 |
Media
YENİ KÖŞKLƏRDƏ QƏZET SATIŞINA MANEƏLƏR DAVAM EDİR 2012-01-28 Mətbuat yayımı firmaları həyəcan təbili çalır, BŞİH-in sözçüsü isə cavab verməkdə çətinlik çəkir
|
Bakıda və regionlarda yeni köşklərinin quraşdırılması qəzet yayımının azalması və bu sahədə ciddi problemlərin yaranması ilə müşayiət olunur. Belə ki, bu köşklərdə qəzet tapmaq elə də asan deyil. Əslində qəzetdən başqa hər şey tapmaq mümkündür desək, daha doğru olar. Belə ki, burada istənilən şirniyyat məmulatları, müxtəlif növ siqaretlər, uşaq oyuncaqları, meyvə şirələri, hətta bəzilərində bujiteriya malları da tapmaq olar. Bu hal isə köşkü daha çox ərzaq malları mağazasına bənzədir. “Yeni Müsavat” qəzetinə müraciət edən oxucular bildirir ki, sözügedən köşklərdə hansısa gündəlik, yaxud təzə qəzet tapmaq müşkülə çevrilib: “Ya vaxtı keçmiş, ya da informasiya xarakterli olmayan krossvord, əyləncə xarakterli qəzetlərə rast gəlinir. Müxalifət qəzetləri isə ümumiyyətlə, satılmır”. Digər tərəfdən, paytaxtda yeni köşklər qurulmaqla yanaşı, əvvəldən fəaliyyət göstərən köşklər götürülür. Burada əsas zərər qəzetlər və redaksiyaların üzərinə düşür. Hazırda “Qasid”, “Qaya” və “Azərmətbuatyayımı”nın köhnə köşklərini götürürlər. Yeni köşklərin kimə məxsusluğuna gəlincə, yayılan məlumatlarda Bakı Şəhər İcra Hakimiyyəti göstərilir. Amma qurum bu köşkləri sahibkarlara icarəyə verir. Belə ki, “28 May” metrosu yaxınlığındakı köşklərin birinin satıcısı bizimlə söhbətdə köşkü icarə ilə işlətdiklərini dedi. Onun sözlərinə görə, onlar qəzetdən çox gündəlik tələbat olan mallara üstünlük verir. “Qasid” mətbuat yayımının direktor müavini Ağaəli İsmayılov “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, yeni köşklərin çoxuna qəzet verilir: “Bizim bu köşklərə tabeçiliyimiz yoxdur. Bizim yayım firmasında qeydiyyatdan keçən köşklər hər gün bizdən qəzet götürür. Amma qeydiyyatdan keçməyən köşklər də var. Onlar qəzet aparmırlar. Yeni köşklərdə qəzet satışına əngəllə bağlı məsələni biz də araşdırırıq”. “Qaya” mətbuat yayımı firmasının rəhbəri Xanhüseyn Əliyev də yeni köşklərə qəzet verdiklərini bildirdi. Onun sözlərinə görə, yeni köşklərin 6-sına gündəlik qəzetlər verilir. Yeni köşklərdə qəzet satışının azlığına gəlincə, X.