23 may 2012
Onlayn ictimai-siyasi qəzet
ANA SƏHİFƏ SON DƏQİQƏ ARXİV ƏLAQƏ WAP
Media

“SƏRHƏDSİZ REPORTYORLAR”ın HESABATINA İKİ FƏRQLİ BAXIŞ

2012-01-28

Mehman Əliyev: “Hesabatda Azərbaycanla bağlı məqamlar obyektivdir”
Bəxtiyar Sadıqov: “Bunlar deyir, sən nə çalırsan çal, mən "Heyvagülü” oynayacağam”

“Sərhədsiz Reportyorlar” “Mətbuat azadlığı indeksi”ni açıqladığı barədə xəbər vermişdik. Qeyd edək ki, Azərbaycan bu cədvəldə 179 ölkə arasında 162-ci yerdə qərar tutub və ötən illə müqayisədə 10 pillə aşağı düşüb. Azərbaycan mediasının ildən-ilə gerilədiyini göstərən bu hesabata redaktorların rəyi isə fərqlidir.

Mehman Əliyev“Turan” İnformasiya Agentliyinin direktoru Mehman Əliyev hesab edir ki, hesabat tamamilə obyektivdir. Onun sözlərinə görə, ötən ilin ikinci yarısından etibarən Azərbaycan mediasının vəziyyəti xüsusilə pisləşib. Müsahibimiz dedi ki, “Xural”ın baş redaktorunun həbsi, bəzi jurnalistlərin döyülməsi, qəzetlərə, xüsusən də “Yeni Müsavat”a qarşı məhkəmə iddialarının artması bunun bariz nümunəsidir: “Rafiq Tağının ölümü isə ilin media mənzərəsi baxımdan ən son, ağır zərbəsi oldu. Bütün bunlar Azərbaycanın bu siyahıda daha da geriləməsinə səbəb oldu. Orada ölkəmizlə bağlı yazılanlar obyektivdir”.
Agentlik direktoru bu cür hesabatların Azərbaycan hakimiyyətinə heç bir təsir göstərməməsi, vəziyyəti düzəltmək üçün heç bir addım atmamasına da münasibət bildirdi. Onun sözlərinə görə, bu neqativ məqamları qeyd etmək təşkilatın borcudur: “Onlar hesabatlarını bütün ölkələrə, hökumətlərə göndərirlər. Ancaq Azərbaycanın adı yoxdur həmin sənədlərdə. Bu cür hesabatlara hökumət mənfi reaksiya verir. Öz əməllərindən əl çəkmirlər. Bu hakimiyyətin ən böyük qorxusu azad mətbuatdır. Onlar heç bir güzəştə getmək istəmirlər. Bilirlər ki, iqtisadi-sosial islahat olsa, insanlar da sərbəst rəqabət aparacaqlar”.
M.Əliyev hesab edir ki, bu, hakimiyyət üçün ölüm-dirim savaşıdır. Onlar media azadlığı sahəsində güzəştə getsələr, bütün sahələr üzrə özlərinə problem yaranacağını düşünürlər.
Bəxtiyar Sadıqov“Azərbaycan” qəzetinin baş redaktoru Bəxtiyar Sadıqov isə bu hesabatı qəbul etmədiyini dedi. Müsahibimizin fikrincə, “Sərhədsiz Reportyorlar”, “Freedom House”, “Article 19" kimi təşkilatlar daim Azərbaycana münasibətdə qərəzli mövqe nümayiş etdirib: "Onların məntiqi təxminən belədir ki, “sən nə çalırsan çal, mən Heyvagülü oynayacağam”. Azərbaycanda reallıq necədir, vəziyyət hansı yöndə dəyişib, bunu görmək istəmirlər. Köhnə bayatıları oxuyurlar. Onların biri də bu arayışları açıqlamazdan əvvəl Azərbaycana gəlmirlər. Ölkədə Mətbuat Şurası kimi legitim bir qurum var. Bir dəfə də gəlib, bizimlə bu mövzunu müzakirə etməyiblər. Demirsən Azərbaycanda söz azadlığı boğulur? Sən öz faktını de, mən də sənə mövcud vəziyyəti göstərim. Köşkə aparım səni, 30-40 qəzeti qoyum qabağına. Onda görərsən ki, qəzetlər istədiklərini yazırlar. Kimə qarşı açıq və gizli şəkildə senzura var?"
B.Sadıqov dedi ki, bununla “Sərhədsiz Reportyorlar” kimi təşkilatlar Azərbaycana təzyiq etmək istəyir. Müsahibimiz Fransa senatının qondarma erməni soyqırımı ilə bağlı qərarı ilə bağlı məxsusi olaraq sözügedən qurumdan reaksiya gözlədiyini dedi. Onun sözlərinə görə, Fransa senatı bu məsələ ilə bağlı sərbəst düşüncənin üzərinə qadağa qoyur: “Mən aliməm, araşdırmışam və məlum olub ki, erməni soyqırımı deyilən bir hadisə baş verməyib. Nəyə görə mən bunu dediyimə görə ya 45 min avro cərimə ödəməli, ya da həbsxanaya getməliyəm? Bu, söz azadlığı üzərində ən qəddar senzordur. Niyə bunu qınamırlar, etiraz səslərini qaldırmırlar? Fransada da ikili standartlar var və erməni təəssübkeşliyi göstərirlər. ”Sərhədsiz Reportyorlar" isə öz mərkəzi ofislərinin yerləşdiyi ölkədə olanlara səssiz qalırlar".
B.Sadıqov “Sərhədsiz Reportyorlar”ın RATİ-nin donosu əsasında hesabat yaydığını dedi. Onun sözlərinə görə, ortada belə ədalətsiz mənzərə varkən RATİ-nin qrant xatirinə bizim bədxahların əlinə yalançı arayışlar verməsi acı təəssüf doğurur.

