23 may 2012
Onlayn ictimai-siyasi qəzet
ANA SƏHİFƏ SON DƏQİQƏ ARXİV ƏLAQƏ WAP
Media

“BAKI XƏBƏR” İKİ QƏZETİ “TÜRKİYƏ CASUSU” ÇIXARTDI

2012-01-31

Türkiyə səfirliyi: “Yazı əxlaq və məntiq baxımından həddi aşır, iftira mahiyyəti daşıyır”

“Bakı Xəbər” qəzetinin dünənki sayında “Azadlıq”dakı yazılar Türkiyə səfirliyinin sifarişidir?" başlıqlı yazı dərc olunub. Yazıda AXCP-dəki “məlumatlı mənbə”yə istinad edən müəllif yazıb ki, son günlər səfirlik Türkiyə mətbuatında yer alan tənqidi materialların bəzi Azərbaycan qəzetlərində yayımını sifariş edib. Məqalədə həmçinin qeyd olunub:""Yeni Şəfəq" qəzetində dərc olunmuş materialların “Azadlıq” qəzetində verilməsi, bu qəzetin köşə yazarlarının “soyqırım” məsələsi ilə bağlı Azərbaycan hakimiyyətinə qarşı “səlib yürüşü”, həmçinin yanvarın 26-da Əli Kərimlinin müsahibəsi, yanvarın 27-də isə “Azadlıq” qəzetində “Türkiyə mediasından Əliyevə basqı artır” və “Yeni Müsavat” qəzetində “Türkiyə mediası Azərbaycan iqtidarına qarşı” yazıları məhz Türkiyə səfirliyinin sifarişi ilə ərsəyə gəlib".

Məqalədə həmçinin qeyd edilib ki, 2009-cu ildə Ermənistanla Türkiyə arasında sərhədlərin açılması məsələsi müzakirə olunan zaman rəsmi Ankara Azərbaycan və Türkiyə ictimaiyyətinin, həmçinin mediasının ciddi basqısı ilə üzləşdi. Hazırda Ərdoğan hakimiyyəti Azərbaycan hakimiyyətinə qarşı analoji metoddan yararlanmaq niyyətindədir. Bu məqsədlə səfirliyə Türkiyədəki narazılığın Azərbaycanda ictimailəşdirilməsi və Azərbaycan ictimaiyyətinin narazılığının təşkil olunması ilə bağlı ciddi tapşırıqlar verilir. Bu iddialar da həmin qəzetə məxsusdur.
Hulusi KılıçYazıda müstəqil mətbuatın əsas nümunələri sayılan “Yeni Müsavat” və “Azadlıq” qəzetləri, habelə Türkiyənin Azərbaycandakı səfirliyi ciddi bir ittihama tuş gəlib.
Mövzu ilə bağlı Türkiyənin Azərbaycandakı səfiri Hulusi Kılıçla əlaqə saxlamaq cəhdlərimiz elçiliyin mətbuat xidmətinin xüsusi bəyanatla çıxış etməsi ilə nəticələndi. Həmin açıqlama-bəyanatı diqqətinizə yetiririk: “”Bakı Xəbər" qəzetinin 30 yanvar 2012-ci il tarixində yayımlanan səfirlimizlə bağlı xəbərin məzmunu, əxlaq və məntiq baxımından həddi aşır və iftira mahiyyəti daşıyır. Bu iddiaları qəti şəkildə pisləyirik.
Səfirliyimizin fəaliyyəti son dərəcə şəffafdır. Fransa parlamentinin aldığı qərarla bağlı etirzlarımız müsahibə və açıqlamalar yoluyla ictimaiyyətə çatdırılıb.
Fransaya qarşı təşkil edilən aksiyalarla bağlı iddialar isə eyni millətin mənsubu olaraq və Türklük şüuruyla bu aksiyalarda iştirak edənlərə qarşı böyük bir hörmətsizlik olaraq qiymətləndirilir.
Səfirliyimizin missiyası iki qardaş ölkə arasındakı əlaqələri hər sahədə daha da inkişaf etdirmək və gücləndirmək, eyni zamanda mümkün problemlərin həllinə töhfə verməkdir“.

Rauf Arifoğlu: “Bu, həm də bizim davamızdır, vəziyyətdən vəzifə çıxartmaq da borcumuzdur”

