23 may 2012
Onlayn ictimai-siyasi qəzet
ANA SƏHİFƏ SON DƏQİQƏ ARXİV ƏLAQƏ WAP
Media

PİŞİK GÜNEL, ARAZ ƏLİZADƏ VƏ ANS-in OBYEKTİV QƏRƏZİ...

2012-01-31

Telekanal yazılı mətbuata qarşı gözdənsalma kampaniyası başladıb; əsas hədəf “Yeni Müsavat”dır

Son zamanlar ANS telekanalında “Yeni Müsavat”a və digər çap KİV-lərinə qarşı qərəzli kampaniya aparılması müşahidə edilir. Belə ki, bir neçə gün öncə ANS-in efirində yayımlanan “Günəbaxan” verilişində taksi sürücülərinin studiyadan qovulmasından sonra həmin qalmaqal barədə məlumat verən KİV-lərə qarşı televiziyanın aşağılayıcı və qərəzli kampaniya başlayıb.

Günel ƏləkbərovaHər halda, artıq bizdə belə bir təəssürat yaranıb ki, ANS-dəki hörmətli həmkarlarımız istənilən fürsət və məqamda bizi ictimai rəydə “vurmağa” amadə dayanıblar.
Yanvarın 29-da ANS-də canlı yayımlanan “Bazar səhəri Rövşanə ilə” verilişində də “Yeni Müsavat”a qarşı açıq-aşkar böhtan xarakterli iddialar səsləndirilib. Həmin verilişdə “Yeni Müsavat”ın əməkdaşı Samir Kazımlının ötən ilin oktyabr ayının 3-də Şamaxı sakini Təhminə Nuhovanın şikayəti əsasında hazırladığı “ANS-in ”Hökm" verilişinin hakimi dələduzluqda suçlanır", başlığı ilə çap olunan yazı müzakirəyə çıxarılıb və canlı yayımda “Yeni Müsavat”ın ünvanına şər-böhtan atılaraq, qəzeti gözdən salmaq cəhdləri edilib.
Məlumat üçün bildirək ki, adıçəkilən yazıda ittiham olunan Zülfiyyə Babayevanın da mövqeyi öyrənilərək, “”Hökm" verilişinin hakimi ittihamlara cavab verdi", başlığı ilə qarşı tərəfinin mövqeyi kimi “Yeni Müsavat”da çap edilib.
Araz ƏlizadəVerilişin aparıcısı Rövşanə Bektaşi çalışırdı ki, verilişə qonaq kimi dəvət edilən ASDP-nin həmsədri Araz Əlizadənin, “pişik” ləqəbli müğənni Günel Ələkbərovanın və digər qonaqların da “dəstəyini” alaraq, “Yeni Müsavat”ı efirdən qeyri-peşəkar qəzet kimi təqdim etsin. Müxbirimiz S.Kazımlını da telefonla ANS-in canlı yayımına qoşsalar da, ona suallara cavab verməsi, mövqe bildirməsi üçün tam şərait yaradılmayıb və məhz həmin məqamda verilişə reklam salınıb. Reklamdan sonra isə əməkdaşımızı telefon xəttindən ayırıblar. Onun yerinə özünü Rauf kimi təqdim edən bir şəxsi canlı yayıma qoşublar və məhz onun dili ilə “Yeni Müsavat”ı və S.Kazımlını təhqir etdiriblər. Şübhələr var ki, həmin “Rauf” veriliş müəlliflərinin özlərinin adamıdır; verilişə bəlkə də studiyadan qoşulub. “Rauf” qəzetimizi və müxbirimizi söyməklə bərabər, haqlı olduğunun, qəzetimizin “daim böhtan yazmasının” sübutu kimi nazir Ziya Məmmədovun və onun oğlu Anar Məmmədovun “Yeni Müsavat”ı cərimələtməsi faktını söyləyib.
S.Kazımlı bu yazını hazırlayan müxbirimizə bildirib ki, ona verilən suallar əslində tərəfli və qərəzli idi; jurnalist tərəfsizliyini qətiyyən əks etdirmirdi: "Studiyada olan Pişik Günellə Araz Əlizadə də media “eksperti” kimi qeybət xarakterli söhbətlər edir və mənə prokuror kimi, sanki istintaq qarşısında imişəm kimi, suallar verirdilər. Rövşanə Bektaşi isə olduqca aqressiv idi; suallara cavab bildirməyimə belə imkan vermirdi. Buna görə də mən efirdə ona iradimi bildirdim və danışmağıma şərait yaratmasını tələb etdim. Sonra da araya reklam salıb, məni efirdən ayırdılar".
Rauf Arifoğlu“Yeni Müsavat”ın baş redaktoru Rauf Arifoğlu isə müxbirimizə deyib ki, ANS-in, onun efirində gedən verilişlərin müəlliflərinin qəzetlə, onun xəbər siyasəti ilə bağlı iradları varsa, bu siyasəti müəyyən edənlərlə danışsınlar: “ANS-in rəhbərliyi, əməkdaşları tərəfindən şəxsən mənim özümün, partiya yoldaşlarımın, digər media quruluşlarına rəhbərlik edənlərin barəsində xeyli sayda verilişlər, aşağılayıcı reportajlar hazırlanıb və yayımlanıb. O zaman ”qarşı tərəf, obyektivlik meyarı" harada qalmışdı? Niyə məni, Eynullanı, İsa Qəmbəri və başqalarını üzərimizə atılan böhtanlar, cinayət iddiaları, təhqirlərlə bağlı heç danışdırmadılar, sonradan üzr də istəmədilər? İndi ayılıblar, səhv tutmağa başlayıblar? Qəzetin rəhbərliyini çağırsınlar efirə, canlı yayına; hətta ştatlı “Rauf”larını da yığsınlar studiyaya; biz onlara gözlərindəki şalbanları, tirləri göstərək..."