Sevinc TELMANQIZI

277 dəfə baxılıb

Xəbəri paylaş

[23.05.2012] - AĞIR ŞARTLAR ALTINDA

[23.05.2012] - “EUROVİSİON” MÜSTƏQİL MEDİANI ÇÖKDÜRÜB?

[23.05.2012] - ATV-nin BAŞ PRODÜSERİ İŞDƏN UZAQLAŞDIRILDI

[23.05.2012] - “İZDİVAC VERİLİŞLƏRİ İLƏ BAĞLI BİZİM QƏRARIMIZ YOXDUR, TÖVSİYƏMİZ VAR”

[23.05.2012] - AZƏRBAYCAN “EUROVİSİON”dan SONRA

[22.05.2012] - 50 MİLYON DA ŞİBYƏ BAYRAMINA

[22.05.2012] - “VAHİD MUSTAFAYEVİN ETİRAFI GECİKMİŞ REAKSİYADIR”

[22.05.2012] - REPORTYORLAR “FÖVQƏLNAZİR”in VİCDAN SÖHBƏTİNƏ CAVAB VERDİ

[21.05.2012] - SƏHVİNİ GÖSTƏR, KİM OLDUĞUNU DEYİM

[20.05.2012] - ANS PREZİDENTİ “TOY OLSUN”a TOY TUTANLARA OD PÜSKÜRDÜ

[20.05.2012] - ZÜMRÜD YAĞMUR YENİ KİTABINI TƏQDİM ETDİ

[20.05.2012] - “TUNİSİN PREZİDENTİ ƏBÜLFƏZ ELÇİBƏYDƏN SONRA GÖRDÜYÜM İKİNCİ SADƏ DÖVLƏT BAŞÇISI İDİ”

[19.05.2012] - DEPUTATIN YAZI OĞURLUĞU

[19.05.2012] - ƏVƏZ ZEYNALLININ MƏHKƏMƏSİNDƏ SMS SÖHBƏTİ

[18.05.2012] - BU GÜN ƏVƏZ ZEYNALLININ MƏHKƏMƏSİDİR

[18.05.2012] - “EUROVİSİON”a QARŞI KİBER MÜHARİBƏ

[18.05.2012] - “PUL VERİB, NORMAL ADAM İŞƏ GÖTÜRƏ BİLMİRLƏR?”

[18.05.2012] - MEDİA HÜQUQU İNSTİTUTU DÖVLƏT QURUMLARI HAQDA HESABAT YAYDI

[17.05.2012] - NAZİRDƏN MULTFİLM HƏDİYYƏSİ

[17.05.2012] - MEDİA "EUROVİSON" FAVORİTLƏRİNİ SEÇDİ (SİYAHI)

ARXIV

Yeni MÜSAVAT © 2008