23 may 2012
Onlayn ictimai-siyasi qəzet
ANA SƏHİFƏ SON DƏQİQƏ ARXİV ƏLAQƏ WAP
Media

“ƏCNƏBİ JURNALİSTLƏR AZƏRBAYCANIN DƏRD-SƏRİNİ DÜNYAYA ÇATDIRA BİLƏR”

2012-01-27

Bu fikir “Eurovizion”la bağlı keçirilən tədbirdə səsləndi

Dünən Bakı Biznes Mərkəzində Azərbaycanın Avropa Yayım Birliyi rəhbərliyinin iştirakı ilə mətbuat konfransı keçirilib. Mətbuat konfransında “Eurovision” mahnı müsabiqəsinin icraçı rəhbəri Yan Ola Sand, “Eurovision” müsabiqəsinin təşkilatı məsələlər üzrə rəhbəri Sietse Bakker, “eurovision.tv”nin rəhbəri Yorqan Frank, “Eurovision-2012" mahnı müsabiqəsinin işçi qrupunun rəhbəri Adil Kərimli, müsabiqənin ictimaiyyətlə əlaqələr və kommunikasiya rəhbəri Tahir Məmmədov iştirak etdilər.

Tədbirdə mətbuat nümayəndələrinə Azərbaycan və “Eurovision-2012" ilə bağlı videorolik nümayişi və eurovision.az saytının təqdimatı oldu. Yan Ola Sand tədbiri işıqlandıran jurnalistlərin sayının çox olmasından məmnunluğunu ifadə etdi. Sietse Bakkaer bildirdi ki, ötən gün Düsseldorf merinin Azərbaycandakı həmkarına rəmzi açarı təqdimetmə mərasimini yüksək səviyyədə keçirilib. Y.Frank isə dedi ki, yekun olaraq müsabiqənin Bakı Büllur Zalında keçirilməsinə qərar veriblər.
“Eurovision-2012"nin işçi qrupunun rəhbəri A.Kərimli Təşkilat Komitəsi və İşçi Qrupun gördüyü işlərdən danışdı. Qeyd etdi ki, ki, budəfəki şounun təqdimatı fərqli və daha maraqlı olacaq.
Bundan başqa, A.Kərimli Bakı-Büllur Zalının hələ bu yarışmadan əvvəl tikilmək planının olduğunu vurğuladı və dedi ki, “Eurovision”un burada keçirilməsi qətiləşdirildikdən sonra tikintinin qarşısında jurnalistlərin bu müsabiqə ilə bağlı peşəkar fəaliyyətinə şərait yaratmaq üçün beynəlxalq standartlara cavab verən mətbuat zalı da inşa olunacaq.
Tədbirdə jurnalistlər tərəfindən “Azad mahnı qeyri-azad ölkədə” adlı kampaniyanın keçirilməsi məsələsi səsləndirildi. Ölkəmizdə siyasi məhbusların olması ilə bağlı suala Y.Sand bu haqda müəyyən məlumatlarının olduğunu bildirdi. Qeyd etdi ki, “Eurovision” yarışması qeyri-siyasi olduğundan bu məsələnin müsabiqəyə aidiyyəti yoxdur: “Avropa Yayım Birliyi Azərbaycandakı məsələlərlə maraqlanır və məlumatlanır. Lakin Azərbaycan hökumətinə heç bir göstəriş verə bilməz. Biz ümid edirik, müsabiqənin Azərbaycanda keçirilməsi, hər halda, bütün sahələrə öz müsbət təsirini göstərəcək”.
Tədbirdə xaricdən 1600 jurnalistin gələcəyinin gözləndiyini deyən Y.Sand 100 jurnalistin də qeyri-üzv ölkələrdən olacağı ehtimalını vurğuladı: “Bunların da özünəməxsus çətinliyi var. Bizə vəd edilib ki, xaricdən gələn qonaqların viza problemi həll ediləcək”. Y.Frank isə bildirdi ki, Azərbaycan bu yarışmaya ev sahibliyi etdiyindən, kvotada nəzərdə tutulan jurnalist sayı on dəfə artıq olacaq: “Əgər keçən il sizdən 20 jurnalistin iştirakı mümkün idisə, bu il bu rəqəm 200 olacaq”.
“Xaricdən gələn jurnalistlər bizim Qarabağ faciəmizi dünya ictimaiyyətinə çatdıra biləcəkmi” sualına Y.Sand belə cavab verib: “Bununla bağlı xüsusi fəaliyyətimiz yoxdur. Amma çox istərdik ki, Azərbaycana gələn jurnalistlər sərbəst olaraq sizin dərd-sərinizi dinləyib bizə xəbər versinlər. Və mətbuat azadlığını biz onlardan həm də tələb edə bilərik”.
“Gey-parad”ın Azərbaycanda keçirilməsi ilə bağlı səslənən fikirlərə A.Kərimli “Eurovision” çərçivəsində indiyədək bu cür tədbir keçirilmədiyini dedi: “Müsabiqə çərçivəsində belə bir tədbirin keçirilməsi mümkün deyil. Amma əgər kimsə kütləvi bir toplantı, hər hansı bir parad keçirmək istəyirsə, qanun çərçivəsində öz fəaliyyətini azad həyata keçirə bilər”. Gələn qonaqların təhlükəsizliyi ilə bağlı A.Kərimli bildirdi ki, Azərbaycanın baş nazirinin imzası ilə dövlət qarantiyası verilib.
İcraçı rəhbər isə dedi ki, digər ölkələr kimi, Ermənistanın da müsabiqədə iştirakına təhlükəsizlik baxımından zəmanət veriləcək.
Biletlərin qiymətinə gəlincə, S.Bakker bununla bağlı məlumatın üç həftə ərzində ictimaiyyətə açıqlanacağını dedi. Bilet satışı ilə bağlı eurovision.az saytından məlumat əldə etməyin mümkün olacağı da vurğulandı.
Sonda Y.Sand onu da dedi ki, Azərbaycanın bu il də qalib olacağı istisna deyil.

