 |
Media
“AZƏRBAYCAN” QƏZETİ İRANI “BOMBALADI” 2012-01-25 “Ölkədə əksər dini-ekstremist qrupların İranın xüsusi xidmət orqanlarının tapşırıqlarını yerinə yetirməsi tam sübut olunub”
|
“Azərbaycan dövləti öz ərazisində istənilən dini və etnik təxribat planlarının qarşısını qətiyyətlə alacaq”. Rəsmi dövlət qəzeti “Azərbaycan”ın dünənki sayında bu başlıqlı yazı çıxıb. “Mediaforum” saytının məlumatına görə, məqalədə İran mövzusundan bəhs olunur: “Rəsmi Bakının İranla ikitərəfli əlaqələrdə mehriban qonşuluq və dostluq prinsiplərini rəhbər tutmasına baxmayaraq, bu ölkə Azərbaycan dövlətinə qarşı münasibətdə heç də səmimi olmadığını zaman-zaman ən müxtəlif səviyyələrdə göstərib. Bugünlərdə Azərbaycanın dövlət və ictimai saytlarına İran hakerlərinin hücumu da yaxın qonşumuzun ölkəmizə münasibətdə xoşməramlı niyyətinin olmadığını açıq göstərdi. İranın destruktiv dairələri ölkəmizdə qanunvericilik və dünyəvi dövlətçilik əleyhinə əməllərin həyata keçirilməsinə rəvac verirlər. Azərbaycan İslam Partiyasının üzvlərinin hüquq-mühafizə orqanları tərəfindən ifşa olunması bu bədxah qüvvələrin “kənar əllər” vasitəsilə idarə olunduğunu bir daha təsdiqləyib. Ölkə ərazisində ifşa olunmuş əksər dini-ekstremist qrupların İranın xüsusi xidmət orqanlarının tapşırıqlarını yerinə yetirdikləri təkzibolunmaz faktlarla tam sübuta yetirilib. Azərbaycanın dövlətçiliyinə və müstəqilliyinə qarşı İran KİV-ində ayrı-ayrı siyasətçilərin, generalların və ayətullahların çıxışlarının da yer alması son dərəcə təəssüf doğurur. Həmin çıxışlarda Azərbaycan xalqı və dövləti haqqında ultimativ tərzdə fikirlərin yer alması, çox zaman isə etik normalara sığmayan açıqlamalara rast gəlinməsi islami dəyərləri önə çəkən bir dövlətin, əslində islami prinsiplərdən tamamilə uzaq olduğunu göstərir. İslam dəyərlərini daim önə çəkən İranın Azərbaycan torpaqlarını işğal etmiş Ermənistanla sıx münasibətlər qurması da islam prinsipləri ilə bir araya sığmır. Dünyaya bəllidir ki, Ermənistanın təcavüzü nəticəsində Azərbaycanın 20 faiz torpağı işğal edilib və 1 milyondan artıq müsəlman öz doğma yurdlarından didərgin düşüb. İran dövləti isə müsəlman qardaşlığından dəm vurduğu halda işğalçı dövlətlə bütün sahələrdə əməkdaşlıq edir". Yazıda qeyd olunur ki, İran xüsusi xidmət orqanlarının ölkədə həyata keçirməyə cəhd etdikləri istənilən dini və etnik təxribat planları, ayətullahların sərsəm bəyanatları iflasa məhkumdur: “Azərbaycan güclü dövlətdir. Bir neçə gün əvvəl Milli Təhlükəsizlik Nazirliyinin həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Bakıda ictimai xadimin xidməti fəaliyyətinə son qoymaq məqsədilə terror aktına hazırlıqda təqsirli bilinən bir qrup şəxs yaxalanıb. İstintaq zamanı müəyyən edilib ki, həmin şəxslər öz cinayət əməllərini məhz İran xüsusi xidmət orqanları ilə əlaqədə olan Balaqardaş Dadaşovdan aldıqları sifariş əsasında həyata keçirməyi nəzərdə tuturlarmış. Bu fakt yazıçı-publisist Rafiq Tağının qətlinin İrandan sifariş edilməsi ilə bağlı ehtimalları da artırır. 