|
![]() |
|||||||
|
|
||||||
|
|
|
|||||
İrili-xırdalı yüzlərlə qəzetin toplaşdığı “Azərbaycan” nəşriyyatının boşaldıldığı barədə məlumatlar ciddi rezonans doğurub. Məlumata görə, artıq rəsmi qəzetlər nəşriyyatı tərk edir, digər qəzetlər də köçməyə hazırlaşır. Səbəb nəşriyyatın binasının əsaslı təmirə bağlanmasıdır. Xəbərlərə görə, “Bakraboçiy” qəzeti “Xalq qəzeti”nin redaksiyasına köçür. “Azərbaycan” qəzetinin baş redaktoru Bəxtiyar Sadıqov isə bildirib ki, onlara harada yerləşəcəkləri barədə hələlik heç nə deyilməyib: “Gerçək odur ki, bu nəşriyyat dağılıb. Üfunət iyi verir. Ona görə də buranın əsaslı təmirə ciddi ehtiyac var. Harada yerləşəcəyimiz barədə hələlik bir şey deyilməyib. Amma onu deyim ki, belə bir köç gözümüzə durub. Böyük problem olacaq”.
Dünən nəşriyyata baş çəkib qəzetlərin köç əhval-ruhiyyəsi ilə maraqlandıq. Məlum oldu ki, köçürülmə xəbəri qəzetləri o qədər də narahat etmir. Orada olarkən nəşriyyat rəsmilərinin təmirlə bağlı bir-birini təkzib edən fikirləri ilə qarşılaşdıq. Nəşriyyatın ümumi məsələlər üzrə direktor müavini Səbuhi Quliyev köçürülmə ilə bağlı sualımıza sualla cavab verdi: “Bu barədə sizə kim məlumat verib?”
S.Quliyev dedi ki, təmir olsa, bu, qəzetlər nəşriyyatdan çıxarılmadan ediləcək: “Təmir olsa, bu qədər qəzeti çölə tökməyəcəyik ki. Yəqin bir çıxış yolu tapılacaq. Nəşriyyatın ciddi təmirə ehtiyacının olduğu isə göz önündədir”.
“Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı da köçürülmə xəbərini mətbuatdan oxuyub. O, təmiri vacib hesab edir: “Nəşriyyat bərbad gündədir. Şəraitimiz həddən artıq pisdir. Lift işləmir, koridorlar üfunət qoxuyur, otaqlar soyuqdur, əməkdaşlar soyuq otaqlarda tez-tez xəstələnir. Burada işləmək, qəzet çap etmək qəhrəmanlıqdır. Sağlamlığımızın hesabına qəzet çıxarırıq. İşıq zəifdir, o səbəbdən printer normal işləyə bilmir. Stablizator almaq fikrindəyik ki, problemi qismən həll edək. Vəziyyət çox ağırdır. İl yarım əvvəl nəşriyyatın təmiri barədə söhbət yayılsa da nəticə olmadı. O vaxt bunun üçün dövlət tərəfindən vəsait ayrılacağı deyilirdi. Bir müddət keçdi, gəlib otaqları ölçdülər, çertyojunu çəkib getdilər. Onların gedişindən 6 ay keçib. Biz bu il üçün müqavilə bağlamışıq. Kirayə götürdüyümüz otaqlara görə ayda ödədiyimiz konkret məbləğ də var - 650 manat”.
Nəşriyyatın 9-cu mərtəbəsində təmirsiz otaqlarda qərarlaşan “Azadlıq” qəzetinin əməkdaşları da köçmək barədə düşünmür. Qəzetin redaktorları Sücəddin Şərifov və Alı Rza redaksiya rəhbərliyinə nəşriyyat tərəfindən köçürülmə ilə bağlı hər hansı xəbərdarlığın edilmədiyini bildirdi. Qəzetin əməkdaşları isə deyir ki, onlar köç əhval-ruhiyyəsində deyillər, həmişəki kimi işləyirlər. Həmkarlarımız onu da dedilər ki, binada təmir olmadan da buradan məmnuniyyətlə çıxarlar, ancaq qəzetin başqa yerdə ofis tutmağa maddi imkanı yoxdur. R.RƏFİYEVA 450 dəfə baxılıb
|
[23.05.2012] - AĞIR ŞARTLAR ALTINDA [23.05.2012] - “EUROVİSİON” MÜSTƏQİL MEDİANI ÇÖKDÜRÜB? [23.05.2012] - ATV-nin BAŞ PRODÜSERİ İŞDƏN UZAQLAŞDIRILDI [23.05.2012] - “İZDİVAC VERİLİŞLƏRİ İLƏ BAĞLI BİZİM QƏRARIMIZ YOXDUR, TÖVSİYƏMİZ VAR” [23.05.2012] - AZƏRBAYCAN “EUROVİSİON”dan SONRA [22.05.2012] - 50 MİLYON DA ŞİBYƏ BAYRAMINA [22.05.2012] - “VAHİD MUSTAFAYEVİN ETİRAFI GECİKMİŞ REAKSİYADIR” [22.05.2012] - REPORTYORLAR “FÖVQƏLNAZİR”in VİCDAN SÖHBƏTİNƏ CAVAB VERDİ [21.05.2012] - SƏHVİNİ GÖSTƏR, KİM OLDUĞUNU DEYİM [20.05.2012] - ANS PREZİDENTİ “TOY OLSUN”a TOY TUTANLARA OD PÜSKÜRDÜ [20.05.2012] - ZÜMRÜD YAĞMUR YENİ KİTABINI TƏQDİM ETDİ [20.05.2012] - “TUNİSİN PREZİDENTİ ƏBÜLFƏZ ELÇİBƏYDƏN SONRA GÖRDÜYÜM İKİNCİ SADƏ DÖVLƏT BAŞÇISI İDİ” [19.05.2012] - DEPUTATIN YAZI OĞURLUĞU [19.05.2012] - ƏVƏZ ZEYNALLININ MƏHKƏMƏSİNDƏ SMS SÖHBƏTİ [18.05.2012] - BU GÜN ƏVƏZ ZEYNALLININ MƏHKƏMƏSİDİR [18.05.2012] - “EUROVİSİON”a QARŞI KİBER MÜHARİBƏ [18.05.2012] - “PUL VERİB, NORMAL ADAM İŞƏ GÖTÜRƏ BİLMİRLƏR?” [18.05.2012] - MEDİA HÜQUQU İNSTİTUTU DÖVLƏT QURUMLARI HAQDA HESABAT YAYDI [17.05.2012] - NAZİRDƏN MULTFİLM HƏDİYYƏSİ [17.05.2012] - MEDİA "EUROVİSON" FAVORİTLƏRİNİ SEÇDİ (SİYAHI) |
| Yeni MÜSAVAT © 2008 |
|