23 may 2012
Onlayn ictimai-siyasi qəzet
ANA SƏHİFƏ SON DƏQİQƏ ARXİV ƏLAQƏ WAP
Media

YENI QƏZET KÖŞKLƏRI QƏZET SATIŞINA QARŞI

2012-01-26

Bu köşklərdə müxalifət qəzetləri satılmır; satıcılar bunda maraqlı olmadığını deyir, ekspertlərsə ayrı qənaətdədir

Paytaxta bir neçə ay əvvəl gətirilən yeni qəzet köşklərindən şikayətlər artmaqdadır. Oxucular bu köşklərdə qəzet tapa bilmədiklərini, yayım firmaları isə onlarla rəqabətə davam gətirmək gücündə olmadıqlarını söyləyirlər. Məsələ bundadır ki, köhnə köşklərdən geniş və yaraşıqlı olan “Kiosk Press”lər qəzet satmaqda maraqlı deyil. Oxucuların bu iddiasını ekspertlər də təsdiqləyir. Onlar yeni köşkləri mətbuat üçün təhlükə sayırlar.

Təzə köşklər əsasən “Qasid” mətbuat yayımı firmasının götürülən köşklərinin yerində qoyulur. Ancaq burada qəzet əvəzinə çeşid-çeşid şirniyyat və xırdavat satılır. Həmçinin sənədlərin surəti çıxarılır. Oxucuların saysız şikayətlərini nəzərə alıb dünən paytaxtdakı bir neçə təzə köşkə baş çəkdik.

Yeni köşklərdə vitrində ancaq köhnə qəzetlərdir

Maraqlıdır ki, baş çəkdiyimiz ondan artıq köşkdən heç birində müsahibə vermək istəmədilər. Satıcılar bildirdilər ki, “rəhbərlik yerində olmadığından” suallarımızı cavablandıra bilməzlər. Rəhbərliyin kim olduğu ilə maraqlansaq da, konkret ad çəkən olmadı. Köşklərdə vitrinə səliqəsiz şəkildə qoyulmuş qəzetlər isə 22-24 yanvar tarixlərində çap olunan nəşrlər idi.
 
“Neftçilər” metrostansiyası yaxınlığındakı yeni köşkün satıcısının sözlərinə görə, köşkə qəzetlərin hansı firmadan gətirilməsindən, hansı qəzetlərin çox satılmasından və ümumiyyətlə qəzet işindən xəbərsizdir: “Heç bir məlumatım yoxdur. Qəzeti biz almırıq, gətirirlər”. O, gün ərzində neçə qəzet satdığını da bilmir.

Köşkün vitrininə qoyulan qəzetlər 24 yanvar tarixinə aiddir. Satıcı bunun səbəbini də izah etməkdə çətinlik çəkir. Bununla belə, qeyd edir ki, müsahibə vermək üçün rəhbərlikdən icazə almalıdır. Bir müddət sonra satıcı bildirir ki, rəhbərlik müsahibə üçün icazə vermədi: “Dedi ki, heç nə deyib-eləmə. Qətiyyən danışma”.

“Özüm bilərəm nə satıram, nə satmıram. Qəzet satmaq istəmirəm”

“Xalqlar dostluğu” metrostansiyası yaxınlığında yerləşən köşkün satıcısı isə ümumiyyətlə danışmaqdan imtina edir. O, suallarımızı aqressiv qarşılayır: “Çıxın gedin, özüm bilərəm nə satıram, nə satmıram. Qəzet satmaq istəmirəm”. Vitrinə qoyulan qəzetlərin 22 yanvar tarixinə aid olduğunu göstərib, yeni qəzetlərin nə üçün satılmadığını soruşuruq. Satıcı bildirir ki, yeni qəzetlər onlara günorta gəlir: “Qəzetlər indicə gəlib. Vaxtım olanda, vitrinə düzəcəm”.

Metrostansiyanın girişində qoyulan digər köşkdə isə satıcı deyir ki, köşkün açılmasından bir ay ötsə də, qəzetləri dünəndən etibarən alırlar: “Bilmirəm kim gətirir. Biz köşkü saat 9-da açırıq. Qəzetləri isə daha tez- saat 7-nin yarısında gətirirlər. Bu günkü qəzetlərin siyahısını, qaiməsini gətirməyiblər. Ona görə də hələ vitrinə düzməmişəm, müdiri gözləyirəm”.