Elmin BƏDƏLOV

4003 dəfə baxılıb

Xəbəri paylaş

[23.05.2012] - AĞIR ŞARTLAR ALTINDA

[23.05.2012] - “EUROVİSİON” MÜSTƏQİL MEDİANI ÇÖKDÜRÜB?

[23.05.2012] - ATV-nin BAŞ PRODÜSERİ İŞDƏN UZAQLAŞDIRILDI

[23.05.2012] - “İZDİVAC VERİLİŞLƏRİ İLƏ BAĞLI BİZİM QƏRARIMIZ YOXDUR, TÖVSİYƏMİZ VAR”

[23.05.2012] - AZƏRBAYCAN “EUROVİSİON”dan SONRA

[22.05.2012] - 50 MİLYON DA ŞİBYƏ BAYRAMINA

[22.05.2012] - “VAHİD MUSTAFAYEVİN ETİRAFI GECİKMİŞ REAKSİYADIR”

[22.05.2012] - REPORTYORLAR “FÖVQƏLNAZİR”in VİCDAN SÖHBƏTİNƏ CAVAB VERDİ

[21.05.2012] - SƏHVİNİ GÖSTƏR, KİM OLDUĞUNU DEYİM

[20.05.2012] - ANS PREZİDENTİ “TOY OLSUN”a TOY TUTANLARA OD PÜSKÜRDÜ

[20.05.2012] - ZÜMRÜD YAĞMUR YENİ KİTABINI TƏQDİM ETDİ

[20.05.2012] - “TUNİSİN PREZİDENTİ ƏBÜLFƏZ ELÇİBƏYDƏN SONRA GÖRDÜYÜM İKİNCİ SADƏ DÖVLƏT BAŞÇISI İDİ”

[19.05.2012] - DEPUTATIN YAZI OĞURLUĞU

[19.05.2012] - ƏVƏZ ZEYNALLININ MƏHKƏMƏSİNDƏ SMS SÖHBƏTİ

[18.05.2012] - BU GÜN ƏVƏZ ZEYNALLININ MƏHKƏMƏSİDİR

[18.05.2012] - “EUROVİSİON”a QARŞI KİBER MÜHARİBƏ

[18.05.2012] - “PUL VERİB, NORMAL ADAM İŞƏ GÖTÜRƏ BİLMİRLƏR?”

[18.05.2012] - MEDİA HÜQUQU İNSTİTUTU DÖVLƏT QURUMLARI HAQDA HESABAT YAYDI

[17.05.2012] - NAZİRDƏN MULTFİLM HƏDİYYƏSİ

[17.05.2012] - MEDİA "EUROVİSON" FAVORİTLƏRİNİ SEÇDİ (SİYAHI)

ARXIV

Yeni MÜSAVAT © 2008