23 may 2012
Onlayn ictimai-siyasi qəzet
ANA SƏHİFƏ SON DƏQİQƏ ARXİV ƏLAQƏ WAP
Media

“... AİLƏM HƏTTA CİBUTİYƏ DƏ YERLƏŞƏ BİLƏR”

2012-02-07

Qənimət Zahid: “Hər şey Azərbaycan hökumətinin Fransa Senatının qərarına münasibətindən asılıdır”

“Azadlıq” qəzetinin hazırda Parisdə olan baş redaktoru Qənimət Zahid Fransa Senatının qondarma erməni soyqırımı ilə bağlı son qərarını şərh etdi. Baş redaktor bildirdi ki, Fransada yaşayan azərbaycanlıların bu məsələyə reaksiyası Azərbaycan hökumətinin mövqeyindən asılı olacaq.

“Əgər hökumətin reaksiyası sərt olsa, o halda burada da daha cəsarətli münasibət olacaq. Ola bilər ki, buradakı hansısa təşkilatlar, dərnəklər Sarkoziyə və ya hansısa başqa dövlət məqamlarına müraciətlər ünvanlasınlar. Açığı, bu məsələlər barədə məlumatlı deyiləm. Ona görə ki, bu kampaniyanın gedişində azərbaycanlıların müstəqil fəaliyyəti olmayıb. Onlar türk təşkilatları ilə birlikdə hərəkət edirlər və mənə elə gəlir ki, bu, ən doğru yoldur”.
Müsahibimizdən həmçinin bu qərar Fransada qəbul ediləndən sonra etiraz əlaməti olaraq başqa bir ölkəyə mühacirət edib-etməyəcəklərini də soruşdum. Baş redaktor dedi ki, bu qərar Fransada heç bir ciddi müqavimət olmadan qəbul olunarsa, o zaman növbəti mərhələdə istənilən Avropa ölkəsində də qəbul edilə bilər: “Mənim ailəmin buradan köçməsi, başqa bir ölkəyə getməsi bu cür mühüm əhəmiyyətli geosiyasi problemlərə ciddi təsir göstərə bilərsə, böyük məmnuniyyətlə onları hətta Cibutiyə də yerləşdirə bilərlər”.
Q.Zahidlə söhbət zamanı Fransada daha çox ermənilərin yaşaması faktına da toxunduq. Baş redaktordan mühacir azərbaycanlı ailəsi olaraq bunun onlara hansısa problem yaradıb-yaratmaması ilə maraqlandıq. Q.Zahid təsdiqlədi ki, Fransada ermənilərin çox olduğu deyilir: “Açığı, hələ məqsədli olaraq, bir erməni görüm deyə seyrə çıxmamışam və təsadüfən rast gəldiyin adamın da hansı millətə məxsus olduğunu müəyyən etmək çətindir. Çətin olmayan ərəbləri, zənciləri müəyyənləşdirməkdir və mənə elə gəlir ki, ərəblər daha çoxdur.
İkinci yerdə türklər ola bilər. Onları da müəyyən etmək asandır. Birincisi, ona görə ki, onlar hökmən hansısa obyekti işlədirlər və bu obyektin bir türkə məxsus olduğu brendindən bəlli olur. İkincisi də, danışıqlarını eşidirsən. Güman etmirəm ki, burada ermənilərin hansısa təhlükəsi olsun. Bura Avropadır. Əgər təhlükəli erməni varsa, deməli, o, kriminal ermənidir. Bu baxımdan kriminalla bağlı ərəblərin daha çox olduğu deyilir. Hərçənd mən bu nisbətə də təbii yanaşıram: axı onlar yalnız fransızlardan azdırlar".
O ki qaldı mühacir ailəsi olaraq, Zahidlərin Parisdə yaşadığı çətinliklərə, baş redaktor bildirdi ki, bu barədə ailə üzvlərindən soruşmalıyıq: “Ona görə ki, burada onlar daimi qalırlar. Mənə də şikayətlənməyi xoşlamırlar, optimistdirlər (gülür).
Q.Zahid Bakıya nə vaxt qayıdacağı ilə bağlı suala da konkret cavab vermədi: “Bir də gördünüz ki, sabah ordayam, ya da o biri gün”.
Baş redaktor qardaşı, satirik Mirzə Sakitin oğlu ilə birgə mühacirətə getməsinə də münasibət bildirdi. Onun sözlərinə görə, Azərbaycanda təqib edilən adamlar başqa çıxış yolu tapa bilməyəndə mühacirətə gedirlər: “Bu, ölkəni tərk etməyə məcbur olan insanlar haqqında deyilə biləcək sözdür".

Sevinc TELMANQIZI

1226 dəfə baxılıb

Xəbəri paylaş

[23.05.2012] - “XIRDALAN” PİVƏSİNİN SİYASİLƏŞMƏSİ

[23.05.2012] - AĞIR ŞARTLAR ALTINDA

[23.05.2012] - “EUROVİSİON” MÜSTƏQİL MEDİANI ÇÖKDÜRÜB?

[23.05.2012] - ATV-nin BAŞ PRODÜSERİ İŞDƏN UZAQLAŞDIRILDI

[23.05.2012] - “İZDİVAC VERİLİŞLƏRİ İLƏ BAĞLI BİZİM QƏRARIMIZ YOXDUR, TÖVSİYƏMİZ VAR”

[23.05.2012] - AZƏRBAYCAN “EUROVİSİON”dan SONRA

[22.05.2012] - 50 MİLYON DA ŞİBYƏ BAYRAMINA

[22.05.2012] - “VAHİD MUSTAFAYEVİN ETİRAFI GECİKMİŞ REAKSİYADIR”

[22.05.2012] - REPORTYORLAR “FÖVQƏLNAZİR”in VİCDAN SÖHBƏTİNƏ CAVAB VERDİ

[21.05.2012] - SƏHVİNİ GÖSTƏR, KİM OLDUĞUNU DEYİM

[20.05.2012] - ANS PREZİDENTİ “TOY OLSUN”a TOY TUTANLARA OD PÜSKÜRDÜ

[20.05.2012] - ZÜMRÜD YAĞMUR YENİ KİTABINI TƏQDİM ETDİ

[20.05.2012] - “TUNİSİN PREZİDENTİ ƏBÜLFƏZ ELÇİBƏYDƏN SONRA GÖRDÜYÜM İKİNCİ SADƏ DÖVLƏT BAŞÇISI İDİ”

[19.05.2012] - DEPUTATIN YAZI OĞURLUĞU

[19.05.2012] - ƏVƏZ ZEYNALLININ MƏHKƏMƏSİNDƏ SMS SÖHBƏTİ

[18.05.2012] - BU GÜN ƏVƏZ ZEYNALLININ MƏHKƏMƏSİDİR

[18.05.2012] - “EUROVİSİON”a QARŞI KİBER MÜHARİBƏ

[18.05.2012] - “PUL VERİB, NORMAL ADAM İŞƏ GÖTÜRƏ BİLMİRLƏR?”

[18.05.2012] - MEDİA HÜQUQU İNSTİTUTU DÖVLƏT QURUMLARI HAQDA HESABAT YAYDI

[17.05.2012] - NAZİRDƏN MULTFİLM HƏDİYYƏSİ

ARXIV

Yeni MÜSAVAT © 2008