23 may 2012
Onlayn ictimai-siyasi qəzet
ANA SƏHİFƏ SON DƏQİQƏ ARXİV ƏLAQƏ WAP
Media

AZƏRBAYCAN DAHA BİR AZADLIQ SİYAHISINDA GERİLƏDİ

2012-01-26

“Sərhədsiz reportyorlar” ölkəmizin 179 ölkə arasında 162-ci yerdə olduğunu bəyan etdi

“Sərhədsiz reportyorlar” yanvarın 25-də illik “Mətbuat azadlığı indeksi”ni açıqlayıb. Azərbaycan bu cədvəldə 179 ölkə arasında 162-ci yerdə qərar tutub və ötən illə müqayisədə 10 pillə aşağı düşüb. Qurum bəyan edib ki, 2011-ci ildə dünyada mətbuat azadlığı ilə bağlı bəzi dəyişikliklər olub. Təşkilat bu sırada “ərəb baharı”nın rolunu xatırladır: “Ərəb ölkələrindəki proseslər avtoritar ölkələrin mətbuatla davranışına təsir edib” (“Azadlıq” radiosu).

“Sərhədsiz reportyorlar”ın 10-cu hesabatında deyilir ki, hələ də hökumətlər mətbuat və informasiya üzərində nəzarətə davam edirlər. Ayrı-ayrı ölkələrdə medianın durumunu təhlil edən təşkilat Azərbaycanla bağlı yazır: “İlham Əliyevin despotik rejiminin tərəddüd etmədən vətəndaşları həbsə atdığı bir ölkədə həbs olunanların sayında dramatik artım var. Bu ölkədə müxalifyönlü jurnalistləri oğurlayırlar. Demokratiya tələbi ilə keçirilən etirazların qarşısı zorakılıqla alınandan sonra Azərbaycan ”Mətbuat azadlığı indeksi"ndə geriləyib. Belarus və Azərbaycan prezidentləri Aleksandr Lukaşenko və İlham Əliyev hər ikisi mətbuat azadlığının qənimidir. Belarusda 100-dən çox jurnalist və bloqçu tutulub. Azərbaycan da eyni üsuldan istifadə edib və sosial şəbəkələrdə söz və ifadə azadlığından istifadə edən bloqçuları həbsxanaya atıb".
Cədvəldə Azərbaycanın qonşuları İran istisna olmaqla digərləri ondan yuxarı pillədə qərar tutub: Rusiya 142, Ermənistan 77, Gürcüstan 105, Türkiyə 148-ci yerdədir. Ötən ildə Qırğızıstanda mətbuat azadlığında vəziyyət yaxşılaşdığından ölkə 10 pillə yuxarı qalxıb və 109-cu yerdə qərarlaşıb. Siyahıya Finlandiya rəhbərlik edir, ən sonuncu pilləni isə Eritreya tutur. Keçmiş SSRİ respublikası olan Estoniya isə 3-cü yerdədir.

Sevinc TELMANQIZI

334 dəfə baxılıb

Xəbəri paylaş

[23.05.2012] - AĞIR ŞARTLAR ALTINDA

[23.05.2012] - “EUROVİSİON” MÜSTƏQİL MEDİANI ÇÖKDÜRÜB?

[23.05.2012] - ATV-nin BAŞ PRODÜSERİ İŞDƏN UZAQLAŞDIRILDI

[23.05.2012] - “İZDİVAC VERİLİŞLƏRİ İLƏ BAĞLI BİZİM QƏRARIMIZ YOXDUR, TÖVSİYƏMİZ VAR”

[23.05.2012] - AZƏRBAYCAN “EUROVİSİON”dan SONRA

[22.05.2012] - 50 MİLYON DA ŞİBYƏ BAYRAMINA

[22.05.2012] - “VAHİD MUSTAFAYEVİN ETİRAFI GECİKMİŞ REAKSİYADIR”

[22.05.2012] - REPORTYORLAR “FÖVQƏLNAZİR”in VİCDAN SÖHBƏTİNƏ CAVAB VERDİ

[21.05.2012] - SƏHVİNİ GÖSTƏR, KİM OLDUĞUNU DEYİM

[20.05.2012] - ANS PREZİDENTİ “TOY OLSUN”a TOY TUTANLARA OD PÜSKÜRDÜ

[20.05.2012] - ZÜMRÜD YAĞMUR YENİ KİTABINI TƏQDİM ETDİ

[20.05.2012] - “TUNİSİN PREZİDENTİ ƏBÜLFƏZ ELÇİBƏYDƏN SONRA GÖRDÜYÜM İKİNCİ SADƏ DÖVLƏT BAŞÇISI İDİ”

[19.05.2012] - DEPUTATIN YAZI OĞURLUĞU

[19.05.2012] - ƏVƏZ ZEYNALLININ MƏHKƏMƏSİNDƏ SMS SÖHBƏTİ

[18.05.2012] - BU GÜN ƏVƏZ ZEYNALLININ MƏHKƏMƏSİDİR

[18.05.2012] - “EUROVİSİON”a QARŞI KİBER MÜHARİBƏ

[18.05.2012] - “PUL VERİB, NORMAL ADAM İŞƏ GÖTÜRƏ BİLMİRLƏR?”

[18.05.2012] - MEDİA HÜQUQU İNSTİTUTU DÖVLƏT QURUMLARI HAQDA HESABAT YAYDI

[17.05.2012] - NAZİRDƏN MULTFİLM HƏDİYYƏSİ

[17.05.2012] - MEDİA "EUROVİSON" FAVORİTLƏRİNİ SEÇDİ (SİYAHI)

ARXIV

Yeni MÜSAVAT © 2008