçün olay yerinə getdik. Hadisənin baş verdiyi ərazinin yaxınlığında həyət evləri ilə yanaşı 17 mərtəbəli yeni inşa edilmiş yaşayış binası da var. Meyitin aşkar edildiyi yer bu binanın yuxarı (4-cü mərtəbədən başlayaraq-red.) mərtəbələrində yaşayanlar tərəfindən asanlıqla görünür. Bundan əlavə, olay yeri oradakı həyət evlərinin qarşısı sayılır. Bu evlərin darvazasından küçəyə çıxan şəxslər oranı yaxın məsafədən görə bilərdi. Qətl (əksər versiyalara görə, mərhumu öldürüblər-red.) avtomobil qarajının qarşısında törədilib. Ora tökülən qan ləkələri bunu deməyə əsas verir. Olay yeri isə qaranlıq olmur, qarajın qapısının üstündə lampa yanıb. Eyni zamanda həyət evlərinin darvazasındakı və binalardakı işıqlar da ora düşüb.
Şübhəli məqamlardan biri də hadisə baş verən yerdən təxminən 10-15 metr kənara da qan ləkələrinin dağılmasıdır. Qarajın qarşısına gedən yolda - hadisə yerinin 10 metrliyində də qan izləri var. Ətrafda yaşayan şəxslər hadisə haqda ətraflı məlumata malik olmadıqlarını bildirdi. Söhbət etdiyimiz sakinlər həmin gecə güllə səsi eşitmədiklərini dedilər. Onu da öyrəndik ki, bu hadisə ilə bağlı yaşayış binasının mühafizəçisi polis idarəsinə aparılıb və orada dindirilir. Mühafizəçinin oturduğu otaq sözügedən qarajın arxasında yerləşir. Yəni hadisə baş verən əraziyə getmək üçün ancaq ofisin qarşısından keçmək lazımdır. Bu ofisdən mühafizəçinin polis idarəsinə aparılmasını təsdiqlədilər. Oradan bildirdilər ki, mühafizəçi gecə saatlarında liftlərdə adamların qalıb-qalmamasını, sayğacları yoxlamaq və digər təhlükəsizlik məsələləri ilə bağlı binaya bir neçə dəfə daxil olur. Ofisdən dedilər ki, hadisə zamanı da mühafizəçi yaşayış binasının zirzəmisində olub. Bu səbəbdən də hadisənin necə baş verdiyini görməyib və güllə səsi eşitməyib. Mühafizəçinin keçmiş polis əməkdaşı olduğu deyilir.
Bu arada qafqazinfo.az saytı qətlə yetirilən şəxslə bağlı maraqlı bir faktı təqdim edib. Məlumata görə, N.Ələkbərov 2003-cü ildə 2 saylı poliklinikanın həkim-rentgenoloqu Nigar Əhmədbəyovaya əxlaqsız təklif edərək onu ələ almaq istəyib. N.Əhmədbəyovanın həyat yoldaşı, polis mayoru Emin Əhmədbəyov məsələ ilə bağlı baş həkimlə mübahisə edib və DİN-ə müraciət edəndən sonra baş həkim yox, onun özü işdən azad edilib.
202 dəfə baxılıb
|
[22.05.2012] - BBC İLHAM ƏLİEYVƏ DAİR TƏNQİDİ VERİLİŞ YAYIB [22.05.2012] - TERROR TƏHDİDİ BÖYÜYÜR [18.05.2012] - ƏDALƏTƏ QARŞI ƏDALƏTSİZ QƏRAR [02.05.2012] - ORDUNUN HƏRBÇİSİ XƏSTƏLİKDƏN DÜNYASINI DƏYİŞİB [02.05.2012] - HARVARD UNİVERSİTETİNDƏ VİCDAN MƏHBUSU İLƏ BAĞLI TƏDBİR KEÇİRİLİB [24.04.2012] - JURNALİST İŞGƏNCƏYƏ MƏRUZ QALDIĞINI BƏYAN EDİB [13.04.2012] - AZƏRBAYCANLI BİZNESMEN AXÇİLƏRƏ SPONSORLUQ EDİR [29.03.2012] - QƏTLƏ YETİRİLƏN İŞ ADAMININ QIZI İNTİHAR ETDİ [28.03.2012] - MTN AXCP SƏDRİNİN QAYNINI HƏBS ETDİ [07.03.2012] - RÖVNƏQ ABDULLAYEV TÜRKİYƏDƏ ƏMƏLİYYAT OLUNDU [03.03.2012] - PREZİDENT İLHAM ƏLİYEV: “QARABAĞ HEÇ VAXT UNUDULA BİLMƏZ, HEÇ VAXT!” [23.02.2012] - “KUKURUZ, KOLQOTKA, SALFETKA, İYNƏ-SAP...” [21.02.2012] - BƏHRAM BAĞIRZADƏ QARƏT OLUNUB [21.02.2012] - ELMAN RÜSTƏMOV MİLYONLARI 73 YAŞLI QARI VASİTƏSİLƏ ALIRMIŞ |
| Yeni MÜSAVAT © 2008 |
|