Dünya inkişaf etdikcə insanların kəşf fantaziyaları da aşıb daşır. Artıq elə qəribə əşyalar kəşf edilib ki, insanın barmaq ucunu tərpətməsinə belə ehtiyac qalmır. Onlardan bəzilərini nəzərinizə çatdıraq.

1. Kərə yağı qələmi - yapışdırıcıya bənzər qabda, içərisində yağ olmaqla hazırlanmış yapışdırıcı qələm. Rahatca çörəyə çəkilib buterbrod düzəldilə bilir.
2. Dondurma üçün mühərrikli stəkanlar. Mühərrik fırlanaraq dondurmanı sərin saxlayır, beləliklə, siz onu yemək üçün o yan-bu yana çevirmək məcburiyyətində qalmırsınız.
3. Təkərli ayaqqabılar. Hələ də dabanlı ayaqqabılarda yeriməyi bacarmayanlar üçün yaxşı seçim olar.
4. Çəngəl, qaşıq və bıçaq şəklində qapaqları olan qələmlər. Həqiqətən iş yerində nahar etmək üçün çox az zamanı olanlar üçün daha sərfəlidir.
5. Şüşə toster. Səhərlər yanmış çörək yeməkdən bezənlər üçün.
6. Mobil telefonlar üçün şəffaf qapağı olan cibli cins şalvar. Telefonu götürmədən saata baxmaq və ya mesajın gəlməsini yoxlamaq olar.
7. Əldə gəzdirilməsi mümkün olan akvarium. Hətta balığı özünüzlə istirahətə də apara bilərsiniz.
8. Sürməsi olan nərdivanlar. Bu, yer qıtlığı olan evlər üçün ideal variantdır.

SELCAN

Şərh yoxdur

Şərhiniz bizim üçün dəyərlidir