S.ÜNAL

413 dəfə baxılıb

Xəbəri paylaş

[23.05.2012] - AĞIR ŞARTLAR ALTINDA

[23.05.2012] - “EUROVİSİON” MÜSTƏQİL MEDİANI ÇÖKDÜRÜB?

[23.05.2012] - ATV-nin BAŞ PRODÜSERİ İŞDƏN UZAQLAŞDIRILDI

[23.05.2012] - “İZDİVAC VERİLİŞLƏRİ İLƏ BAĞLI BİZİM QƏRARIMIZ YOXDUR, TÖVSİYƏMİZ VAR”

[23.05.2012] - AZƏRBAYCAN “EUROVİSİON”dan SONRA

[22.05.2012] - 50 MİLYON DA ŞİBYƏ BAYRAMINA

[22.05.2012] - “VAHİD MUSTAFAYEVİN ETİRAFI GECİKMİŞ REAKSİYADIR”

[22.05.2012] - REPORTYORLAR “FÖVQƏLNAZİR”in VİCDAN SÖHBƏTİNƏ CAVAB VERDİ

[21.05.2012] - SƏHVİNİ GÖSTƏR, KİM OLDUĞUNU DEYİM

[20.05.2012] - ANS PREZİDENTİ “TOY OLSUN”a TOY TUTANLARA OD PÜSKÜRDÜ

[20.05.2012] - ZÜMRÜD YAĞMUR YENİ KİTABINI TƏQDİM ETDİ

[20.05.2012] - “TUNİSİN PREZİDENTİ ƏBÜLFƏZ ELÇİBƏYDƏN SONRA GÖRDÜYÜM İKİNCİ SADƏ DÖVLƏT BAŞÇISI İDİ”

[19.05.2012] - DEPUTATIN YAZI OĞURLUĞU

[19.05.2012] - ƏVƏZ ZEYNALLININ MƏHKƏMƏSİNDƏ SMS SÖHBƏTİ

[18.05.2012] - BU GÜN ƏVƏZ ZEYNALLININ MƏHKƏMƏSİDİR

[18.05.2012] - “EUROVİSİON”a QARŞI KİBER MÜHARİBƏ

[18.05.2012] - “PUL VERİB, NORMAL ADAM İŞƏ GÖTÜRƏ BİLMİRLƏR?”

[18.05.2012] - MEDİA HÜQUQU İNSTİTUTU DÖVLƏT QURUMLARI HAQDA HESABAT YAYDI

[17.05.2012] - NAZİRDƏN MULTFİLM HƏDİYYƏSİ

[17.05.2012] - MEDİA "EUROVİSON" FAVORİTLƏRİNİ SEÇDİ (SİYAHI)

ARXIV

Yeni MÜSAVAT © 2008