23 ilin satıcısı yeni köşklərdən narazıdır

Həmin köşkə gətirilən qəzetlər isə toplu halda divar dibinə qoyulub. Yeni köşkün qarşısında yerləşən “Qasid” firmasının köşkündən isə bildirirlər ki, həmin qəzetlər süpürgə və zibil qutusunun yanına qoyulub: “Axşam da qaytaracaqlar”. Köşkün satıcısı Tahirə xanım bildirir ki, 23 ildir qəzet satışı ilə məşğuldur və yeni köşklər onu çox narahat edir. O deyir ki, yeni köşklərdə qəzet satılmır. Qəzet satışı zəifləyir. Yaxşı olar ki, həmin köşkləri “Qasid”ə versinlər”. Tahirə xanım işlədiyi köşkün də götürüləcəyindən narahatdır: “Belə çıxır ki, gedib iş axtarmalıyam?”.

Satıcı əminliklə bildirir ki, yeni köşklərin qəzet satmaq fikri yoxdur: “Ancaq onlar bu cür də işləyirlər. Çünki arxalarında adamları var, adamları olmasa, işləyə bilməzlər”.

Qeyd edək ki, yeni köşklər Bakı Şəhər Ticarət və Xidmət Departamenti tərəfindən quraşdırılır. Departamentin mətbuat xidmətindən gün ərzində suallarımızı cavablandırmaq istəmədilər.

Yeni köşklərdə qəzetlər belə satılır

Ekspertlərin fikrincə isə, yeni quraşdırılan obyektlər formal şəkildə qəzet köşkü adlansa da, onlarda poliqrafiya məmulatı satışı cəmi 10 faiz təşkil edir. Ekspertlər vurğulayırlar ki, yeni köşklər qəzet satmaq məqsədi ilə qoyulmayıb və onların arxasında ciddi oyunlar gedir. Baş verənlər mətbuat yayımını inhisara almaq üçün atılan ciddi addım hesab edilir.

Röya RƏFİYEVA

1909 dəfə baxılıb

Xəbəri paylaş

[23.05.2012] - AĞIR ŞARTLAR ALTINDA

[23.05.2012] - “EUROVİSİON” MÜSTƏQİL MEDİANI ÇÖKDÜRÜB?

[23.05.2012] - ATV-nin BAŞ PRODÜSERİ İŞDƏN UZAQLAŞDIRILDI

[23.05.2012] - “İZDİVAC VERİLİŞLƏRİ İLƏ BAĞLI BİZİM QƏRARIMIZ YOXDUR, TÖVSİYƏMİZ VAR”

[23.05.2012] - AZƏRBAYCAN “EUROVİSİON”dan SONRA

[22.05.2012] - 50 MİLYON DA ŞİBYƏ BAYRAMINA

[22.05.2012] - “VAHİD MUSTAFAYEVİN ETİRAFI GECİKMİŞ REAKSİYADIR”

[22.05.2012] - REPORTYORLAR “FÖVQƏLNAZİR”in VİCDAN SÖHBƏTİNƏ CAVAB VERDİ

[21.05.2012] - SƏHVİNİ GÖSTƏR, KİM OLDUĞUNU DEYİM

[20.05.2012] - ANS PREZİDENTİ “TOY OLSUN”a TOY TUTANLARA OD PÜSKÜRDÜ

[20.05.2012] - ZÜMRÜD YAĞMUR YENİ KİTABINI TƏQDİM ETDİ

[20.05.2012] - “TUNİSİN PREZİDENTİ ƏBÜLFƏZ ELÇİBƏYDƏN SONRA GÖRDÜYÜM İKİNCİ SADƏ DÖVLƏT BAŞÇISI İDİ”

[19.05.2012] - DEPUTATIN YAZI OĞURLUĞU

[19.05.2012] - ƏVƏZ ZEYNALLININ MƏHKƏMƏSİNDƏ SMS SÖHBƏTİ

[18.05.2012] - BU GÜN ƏVƏZ ZEYNALLININ MƏHKƏMƏSİDİR

[18.05.2012] - “EUROVİSİON”a QARŞI KİBER MÜHARİBƏ

[18.05.2012] - “PUL VERİB, NORMAL ADAM İŞƏ GÖTÜRƏ BİLMİRLƏR?”

[18.05.2012] - MEDİA HÜQUQU İNSTİTUTU DÖVLƏT QURUMLARI HAQDA HESABAT YAYDI

[17.05.2012] - NAZİRDƏN MULTFİLM HƏDİYYƏSİ

[17.05.2012] - MEDİA "EUROVİSON" FAVORİTLƏRİNİ SEÇDİ (SİYAHI)

ARXIV

Yeni MÜSAVAT © 2008