23 may 2012
Onlayn ictimai-siyasi qəzet
ANA SƏHİFƏ SON DƏQİQƏ ARXİV ƏLAQƏ WAP
Media

PARLAMENTDƏ “YENİ MÜSAVAT”ın MƏHKƏMƏLƏRİ İLƏ BAĞLI MƏSƏLƏ QALDIRILACAQ

2012-01-31

İqbal Ağazadə: “Hakimiyyət bu prosesi durdurmalıdır”
Fazil Mustafa: “Mətbuata qarşı bu cür addımlar Azərbaycana yeni bir sürprizlər hazırlayır”

Milli Məclisin yaz sessiyasının sabah keçiriləcək ilk iclasında müstəqil mətbuatın yayım problemi və “Yeni Müsavat” qəzetinə qarşı 2 milyon manatdan artıq məhkəmə iddiasının qaldırılması ilə bağlı məsələ gündəmə gətiriləcək. Bu barədə qəzetimizə açıqlamasında Ümid Partiyasının sədri, deputat İqbal Ağazadə bildirdi.

İqbal AğazadəPartiya sədrinin sözlərinə görə, artıq bununla bağlı “Yeni Müsavat”ın rəhbərliyi ilə də danışıb və lazımi dəstəyi verməyə, qəzeti müdafiə etməyə hazır olduğunu bildirib: “Qəzetlərin yayımında yaranmış problemlər, o cümlədən ”Yeni Müsavat" qəzetinə qarşı 2 milyon manatlıq məhkəmə iddiaları Azərbaycanda azad sözə, ifadə azadlığına yönəlmiş ciddi bir təhlükədir. Hakimiyyət istənilən halda bu prosesi durdurmalıdır. İstənilən halda nə mümkündürsə etmək biz siyasətçilərin, millət vəkillərinin də borcudur. Hesab edirəm ki, bu istiqamətdə müsbət nəticələr əldə edəcəyik".
Böyük Quruluş Partiyasının sədri, Azərbaycanın AŞ PA-dakı nümayəndə heyətinin üzvü Fazil Mustafa da iclasda mətbuatın yayım problemi və qəzetimizə qarşı məhkəmə iddiaları ilə bağlı məsələ qaldıracaq: “Xüsusilə də Azərbaycana qarşı təzyiqlərin gücləndiyi bir vaxtda mətbuata qarşı bu cür addımlar əslində Azərbaycan üçün yeni bir sürprizlər hazırlamağa gətirib çıxarır. Fazil MustafaSanki bütün problemlərimiz həll olunub, bircə mətbuat azadlığına qarşı total addımların atılması qalıb. Mətbuatın daha sərbəst formada yayımında əslində dövlət maraqlı olmalıdır. Onsuz da internet var və internetdə heç bir informasiyanın qarşısını almaq olmur. Belə bir vəziyyətdə hansısa bir qəzetin yayılması, vətəndaşlara çatdırılması hakimiyyət üçün hansı bir narahatçılıq yarada bilər ki? Ona görə də, məncə, bu, yanlış bir addımdır və bunu durdurmaq lazımdır”. F.Mustafa eyni zamanda məhkəmə iddialarına da son verilməsini zəruri saydı: "“Diffamasiya haqqında” qanunla bağlı Azərbaycana ciddi təzyiqlər var. Belə bir ərəfədə bu qanunu qəbul etmək yerinə, biz üstəlik mətbuat azadlığında qazandığımız nailiyyətlərdən geri çəkiliriksə, bu, bizə ciddi problemlər yaradacaq. Tam əminliklə söyləyirəm ki, Avropa Şurasında növbəti məsələlərdən biri Azərbaycanda mətbuata təzyiqlərlə bağlı olacaq".

ELŞAD

281 dəfə baxılıb

Xəbəri paylaş

[23.05.2012] - AĞIR ŞARTLAR ALTINDA

[23.05.2012] - “EUROVİSİON” MÜSTƏQİL MEDİANI ÇÖKDÜRÜB?

[23.05.2012] - ATV-nin BAŞ PRODÜSERİ İŞDƏN UZAQLAŞDIRILDI

[23.05.2012] - “İZDİVAC VERİLİŞLƏRİ İLƏ BAĞLI BİZİM QƏRARIMIZ YOXDUR, TÖVSİYƏMİZ VAR”

[23.05.2012] - AZƏRBAYCAN “EUROVİSİON”dan SONRA

[22.05.2012] - 50 MİLYON DA ŞİBYƏ BAYRAMINA

[22.05.2012] - “VAHİD MUSTAFAYEVİN ETİRAFI GECİKMİŞ REAKSİYADIR”

[22.05.2012] - REPORTYORLAR “FÖVQƏLNAZİR”in VİCDAN SÖHBƏTİNƏ CAVAB VERDİ

[21.05.2012] - SƏHVİNİ GÖSTƏR, KİM OLDUĞUNU DEYİM

[20.05.2012] - ANS PREZİDENTİ “TOY OLSUN”a TOY TUTANLARA OD PÜSKÜRDÜ

[20.05.2012] - ZÜMRÜD YAĞMUR YENİ KİTABINI TƏQDİM ETDİ

[20.05.2012] - “TUNİSİN PREZİDENTİ ƏBÜLFƏZ ELÇİBƏYDƏN SONRA GÖRDÜYÜM İKİNCİ SADƏ DÖVLƏT BAŞÇISI İDİ”

[19.05.2012] - DEPUTATIN YAZI OĞURLUĞU

[19.05.2012] - ƏVƏZ ZEYNALLININ MƏHKƏMƏSİNDƏ SMS SÖHBƏTİ

[18.05.2012] - BU GÜN ƏVƏZ ZEYNALLININ MƏHKƏMƏSİDİR

[18.05.2012] - “EUROVİSİON”a QARŞI KİBER MÜHARİBƏ

[18.05.2012] - “PUL VERİB, NORMAL ADAM İŞƏ GÖTÜRƏ BİLMİRLƏR?”

[18.05.2012] - MEDİA HÜQUQU İNSTİTUTU DÖVLƏT QURUMLARI HAQDA HESABAT YAYDI

[17.05.2012] - NAZİRDƏN MULTFİLM HƏDİYYƏSİ

[17.05.2012] - MEDİA "EUROVİSON" FAVORİTLƏRİNİ SEÇDİ (SİYAHI)

ARXIV

Yeni MÜSAVAT © 2008