23 may 2012
Onlayn ictimai-siyasi qəzet
ANA SƏHİFƏ SON DƏQİQƏ ARXİV ƏLAQƏ WAP
Media

ÖLKƏ SABAHI QƏZETSİZ QARŞILAYACAQ

2012-02-02

Bakıda fevralın 2-də müşahidə olunan qarlı-çovğunlu hava şəraiti üzündən ölkə qəzetləri nəşrlərinə fasilə verib.

Bu haqda məlumatı “Media forum” saytına “Yeni Müsavat”dan qəzetin redaktoru Nazim Sabiroğlu verib. N.Sabiroğlu qeyd edib ki, fevralın 2-də Bakıda hökm sürən hava şəraitinə görə redaksiya əməkdaşlarının bir çoxu işə gələ bilməyib: “Bir yandan da xəbər agentliklərində, informasiya portallarında məlumat qıtlığı yaranıb. Ölkənin ictimai-siyasi həyatı donmuş vəziyyətə düşüb. Bu amilləri, eləcə də hava şəraiti üzündən qəzet yayımında ciddi problemlər yarandığını nəzərə alıb işə bir günlük fasilə verəsi olduq”.
“Azadlıq” qəzeti də eyni problemə görə fevralın 2-də çalışmamağa qərar verib. Qəzetin redaktoru Rövşən Hacıbəyli “Media forum”a deyib ki, fevralın 3-də “Azadlıq” köşklərə çıxmayacaq.
“Zerkalo”nun baş redaktoru Elçin Şıxlı sayta deyib ki, belə hava şəraitində çalışmağın mənası yoxdur: “Biz qəzeti hazırlayıb çapa versək belə, zəhmətimiz əlimizdə qalacaq. Çünki bu cür hava qəzetlərin yayımına olduqca mənfi təsir edib. 3 fevral sayımız çıxmayacaq. Redaksiyası bizimlə qonşuluqda olan “Exo” qəzeti də eyni qərarı verib”.
“525-ci qəzet”in baş redaktor müavini Yusif Rzayev, “Bizim yol” qəzetinin baş redaktoru Bahəddin Həziyev də nəşrə bir günlük fasilə verildiyini təsdiqləyiblər.
“Ədalət” qəzeti də fevralın 3-də köşklərə çıxmayacaq.

mediaforum.az

1261 dəfə baxılıb

Xəbəri paylaş

[23.05.2012] - “XIRDALAN” PİVƏSİNİN SİYASİLƏŞMƏSİ

[23.05.2012] - AĞIR ŞARTLAR ALTINDA

[23.05.2012] - “EUROVİSİON” MÜSTƏQİL MEDİANI ÇÖKDÜRÜB?

[23.05.2012] - ATV-nin BAŞ PRODÜSERİ İŞDƏN UZAQLAŞDIRILDI

[23.05.2012] - “İZDİVAC VERİLİŞLƏRİ İLƏ BAĞLI BİZİM QƏRARIMIZ YOXDUR, TÖVSİYƏMİZ VAR”

[23.05.2012] - AZƏRBAYCAN “EUROVİSİON”dan SONRA

[22.05.2012] - 50 MİLYON DA ŞİBYƏ BAYRAMINA

[22.05.2012] - “VAHİD MUSTAFAYEVİN ETİRAFI GECİKMİŞ REAKSİYADIR”

[22.05.2012] - REPORTYORLAR “FÖVQƏLNAZİR”in VİCDAN SÖHBƏTİNƏ CAVAB VERDİ

[21.05.2012] - SƏHVİNİ GÖSTƏR, KİM OLDUĞUNU DEYİM

[20.05.2012] - ANS PREZİDENTİ “TOY OLSUN”a TOY TUTANLARA OD PÜSKÜRDÜ

[20.05.2012] - ZÜMRÜD YAĞMUR YENİ KİTABINI TƏQDİM ETDİ

[20.05.2012] - “TUNİSİN PREZİDENTİ ƏBÜLFƏZ ELÇİBƏYDƏN SONRA GÖRDÜYÜM İKİNCİ SADƏ DÖVLƏT BAŞÇISI İDİ”

[19.05.2012] - DEPUTATIN YAZI OĞURLUĞU

[19.05.2012] - ƏVƏZ ZEYNALLININ MƏHKƏMƏSİNDƏ SMS SÖHBƏTİ

[18.05.2012] - BU GÜN ƏVƏZ ZEYNALLININ MƏHKƏMƏSİDİR

[18.05.2012] - “EUROVİSİON”a QARŞI KİBER MÜHARİBƏ

[18.05.2012] - “PUL VERİB, NORMAL ADAM İŞƏ GÖTÜRƏ BİLMİRLƏR?”

[18.05.2012] - MEDİA HÜQUQU İNSTİTUTU DÖVLƏT QURUMLARI HAQDA HESABAT YAYDI

[17.05.2012] - NAZİRDƏN MULTFİLM HƏDİYYƏSİ

ARXIV

Yeni MÜSAVAT © 2008