|
![]() |
|||||||
|
|
||||||
|
|
|
|||||
ANS telekanalının keçmiş teleaparıcısı Turan İbrahimov yenidən ekranlara qayıdacaq. Bu barədə bizə açıqlamasında T.İbrahimov dedi. Onun sözlərinə görə, ANS-dən gedəndən sonra ona bəzi telekanallardan maraqlı layihə təklifləri gəlib. Bu təklifləri dəyərləndirən İbrahimov diqqətini iki layihəyə cəmləşdirib: “İndi telemövsümün ortasıdır. Bir az seçim qarşısında qalmışam. Hazırda verilişin formatı barədə dəqiqləşmə gedir. Bu mərhələ bitəndən sonra konkret qərar veriləcək. O zaman da açıqlama verə bilərəm”. T.İbrahimovdan vaxtilə yaradıcısı və aparıcısı olduğu verilişlə - “Günəbaxan”la bağlı düşüncələrini də soruşduq. O dedi ki, verilişlə bağlı yaşananları mətbuat vasitəsilə izləyir. T.İbrahimov verilişi açan və onu reytinqə çatdıran biri kimi dedi ki, onun əvvəlki və indiki imici arasında yerlə göy qədər fərq var: “Tamaşaçı və aparıcı kimi bunu aydın görürəm. Aparıcı olduğum vaxt veriliş daha çox sosial yönümlü idi. Ancaq həftənin cümə günü əyləncə xarakterli olurdu. Qalan 4 gündə sosial mövzuları müzakirəyə çıxarır, dövlətçilik həddini qoruyaraq heç kimin heç yerdə danışa bilmədiyini danışırdıq. Bu, həm də mənin rolum idi. Mənə buna görə zənglər, təzyiqlər gəlirdi, bəzən rəhbərlik hansısa mövzuya icazə vermirdi. Məhkəmələrlə, vergi sistemi ilə bağlı müzakirələr olurdu. Həm xalqın xeyrinə olurdu, həm də dövlət xəttinə uyğun idi. ”Günəbaxan"ın əsası qoyulanda şou xarakterli veriliş idi. Mən onu sosial yönümlü verilişə çevirdim. Bu gün insanların etirazı da sırf indiki verilişin mənim vaxtımdakına uyğun gəlməməsi ilə bağlıdır". Sevinc TELMANQIZI 2758 dəfə baxılıb
|
[23.05.2012] - AĞIR ŞARTLAR ALTINDA [23.05.2012] - “EUROVİSİON” MÜSTƏQİL MEDİANI ÇÖKDÜRÜB? [23.05.2012] - ATV-nin BAŞ PRODÜSERİ İŞDƏN UZAQLAŞDIRILDI [23.05.2012] - “İZDİVAC VERİLİŞLƏRİ İLƏ BAĞLI BİZİM QƏRARIMIZ YOXDUR, TÖVSİYƏMİZ VAR” [23.05.2012] - AZƏRBAYCAN “EUROVİSİON”dan SONRA [22.05.2012] - 50 MİLYON DA ŞİBYƏ BAYRAMINA [22.05.2012] - “VAHİD MUSTAFAYEVİN ETİRAFI GECİKMİŞ REAKSİYADIR” [22.05.2012] - REPORTYORLAR “FÖVQƏLNAZİR”in VİCDAN SÖHBƏTİNƏ CAVAB VERDİ [21.05.2012] - SƏHVİNİ GÖSTƏR, KİM OLDUĞUNU DEYİM [20.05.2012] - ANS PREZİDENTİ “TOY OLSUN”a TOY TUTANLARA OD PÜSKÜRDÜ [20.05.2012] - ZÜMRÜD YAĞMUR YENİ KİTABINI TƏQDİM ETDİ [20.05.2012] - “TUNİSİN PREZİDENTİ ƏBÜLFƏZ ELÇİBƏYDƏN SONRA GÖRDÜYÜM İKİNCİ SADƏ DÖVLƏT BAŞÇISI İDİ” [19.05.2012] - DEPUTATIN YAZI OĞURLUĞU [19.05.2012] - ƏVƏZ ZEYNALLININ MƏHKƏMƏSİNDƏ SMS SÖHBƏTİ [18.05.2012] - BU GÜN ƏVƏZ ZEYNALLININ MƏHKƏMƏSİDİR [18.05.2012] - “EUROVİSİON”a QARŞI KİBER MÜHARİBƏ [18.05.2012] - “PUL VERİB, NORMAL ADAM İŞƏ GÖTÜRƏ BİLMİRLƏR?” [18.05.2012] - MEDİA HÜQUQU İNSTİTUTU DÖVLƏT QURUMLARI HAQDA HESABAT YAYDI [17.05.2012] - NAZİRDƏN MULTFİLM HƏDİYYƏSİ [17.05.2012] - MEDİA "EUROVİSON" FAVORİTLƏRİNİ SEÇDİ (SİYAHI) |
| Yeni MÜSAVAT © 2008 |
|