Rauf ArifoğluYazıda adları çəqilən qəzetlərin redaktorlarının da mövzu ilə bağlı deyəcəkləri oldu.
“Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu: “Türkiyənin Bakıdakı səfirini biz yabançı hesab etmirik. Hülusi bəy bizlərdən biridir, dostumuz, qardaşımızdır. Bizə aid hər hansı sözü, tapşırığı olsa da, bunu sevə-sevə edərik, bundan da qürur duyarıq. Xüsusilə məsələ ermənilərə və erməni dostlarına aiddirsə... Lakin elə məhz bu səbəbdən də hörmətli səfirimizin bizə hər hansı ”tapşırıq" verməsinə gərək yoxdur. Bu, həm də bizim davamızdır, vəziyyətdən vəzifə çıxartmaq da borcumuzdur. Erməni-türk protokolları üzə çıxanda isə bu prosesi Azərbaycan və Türkiyə ictimaiyyətinə daşıyan, Türkiyə müxalifətini ayağa qaldıran elə “Yeni Müsavat” oldu. Bu təhlükəli sürəcin durdurulmasında bizim də böyük rolumuzun olmasına görə qürur duyuruq. Fransa ilə bağlı məsələlərə gəlincə isə, biz sadəcə, Türkiyə mətbuatındakı qəribə “Azərbaycan açılımı” barədə oxucularımızı məlumatlandırmışıq". Baş redaktor bildirdi ki, Fransanın addımına qarşı iki qardaş ölkənin ortaq kampaniyası başlayandan Hülusi Kılıçla cəmi bir dəfə, “Hilton” hotelində bir açılış törənində görüşüblər: “Hülusi bəy bir neçə jurnalistin də yanında Azərbaycan iqtidarından da, müxalifətindən də, mediasından da razılıq etdi. Bir onun son günlər verdiyi açıqlamalara baxın. Orada ancaq iqtidarı tərifləyir. Bunun da səbəbi var. Mən bilirəm ki, Türkiyə rəsmiləri bu məsələdə Azərbaycan tərəfinin əlaltından son günlər hansı işləri gördüyünü yaxşı bilir. Məsələn, AŞ PA-nın Fransadan olan yeni prezidenti Jan-Klod Minyonun Türkiyənin lehinə olan son açıqlamaları rəsmi Bakının ”əl işi"dir. Azərbaycan iqtidarının Avropa lobbistlərindən olan və bunun üçün də heç də pis mükafatlandırılmayan AŞ PA prezidenti Jan-Klod Minyon təsadüfən öz ölkəsini pisləmədi... Hər halda, Türkiyə rəsmiləri bunu bilirlər və Tayyib bəyə yaxın qəzetlərdə Azərbaycan iqtidarının guya vurulması da, məncə, oyunun bir parçasıdır... “

Rövşən Hacıbəyli: “Bizi heç səfirliyin tədbirlərinə də dəvət etmirlər...”

Rövşən Hacıbəyli“Azadlıq” qəzetinin redaktoru Rövşən Hacıbəyli də bu iddia ilə qətiyyən razılaşmadığını dedi. Müsahibimiz dedi ki, “Azadlıq” qəzetinin Türkiyə səfirliyi ilə əlaqələri arzuolunan səviyyədə deyil: “Hətta biz səfirliyin təşkil etdiyi tədbirlərə də dəvət olunmuruq. Başqaları kimi səfirliklə sıx şəkildə işləmirik. Heç kəsdən də hansısa mövzunu yazmaq üçün sifariş götürmürük. Hamı kimi internetdən axtarırıq. Azərbaycanın adı hansı xarici mətbuatda hallanırsa, ona diqqət yetiririk və bunu öz qəzetimizdə işıqlandırırıq. Xüsusi sifarişdən söhbət gedə bilməz. Bu ittihamın absurd olduğunu düşünürəm”.

Sevinc TELMANQIZI

3737 dəfə baxılıb

Xəbəri paylaş

[23.05.2012] - AĞIR ŞARTLAR ALTINDA

[23.05.2012] - “EUROVİSİON” MÜSTƏQİL MEDİANI ÇÖKDÜRÜB?

[23.05.2012] - ATV-nin BAŞ PRODÜSERİ İŞDƏN UZAQLAŞDIRILDI

[23.05.2012] - “İZDİVAC VERİLİŞLƏRİ İLƏ BAĞLI BİZİM QƏRARIMIZ YOXDUR, TÖVSİYƏMİZ VAR”

[23.05.2012] - AZƏRBAYCAN “EUROVİSİON”dan SONRA

[22.05.2012] - 50 MİLYON DA ŞİBYƏ BAYRAMINA

[22.05.2012] - “VAHİD MUSTAFAYEVİN ETİRAFI GECİKMİŞ REAKSİYADIR”

[22.05.2012] - REPORTYORLAR “FÖVQƏLNAZİR”in VİCDAN SÖHBƏTİNƏ CAVAB VERDİ

[21.05.2012] - SƏHVİNİ GÖSTƏR, KİM OLDUĞUNU DEYİM

[20.05.2012] - ANS PREZİDENTİ “TOY OLSUN”a TOY TUTANLARA OD PÜSKÜRDÜ

[20.05.2012] - ZÜMRÜD YAĞMUR YENİ KİTABINI TƏQDİM ETDİ

[20.05.2012] - “TUNİSİN PREZİDENTİ ƏBÜLFƏZ ELÇİBƏYDƏN SONRA GÖRDÜYÜM İKİNCİ SADƏ DÖVLƏT BAŞÇISI İDİ”

[19.05.2012] - DEPUTATIN YAZI OĞURLUĞU

[19.05.2012] - ƏVƏZ ZEYNALLININ MƏHKƏMƏSİNDƏ SMS SÖHBƏTİ

[18.05.2012] - BU GÜN ƏVƏZ ZEYNALLININ MƏHKƏMƏSİDİR

[18.05.2012] - “EUROVİSİON”a QARŞI KİBER MÜHARİBƏ

[18.05.2012] - “PUL VERİB, NORMAL ADAM İŞƏ GÖTÜRƏ BİLMİRLƏR?”

[18.05.2012] - MEDİA HÜQUQU İNSTİTUTU DÖVLƏT QURUMLARI HAQDA HESABAT YAYDI

[17.05.2012] - NAZİRDƏN MULTFİLM HƏDİYYƏSİ

[17.05.2012] - MEDİA "EUROVİSON" FAVORİTLƏRİNİ SEÇDİ (SİYAHI)

ARXIV

Yeni MÜSAVAT © 2008