Əliyev dedi ki, bu köşklərdə qəzet satışına üstünlük verilməməsi, qəzetdən gələn gəlirlərin satıcılara cəmi 5 faiz verilməsi ilə bağlıdır: “Buna görə də, onlar qəzet satışında maraqlı deyillər. Amma biz əsas üstünlüyü qəzet satışına veririk və ondan gələn gəlirlərin yüksək faizi öz satıcılarımıza çatır”. “Azərmətbuatyayımı” ASC-nin sədri Süleyman Salmanov isə yeni köşklərə qəzet vermədiklərini dedi. Onun sözlərinə görə, həmin köşklərə qəzet verilməsi ilə bağlı heç bir təklif almayıblar: “Bizim yeni köşklərlə heç bir əlaqəmiz yoxdur. Həmin köşklərdə qəzet satışına əngəl yaradılması barədə eşitmişəm. Ancaq bizim bu köşklərlə iş birliyimiz olmadığı üçün bir söz deyə bilmərəm”. S.Salmanov qeyd etdi ki, “Azərmətbuatyayımı” ASC-nin paytaxtda beş köşkü var. Onların da bəzisi artıq götürülüb. Bakı Şəhər Ticarət və Xidmət Departamentinin mətbuat xidmətinin rəhbəri Əlabbas Bağırov isə deyir ki, bu şikayətlər ona da tanışdır. Amma o, həmin köşklərdə müxalifət qəzetlərinin satılmasının şahid olub. Qeyd edək ki, qəzetlərin yayımı əvəzinə ticarətlə məşğul olan yeni köşklərin fəaliyyəti KİV məhsullarının yayımına maneə törətdiyi üçün qanuna da ziddir. Belə ki, “KİV haqqında” Qanunun 26-cı maddəsinə görə, məhkəmənin qərarı yoxdursa, kütləvi informasiya vasitəsi məhsulunun yayılmasına mane olmağa, o cümlədən onun tirajının, yaxud tirajının bir hissəsinin müsadirə edilməsinə yol verilmir. Günay MUSAYEVA 506 dəfə baxılıb
|
[23.05.2012] - AĞIR ŞARTLAR ALTINDA [23.05.2012] - “EUROVİSİON” MÜSTƏQİL MEDİANI ÇÖKDÜRÜB? [23.05.2012] - ATV-nin BAŞ PRODÜSERİ İŞDƏN UZAQLAŞDIRILDI [23.05.2012] - “İZDİVAC VERİLİŞLƏRİ İLƏ BAĞLI BİZİM QƏRARIMIZ YOXDUR, TÖVSİYƏMİZ VAR” [23.05.2012] - AZƏRBAYCAN “EUROVİSİON”dan SONRA [22.05.2012] - 50 MİLYON DA ŞİBYƏ BAYRAMINA [22.05.2012] - “VAHİD MUSTAFAYEVİN ETİRAFI GECİKMİŞ REAKSİYADIR” [22.05.2012] - REPORTYORLAR “FÖVQƏLNAZİR”in VİCDAN SÖHBƏTİNƏ CAVAB VERDİ [21.05.2012] - SƏHVİNİ GÖSTƏR, KİM OLDUĞUNU DEYİM [20.05.2012] - ANS PREZİDENTİ “TOY OLSUN”a TOY TUTANLARA OD PÜSKÜRDÜ [20.05.2012] - ZÜMRÜD YAĞMUR YENİ KİTABINI TƏQDİM ETDİ [20.05.2012] - “TUNİSİN PREZİDENTİ ƏBÜLFƏZ ELÇİBƏYDƏN SONRA GÖRDÜYÜM İKİNCİ SADƏ DÖVLƏT BAŞÇISI İDİ” [19.05.2012] - DEPUTATIN YAZI OĞURLUĞU [19.05.2012] - ƏVƏZ ZEYNALLININ MƏHKƏMƏSİNDƏ SMS SÖHBƏTİ [18.05.2012] - BU GÜN ƏVƏZ ZEYNALLININ MƏHKƏMƏSİDİR [18.05.2012] - “EUROVİSİON”a QARŞI KİBER MÜHARİBƏ [18.05.2012] - “PUL VERİB, NORMAL ADAM İŞƏ GÖTÜRƏ BİLMİRLƏR?” [18.05.2012] - MEDİA HÜQUQU İNSTİTUTU DÖVLƏT QURUMLARI HAQDA HESABAT YAYDI [17.05.2012] - NAZİRDƏN MULTFİLM HƏDİYYƏSİ [17.05.2012] - MEDİA "EUROVİSON" FAVORİTLƏRİNİ SEÇDİ (SİYAHI) ARXIV
|