2007-ci ildə vəfat edən ayətullah Məhəmməd Fazil Lənkərani Rafiq Tağının qətlə yetirilməsi ilə bağlı fitva verib. Onun oğlu isə R.Tağının qətlə yetirilməsindən sevindiyini gizlətməmişdi. Amma qonşu dövlət bilməlidir ki, Azərbaycan dövləti öz ərazisində istənilən dini və etnik təxribat planlarının qarşısını qətiyyətlə almağa qadirdir. Bütövlükdə, İranın apardığı uğursuz siyasət bu dövlətin dünyada təklənməsinə gətirib çıxarıb. Yaxın və uzaq ölkələrlə ultimatum dilində danışan və dünyada gedən proseslərdən özünü təcrid edən İran artıq Qərbin iqtisadi və siyasi sanksiyaları məngənəsində sıxılıb qalıb. İran hazırkı şəraitdə Azərbaycanla münasibətləri normal məcrada inkişaf etdirməlidir. Münasibətlərin qarşılıqlı faydalı əməkdaşlıq müstəvisində inkişaf etdirilməsi bu gün və gələcək üçün son dərəcə vacibdir. Siyasi analitiklər müsəlman dövlətləri tərəfindən dəstəklənməyən İran barədə nikbin proqnozlar irəli sürmürlər. İran tərəfi yaranmış vəziyyətdən ən qısa zamanda ciddi nəticə çıxarmalıdır". Xəbər xidməti 892 dəfə baxılıb
|
[23.05.2012] - AĞIR ŞARTLAR ALTINDA [23.05.2012] - “EUROVİSİON” MÜSTƏQİL MEDİANI ÇÖKDÜRÜB? [23.05.2012] - ATV-nin BAŞ PRODÜSERİ İŞDƏN UZAQLAŞDIRILDI [23.05.2012] - “İZDİVAC VERİLİŞLƏRİ İLƏ BAĞLI BİZİM QƏRARIMIZ YOXDUR, TÖVSİYƏMİZ VAR” [23.05.2012] - AZƏRBAYCAN “EUROVİSİON”dan SONRA [22.05.2012] - 50 MİLYON DA ŞİBYƏ BAYRAMINA [22.05.2012] - “VAHİD MUSTAFAYEVİN ETİRAFI GECİKMİŞ REAKSİYADIR” [22.05.2012] - REPORTYORLAR “FÖVQƏLNAZİR”in VİCDAN SÖHBƏTİNƏ CAVAB VERDİ [21.05.2012] - SƏHVİNİ GÖSTƏR, KİM OLDUĞUNU DEYİM [20.05.2012] - ANS PREZİDENTİ “TOY OLSUN”a TOY TUTANLARA OD PÜSKÜRDÜ [20.05.2012] - ZÜMRÜD YAĞMUR YENİ KİTABINI TƏQDİM ETDİ [20.05.2012] - “TUNİSİN PREZİDENTİ ƏBÜLFƏZ ELÇİBƏYDƏN SONRA GÖRDÜYÜM İKİNCİ SADƏ DÖVLƏT BAŞÇISI İDİ” [19.05.2012] - DEPUTATIN YAZI OĞURLUĞU [19.05.2012] - ƏVƏZ ZEYNALLININ MƏHKƏMƏSİNDƏ SMS SÖHBƏTİ [18.05.2012] - BU GÜN ƏVƏZ ZEYNALLININ MƏHKƏMƏSİDİR [18.05.2012] - “EUROVİSİON”a QARŞI KİBER MÜHARİBƏ [18.05.2012] - “PUL VERİB, NORMAL ADAM İŞƏ GÖTÜRƏ BİLMİRLƏR?” [18.05.2012] - MEDİA HÜQUQU İNSTİTUTU DÖVLƏT QURUMLARI HAQDA HESABAT YAYDI [17.05.2012] - NAZİRDƏN MULTFİLM HƏDİYYƏSİ [17.05.2012] - MEDİA "EUROVİSON" FAVORİTLƏRİNİ SEÇDİ (SİYAHI) ARXIV
|