|
![]() |
|||||||
|
|
||||||
|
|
|
|||||
“Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallının həbsindən sonra qəzetin çapına da qadağa qoyuldu. Bundan sonra qəzet kollektivi “Asi” adlı yeni qəzet çıxarmağa təşəbbüs göstərdilər. Amma cəmi 1 nömrənin dərcindən sonra bu qəzetin də çapına imkan verilmədi. Üstəlik, xəbər yayıldı ki, qəzetin baş redaktoru Anar Mahmudoğlu, onun ailəsi və redaktoru Nurəddin Xoca naməlum şəxslər tərəfindən telefon vasitəsi ilə ölümlə təhdid edilirlər. Redaksiya kollektivi bu təhdidlərlə bağlı mətbuata geniş açıqlama verdilər; eyni zamanda DİN və başqa quruluşlara şikayət yolladılar. Nəhayət, belə məlumat yayıldı ki, kollektiv özəl araşdırmalar nəticəsində bu işi çözüb. Və qəribə də budur ki, məsələni açdıqlarını desələr də, ifşa olunanın kimliyini net olaraq söyləmədilər. Sadəcə, bir sıra köşə yazılarında və kiçik açıqlamalarda bildirildi ki, telefonla Anar Mahmudoğlunun ailə üzvlərini təhdid edən kimdirsə, tanınan jurnalistlərdən biridir. Üstəlik, iddia olundu ki, həmin jurnalist telefonla təhdid zəngi edərkən müşahidə kameralarına düşüb; DİN-in yardımı ilə həmin görüntüləri “Xural”çılar da izləyə biliblər. Daha sonra o da iddia edildi ki, həmin jurnalisti güc nazirliklərindən biri himayə edir; bu səbəbdən də DİN onun ifşasını axıra çatdırmaqdan çəkinir. Müxbir: N.Hoca: - Hansı prinsipdən söhbət gedir? - Siz “Asi” qəzetinə baxın, mən həmişə Əvəz Zeynalının tutulma məsələsində demişəm ki, biz kimlərinsə yanında olmamalıyıq. Hamı bizim yanımızda olmalıdır. Siz “Asi” qəzetinə baxsaz, görərsiz ki, bu, birbaşa “Azadlıq” qəzetidir. Buna görə onunla mübahisələrim olub. Mən yenə də deyirəm, “Xural” qəzetinə mən gələndən həmişə demişəm ki, biz heç kimin yanında olmayaq, hamı bizim yanımızda olsun. “Asi”ni mən buraxdım, amma bir də gördüm “Asi” “Azadlıq” qəzetidir. - Mahmudoğlunun təhdid olunduğu taksafonun yaxınlığındakı videomüşahidə kameralarının yaddaşında sizin həmin taksofondan zəng etdiyinizin görünməsi barədə iddialar var... - Mən də həmin videolara baxmışam. Mənim maşınım var orda. “Nərimanov”dur ora. Məgər siz orada olmursuz? - Yox, olmuram. Niyə axı məhz sizin adınız hallanır? - Anar Mahmudoğlunun mənimlə... nə bilim... Onun özündən soruşun. - Aranızda bir pul söhbəti filan olmayıb ki? - Nə pul? Pul söhbəti yoxdur. Mübahisələrimiz “Xural”ın, “Asi”nin xətti ilə bağlı olub. Əvəz Zeynallını həmişə müdafiə etmişəm. Bir də “Xural”da kollektiv olmayıb. Biz orda sadəcə dayanmışıq. Mən “Xural”ın hansısa siyasi “krılo”ya söykənməyinin tərəfdarı olmamışam. Qurtardı getdi. Anar Xalq Cəbhəsini ora soxurdu. Mən ona nəsə etmək istəsəydim, edərdim. Mən bozqurdam, hamı məni tanıyır. Mən ona zəng etməzdim. İkincisi də eləmişəmsə də, Anar mənim səsimi tanımır? - Axı onun ailəsini təhdid ediblər. - Yox onun özünü təhdid ediblər. - Videogörüntülərdə olmağınızı təsdiq edirsiz? - Yox, videoda mən olmamışam. Hansı videoda? Video-çəkiliş, telefon çəkilişi, elə bir şey yoxdur. - Müşahidə kameralarının fiksə etdiyi videogörüntülərdə olduğunuzu deyirlər... - “Qai”nin monitorunda sadəcə saat 12-də oradan mənim maşınımın keçdiyi var. Biz orada çayçıda oluruq çox vaxt. Bunu da hamı bilir. E.MƏMMƏDƏLİYEV 852 dəfə baxılıb
|
[23.05.2012] - “XIRDALAN” PİVƏSİNİN SİYASİLƏŞMƏSİ [23.05.2012] - AĞIR ŞARTLAR ALTINDA [23.05.2012] - “EUROVİSİON” MÜSTƏQİL MEDİANI ÇÖKDÜRÜB? [23.05.2012] - ATV-nin BAŞ PRODÜSERİ İŞDƏN UZAQLAŞDIRILDI [23.05.2012] - “İZDİVAC VERİLİŞLƏRİ İLƏ BAĞLI BİZİM QƏRARIMIZ YOXDUR, TÖVSİYƏMİZ VAR” [23.05.2012] - AZƏRBAYCAN “EUROVİSİON”dan SONRA [22.05.2012] - 50 MİLYON DA ŞİBYƏ BAYRAMINA [22.05.2012] - “VAHİD MUSTAFAYEVİN ETİRAFI GECİKMİŞ REAKSİYADIR” [22.05.2012] - REPORTYORLAR “FÖVQƏLNAZİR”in VİCDAN SÖHBƏTİNƏ CAVAB VERDİ [21.05.2012] - SƏHVİNİ GÖSTƏR, KİM OLDUĞUNU DEYİM [20.05.2012] - ANS PREZİDENTİ “TOY OLSUN”a TOY TUTANLARA OD PÜSKÜRDÜ [20.05.2012] - ZÜMRÜD YAĞMUR YENİ KİTABINI TƏQDİM ETDİ [20.05.2012] - “TUNİSİN PREZİDENTİ ƏBÜLFƏZ ELÇİBƏYDƏN SONRA GÖRDÜYÜM İKİNCİ SADƏ DÖVLƏT BAŞÇISI İDİ” [19.05.2012] - DEPUTATIN YAZI OĞURLUĞU [19.05.2012] - ƏVƏZ ZEYNALLININ MƏHKƏMƏSİNDƏ SMS SÖHBƏTİ [18.05.2012] - BU GÜN ƏVƏZ ZEYNALLININ MƏHKƏMƏSİDİR [18.05.2012] - “EUROVİSİON”a QARŞI KİBER MÜHARİBƏ [18.05.2012] - “PUL VERİB, NORMAL ADAM İŞƏ GÖTÜRƏ BİLMİRLƏR?” [18.05.2012] - MEDİA HÜQUQU İNSTİTUTU DÖVLƏT QURUMLARI HAQDA HESABAT YAYDI |
| Yeni MÜSAVAT © 2008 |
|