|
![]() |
|||||||
|
|
||||||
|
|
|
|||||
“Qəzet satışına əngəllər qalır”. Fevralın 1-də “Media forum” saytına danışan “Yeni Müsavat” qəzetinin baş redaktorunun birinci müavini Azər Ayxan belə deyib. Yanvarın 18-də Mətbuat Şurasında kütləvi informasiya vasitələrinin təmsilçiləri və yayım firmalarının nümayəndələri ilə görüşdə mətbu nəşr satışı sahəsindəki problemlər müzakirə olunub. Toplantıda KİV və mətbuat yayımı firmaları rəhbərlərinin dövlət qurumlarının təmsilçiləri ilə görüşünün təşkil olunması qərara alınıb. “Media forum”a açıqlamasında Azər Ayxan qeyd edib ki, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbovun göstərişi ilə qəzet satışına tətbiq olunan qadağa qüvvəsində qalır: “Bundan ən çox zərər çəkən müstəqil qəzetlər, o cümlədən “Yeni Müsavat” qəzetidir. Mətbuat Şurasında keçirilən görüşdə biz öz təkliflərimizi bildirdik. Əsas məsələlərdən biri də o idi ki, Hacıbala Abutalıbovla redaktorların görüşü olsun və bizə əsaslandırılmış şəkildə izah edilsin ki, səyyar satışa və köşklərin bərpasına nə üçün imkan verilmir. Əgər satış problemləri hansısa bir qanunsuzluqla izah edilərsə, biz bunu çevik bir şəkildə həll etməyə hazırıq. Səyyar satışın şəhərin estetik gözəlliyinə ziyan vurduğu deyilərsə, biz bunun yanlış fikir olduğunu isbat etməyə hazırıq. Şəhərin gözəlliyini pozan daha ciddi məsələlər var. Qəzet satışı həm də bir iş yeridir, minlərlə insan bu işlə dolanır. Ən əsası isə odur ki, səyyar satışın məhdudlaşdırılması söz azadlığının məhdudlaşdırılmasıdır. Səyyar satışı gözəllik bəhanəsi ilə əngəlləyirlər. Bəs köşklərin yığışdırılması, yeni köşklərdə qəzet satılmaması – bunu nə ilə əsaslandırırlar?” mediaforum.az 751 dəfə baxılıb
|
[23.05.2012] - AĞIR ŞARTLAR ALTINDA [23.05.2012] - “EUROVİSİON” MÜSTƏQİL MEDİANI ÇÖKDÜRÜB? [23.05.2012] - ATV-nin BAŞ PRODÜSERİ İŞDƏN UZAQLAŞDIRILDI [23.05.2012] - “İZDİVAC VERİLİŞLƏRİ İLƏ BAĞLI BİZİM QƏRARIMIZ YOXDUR, TÖVSİYƏMİZ VAR” [23.05.2012] - AZƏRBAYCAN “EUROVİSİON”dan SONRA [22.05.2012] - 50 MİLYON DA ŞİBYƏ BAYRAMINA [22.05.2012] - “VAHİD MUSTAFAYEVİN ETİRAFI GECİKMİŞ REAKSİYADIR” [22.05.2012] - REPORTYORLAR “FÖVQƏLNAZİR”in VİCDAN SÖHBƏTİNƏ CAVAB VERDİ [21.05.2012] - SƏHVİNİ GÖSTƏR, KİM OLDUĞUNU DEYİM [20.05.2012] - ANS PREZİDENTİ “TOY OLSUN”a TOY TUTANLARA OD PÜSKÜRDÜ [20.05.2012] - ZÜMRÜD YAĞMUR YENİ KİTABINI TƏQDİM ETDİ [20.05.2012] - “TUNİSİN PREZİDENTİ ƏBÜLFƏZ ELÇİBƏYDƏN SONRA GÖRDÜYÜM İKİNCİ SADƏ DÖVLƏT BAŞÇISI İDİ” [19.05.2012] - DEPUTATIN YAZI OĞURLUĞU [19.05.2012] - ƏVƏZ ZEYNALLININ MƏHKƏMƏSİNDƏ SMS SÖHBƏTİ [18.05.2012] - BU GÜN ƏVƏZ ZEYNALLININ MƏHKƏMƏSİDİR [18.05.2012] - “EUROVİSİON”a QARŞI KİBER MÜHARİBƏ [18.05.2012] - “PUL VERİB, NORMAL ADAM İŞƏ GÖTÜRƏ BİLMİRLƏR?” [18.05.2012] - MEDİA HÜQUQU İNSTİTUTU DÖVLƏT QURUMLARI HAQDA HESABAT YAYDI [17.05.2012] - NAZİRDƏN MULTFİLM HƏDİYYƏSİ [17.05.2012] - MEDİA "EUROVİSON" FAVORİTLƏRİNİ SEÇDİ (SİYAHI) |
| Yeni MÜSAVAT © 2008 |
|