23 may 2012
Onlayn ictimai-siyasi qəzet
ANA SƏHİFƏ SON DƏQİQƏ ARXİV ƏLAQƏ WAP
Media

AYDIN QULİYEV İTTİHAMLARA CAVAB VERDİ

2012-02-02

“İdeal variant o idi ki, mövqelərini öyrənəndən sonra xəbəri dərc edək, amma...”

Xəbər vermişdik ki, “Bakı Xəbər” qəzeti “”Azadlıq"dakı yazılar Türkiyə səfirliyinin sifarişidir?" başlıqlı yazı dərc edib. Yazıda AXCP-dəki “məlumatlı mənbə”yə istinad edən deyilir ki, son günlər səfirlik Türkiyə mətbuatında yer alan tənqidi materialların bəzi Azərbaycan qəzetlərində yayımını sifariş edib.

Məqalədə deyilir: “”Yeni Şəfəq" qəzetində dərc olunmuş materialların “Azadlıq” qəzetində verilməsi, bu qəzetin köşə yazarlarının “soyqırım” məsələsi ilə bağlı Azərbaycan hakimiyyətinə qarşı səlib yürüşü, yanvarın 26-da Əli Kərimlinin müsahibəsi, yanvarın 27-də isə “Türkiyə mediasından Əliyevə basqı artır” və “Yeni Müsavat” qəzetində “Türkiyə mediası Azərbaycan iqtidarına qarşı” yazıları məhz Türkiyə səfirliyinin sifarişi ilə ərsəyə gəlib".
Artıq bu qəzetlərin rəhbərliyi xəbəri pisləyərək mövqelərini açıqlayıb. Türkiyə səfirliyi də yazılı açıqlama yayıb. Orada deyilir: “Haqqında danışılan xəbərin məzmunu, əxlaq və məntiq baxımından həddi aşır və iftira mahiyyəti daşıyır. Bu iddiaları qəti şəkildə pisləyirik”.
Dünən “Azadlıq” qəzeti mövzuya qayıdıb. Bununla bağlı yazıda bildirilir: “”Azadlıq" olaraq məsələyə bir daha qayıtmağımızın səbəbi bu ittihamları ünvanlayan mətbu orqanın - “Bakı Xəbər”in bizimlə eyni binada fəaliyyət göstərməsidir. Məqaləni hazırlayan həmkarımız cəmi bir neçə mərtəbə qalxıb bu ittihamla bağlı qəzetimizin də mövqeyini öyrənə bilərdi. Lakin qəzetin buna cəhd də etməməsi əslində sifarişin “Azadlıq”a yox, elə “Bakı Xəbər”ə gəldiyini göstərir. Üstəlik, həmkarlarımız bu mövqeləri ilə ilkə də imza atmadılar. Günlərdir hakimiyyət mətbuatının, ayrı-ayrı iqtidar nümayəndələrinin ünvanımıza söylədikləri böhtanları öz səhifələrində öz adları altında təkrarən tirajlamış oldular..."
“Bakı Xəbər”in redaktoru Aydın Quliyev isə “Yeni Müsavat”a açıqlamasında bu məqalə və ona gələn təpkilər barədə danışdı. Dedi ki, bu informasiya ilə bağlı bildikləri elə qəzetdə yazılanlar qədərdir. Baş redaktor məhz bu səbəbdən öz informasiyaları barədə şərh vermək istəmədi: “Hər halda, redaksiyaya informasiya daxil olursa, ona hörmət etmək lazımdır. Reaksiyalar gözlənilən idi. O informasiyanı şərh etmək özünü o informasiyaya aid edən hər kəsin hüququdur. Əlavə məlumatım yoxdur. Daxil olan informasiyaya qəzetçilər reaksiya verib və onu qəzetdə yayıb”.
A.Quliyev qarşı tərəfin - həmkarlarının mövqeyinin öyrənilməməsi ilə bağlı irada da münasibət bildirdi. Dedi ki, ideal variantda onların mövqeyi işıqlandırılmalı idi: “Amma söhbət qəzetlərdən gedir. Hər hansı məsələyə reaksiya vermək, münasibət bildirmək üçün şəxsi imkanları, tribunaları var. Söhbət gündəlik çap olunan və nüfuzlu qəzetlərdən gedirsə, öz səhifələrində bu məsələyə mövqe bildirmək imkanları var. İdeal variant odur ki, onlar da məsələ ilə bağlı mövqeyini bildirsin. Səfirlikdən də məsələ ilə bağlı reaksiyanın olacağı gözlənilən idi. Nə yaxşı ki, reaksiya verdilər və məsələ aydınlaşdı. Bu reaksiyada qaranlıq şey yoxdur. Təbii, səfirlik də öz hüququndan istifadə edib”.

Sevinc TELMANQIZI

781 dəfə baxılıb

Xəbəri paylaş

[23.05.2012] - AĞIR ŞARTLAR ALTINDA

[23.05.2012] - “EUROVİSİON” MÜSTƏQİL MEDİANI ÇÖKDÜRÜB?

[23.05.2012] - ATV-nin BAŞ PRODÜSERİ İŞDƏN UZAQLAŞDIRILDI

[23.05.2012] - “İZDİVAC VERİLİŞLƏRİ İLƏ BAĞLI BİZİM QƏRARIMIZ YOXDUR, TÖVSİYƏMİZ VAR”

[23.05.2012] - AZƏRBAYCAN “EUROVİSİON”dan SONRA

[22.05.2012] - 50 MİLYON DA ŞİBYƏ BAYRAMINA

[22.05.2012] - “VAHİD MUSTAFAYEVİN ETİRAFI GECİKMİŞ REAKSİYADIR”

[22.05.2012] - REPORTYORLAR “FÖVQƏLNAZİR”in VİCDAN SÖHBƏTİNƏ CAVAB VERDİ

[21.05.2012] - SƏHVİNİ GÖSTƏR, KİM OLDUĞUNU DEYİM

[20.05.2012] - ANS PREZİDENTİ “TOY OLSUN”a TOY TUTANLARA OD PÜSKÜRDÜ

[20.05.2012] - ZÜMRÜD YAĞMUR YENİ KİTABINI TƏQDİM ETDİ

[20.05.2012] - “TUNİSİN PREZİDENTİ ƏBÜLFƏZ ELÇİBƏYDƏN SONRA GÖRDÜYÜM İKİNCİ SADƏ DÖVLƏT BAŞÇISI İDİ”

[19.05.2012] - DEPUTATIN YAZI OĞURLUĞU

[19.05.2012] - ƏVƏZ ZEYNALLININ MƏHKƏMƏSİNDƏ SMS SÖHBƏTİ

[18.05.2012] - BU GÜN ƏVƏZ ZEYNALLININ MƏHKƏMƏSİDİR

[18.05.2012] - “EUROVİSİON”a QARŞI KİBER MÜHARİBƏ

[18.05.2012] - “PUL VERİB, NORMAL ADAM İŞƏ GÖTÜRƏ BİLMİRLƏR?”

[18.05.2012] - MEDİA HÜQUQU İNSTİTUTU DÖVLƏT QURUMLARI HAQDA HESABAT YAYDI

[17.05.2012] - NAZİRDƏN MULTFİLM HƏDİYYƏSİ

[17.05.2012] - MEDİA "EUROVİSON" FAVORİTLƏRİNİ SEÇDİ (SİYAHI)

ARXIV

Yeni MÜSAVAT © 2008