23 may 2012
Onlayn ictimai-siyasi qəzet
ANA SƏHİFƏ SON DƏQİQƏ ARXİV ƏLAQƏ WAP
Media

“XURAL” QƏZETİNİN İKİ ƏMƏKDAŞININ QARŞILIQLI İTTİHAMLARI DAVAM EDİR

2012-02-07

Anar Mahmudoğlu: “Təhdid edənlər bir yox, dörd nəfər olub, əlimizdə əlavə faktlar var...”

Xəbər verdiyimiz kimi, “Xural” qəzetinin əməkdaşları Anar Mahmudoğlu və onun ailəsi, həmçinin digər əməkdaş Nurəddin Xoca naməlum şəxslər tərəfindən ölümlə təhdid edilib. Daha sonra məlumat yayıldı ki, kollektiv özəl araşdırmalar nəticəsində bu məsələni çözüb. Ancaq qəribəsi odur ki, bundan sonra da təhdid edən(lər)in kimliyi barədə heç nə deyilmədi.

Xatırladaq ki, qəzetimizin ötən saylarının birində Anar Mahmudoğlu və Nurəddin Xoca məsələyə münasibət bildirmişdilər. Və bu zaman aydın olmuşdu ki, onların arasında ciddi ziddiyyət var; hətta bir tərəf (A. Mahmudoğlu ) digərindən (N. Xoca) şübhələnir. Bu şübhə və eyhamların qarşılığında N.Xoca da bir sıra məqamlar barədə indiyə qədər heç yerdə getməyən açıqlamalar vermiş, bir sıra sərt iddia və ittihamlar irəli sürmüşdü. Məsələn, o, qəzetimizə açıqlamasında belə bir fikir söyləmişdi: “Siz ”Asi" qəzetinə (“Xural”ın yerinə təsis olunan qəzetin yeganə nüsxəsi-Red.) baxsanız, görərsiz ki, bu, birbaşa “Azadlıq” qəzetidir. Buna görə onunla (Anar Mahmudoğlu ilə- red. ) mübahisələrim olub. “Xural” qəzetinə gələndən həmişə demişəm ki, biz heç kimin yanında olmayaq, hamı bizim yanımızda olsun. “Asi”ni mən buraxdım, amma bir də gördüm “Asi” “Azadlıq” qəzetidir".
Anar Mahmudoğlu isə bu iddiaya cavab olaraq belə deyir: “O barədə bizim heç bir mübahisəmiz olmayıb. Əslində azad mətbuatda olan şəxs istəyər ki, çap etdiyi qəzet ”Azadlıq"a oxşasın. Yəni “Azadlıq” kimi cəsarətli, sərt yazıları olsun. Burda mübahisəlik heç nə ola bilməz. Ümumiyyətlə, onun açıqlamasına baxdım və nəyə görə elə danışdığını anlamadım. “Asi” qəzetinin təsisçisi və baş redaktoru mənəm. Qəzet mənim adıma qeydiyyatdan keçib".
N.Xoca Anar Mahmudovla bağlı başqa bir ifadə də işlətmişdi. Demişdi ki, “Anar Mahmudoğlu kimdir ki, kimsə də onu təhdid etsin?” Sitat: “Kimdi axı o? Qənimət Zahidi, Rauf Arifoğlunu təhdid edə bilərlər. Axı Anar Mahmudoğlu hansı fiqurdur? Bu hansı məntiqə sığır?”
A.Mahmudoğlunun buna münasibəti isə belə oldu: “Kimlərinsə nəzərində ciddi fiqur ola bilərəm, kimlərinsə yox. Bunun məsələyə aidiyyəti yoxdur. Bunu oxucular kənardan baxıb dəyərləndirsələr, daha yaxşı olar. Təzyiqlə bağlı deyim ki, təzyiqə məruz qalanlar tək Qənimət Zahidlə Rauf Arifoğlu deyil ki. Son illərdə 500 jurnalist təzyiqlərlə üzləşib. Yəni bu, düzgün yanaşma deyil. Həmçinin də məni ciddi fiqur adlandırmamağı onun öz fikridir. Onu da deyim ki, təhdid olunmağımla bağlı istintaqın araşdırması var. Burada təhdidin olub-olmaması müzakirə predmeti deyil. Əslində ”Yeni Müsavat" bu məsələyə toxunandan sonra bir çox faktlar açılıb. Bütün bunlardan sonra mənim nəsə deməyimə ehtiyac da qalmayıb. Sadəcə, bir şeyi əlavə edim ki, söhbət bir yox, dörd nəfərdən gedir; yəni məni təhdid edən dörd nəfərdir. Onların kimliyi ilə bağlı əlimizdə faktlar da var. Rəsmi münasibət açıqlanandan sonra bu barədə mətbuata məlumat verəcəyik".

E.BƏDƏLOV

433 dəfə baxılıb

Xəbəri paylaş

[23.05.2012] - “XIRDALAN” PİVƏSİNİN SİYASİLƏŞMƏSİ

[23.05.2012] - AĞIR ŞARTLAR ALTINDA

[23.05.2012] - “EUROVİSİON” MÜSTƏQİL MEDİANI ÇÖKDÜRÜB?

[23.05.2012] - ATV-nin BAŞ PRODÜSERİ İŞDƏN UZAQLAŞDIRILDI

[23.05.2012] - “İZDİVAC VERİLİŞLƏRİ İLƏ BAĞLI BİZİM QƏRARIMIZ YOXDUR, TÖVSİYƏMİZ VAR”

[23.05.2012] - AZƏRBAYCAN “EUROVİSİON”dan SONRA

[22.05.2012] - 50 MİLYON DA ŞİBYƏ BAYRAMINA

[22.05.2012] - “VAHİD MUSTAFAYEVİN ETİRAFI GECİKMİŞ REAKSİYADIR”

[22.05.2012] - REPORTYORLAR “FÖVQƏLNAZİR”in VİCDAN SÖHBƏTİNƏ CAVAB VERDİ

[21.05.2012] - SƏHVİNİ GÖSTƏR, KİM OLDUĞUNU DEYİM

[20.05.2012] - ANS PREZİDENTİ “TOY OLSUN”a TOY TUTANLARA OD PÜSKÜRDÜ

[20.05.2012] - ZÜMRÜD YAĞMUR YENİ KİTABINI TƏQDİM ETDİ

[20.05.2012] - “TUNİSİN PREZİDENTİ ƏBÜLFƏZ ELÇİBƏYDƏN SONRA GÖRDÜYÜM İKİNCİ SADƏ DÖVLƏT BAŞÇISI İDİ”

[19.05.2012] - DEPUTATIN YAZI OĞURLUĞU

[19.05.2012] - ƏVƏZ ZEYNALLININ MƏHKƏMƏSİNDƏ SMS SÖHBƏTİ

[18.05.2012] - BU GÜN ƏVƏZ ZEYNALLININ MƏHKƏMƏSİDİR

[18.05.2012] - “EUROVİSİON”a QARŞI KİBER MÜHARİBƏ

[18.05.2012] - “PUL VERİB, NORMAL ADAM İŞƏ GÖTÜRƏ BİLMİRLƏR?”

[18.05.2012] - MEDİA HÜQUQU İNSTİTUTU DÖVLƏT QURUMLARI HAQDA HESABAT YAYDI

[17.05.2012] - NAZİRDƏN MULTFİLM HƏDİYYƏSİ

ARXIV

Yeni MÜSAVAT © 2008