23 may 2012
Onlayn ictimai-siyasi qəzet
ANA SƏHİFƏ SON DƏQİQƏ ARXİV ƏLAQƏ WAP
Media

SABAH QƏZETLƏR ÇIXACAQ

2012-02-07

Çovğunlu və şaxtalı hava bu dəfə redaksiyaların işini “dondurmayacaq”

Ölkə ərazisində bu gündən havaların yenidən kəskin soyuması müşahidə olunur. Belə havada bir çox sahələrdə problemlər yaranır. Əlverişsiz hava şəraiti mətbuat fəaliyyətinə də əngəllər törədir. Fevralın 2-də Bakıda yaşanan çovğun əksər qəzetlərin işıq üzü görməsinə mane oldu. Bəs görəsən bu dəfə necə, qəzetlər fəaliyyətlərinə ara verəcəklərmi?

“Yeni Müsavat” qəzetinin baş direktoru Ələsgər Süleymanov bildirdi ki, hava şəraitinin pis olmasına baxmayaraq, qəzetin əməkdaşları iş başındadırlar: “Qəzet hər gün olduğu kimi öz işini davam etdirir. Sabah çıxacaq materialları hazırlayırıq. Ümidvarıq ki, oxucularımız da əməkdaşlarımızın gərgin əməyini dəyərləndirib, qəzetimizi alacaqlar. Hər zamankı kimi sabahkı nömrəmizdə də maraqlı reportajlar, məqalələr və köşə yazıları olacaq”.
“Azadlıq” qəzetinin redaktoru Sücəddin Şərifov da bu gün işlədiklərini söylədi: “Qəzetimiz sabah köşklərdə olacaq”.
Bir neçə gündür fəaliyyətinə fasilə verən “Bizim Yol” qəzetinin baş redaktoru Bahəddin Həziyev isə sualımızı qısa cavablandırdı: “Qəzetin əməkdaşları işləyir”. Ancaq redaksiyanın əlaqə nömrələrinə dəfələrlə zəng etsək də, cavab verən olmadı.
“Ədalət” qəzetindən bildirdilər ki, qəzet sabah köşklərdə olacaq.
“Kaspi” qəzetinin baş redaktoru Natiq Məmmədli bildirib ki, soyuq havanın onların işinə heç bir təsiri yoxdur. Əvvəlki formada öz işlərini davam etdirirlər: “Biz ötən həftə də fasilə vermədən işlədik. Fevralın 2-də qarlı hava şəraitinə görə bir sıra gündəlik qəzetlərin işıq üzü görməməsi Bakının infrastrukturu kimi mətbuatın da belə situasiyaya hazır olmadığını göstərdi. Havanın kəskin dəyişməsi əldə yayımın işini iflic vəziyyətinə saldı. “Yeni Müsavat” qəzeti kimi satışının əsas bir qismi əldə yayımın payına düşən qəzetlərin çıxmamasını bu baxımdan başa düşmək olardı. Amma redaksiyaları “Azərbaycan” nəşriyyatında yerləşən və “plyonka”nı mətbəəyə çatdırmaq üçün heç bir kommunikasiya xərci çəkməyən qəzetlərin işıq üzü görməməsi başa düşülən deyildi”.
“Yeni Azərbaycan” qəzetinin əməkdaşı da öz işlərində olduğunu bildirib: “Qəzetimiz sabah çap olunacaq”.
dən bildirdilər ki, sabahkı sayı hazırlayırlar və qəzet işıq üzü görəcək.
qəzetinin redaktoru Elman Cəfərli də bildirib ki, bu gün iş başındadırlar: “Keçən həftə qasırğa olanda əməkdaşlarımız işə gələ bilmədiyi üçün çıxmadıq. Amma bu gün işdəyik və qəzet çıxacaq”.
“525-ci qəzet”, “Exo”, “Ekspress”, “Mərkəz”dən bildirdilər ki, növbəti nömrə çapa hazırlanır.
“Bakı-Xəbər” qəzetinin baş redaktoru Aydın Quliyev havanın kəskinləşməsinə baxmayaraq, işlədiklərinin deyib: “Hər kəs öz işini davam etdirir. Qəzet növbəti nömrəsinin çapına hazırlanır. Amma əldə yayımla bağlı proqnoz vermək çətindir. Ötən həftə də şaxtalı havaya görə bir gün işləyə bilmədik”.
Ümumilikdə qəzet əməkdaşları işin öz qaydasında getdiyini bildiriblər. Əsas işin nəşriyyatdan və yayım sektorundan asılı olduğu deyilib. Bir sözlə, nəşriyyat işini dayandırmasa, sabah qəzetlər çıxacaq. Onu da qeyd edək ki, anomal hava şəraiti və güclü qar gündəlik qəzetlərin köşklərə çatdırılmasını da ləngidir.

Günay MUSAYEVA

691 dəfə baxılıb

Xəbəri paylaş

[23.05.2012] - “XIRDALAN” PİVƏSİNİN SİYASİLƏŞMƏSİ

[23.05.2012] - AĞIR ŞARTLAR ALTINDA

[23.05.2012] - “EUROVİSİON” MÜSTƏQİL MEDİANI ÇÖKDÜRÜB?

[23.05.2012] - ATV-nin BAŞ PRODÜSERİ İŞDƏN UZAQLAŞDIRILDI

[23.05.2012] - “İZDİVAC VERİLİŞLƏRİ İLƏ BAĞLI BİZİM QƏRARIMIZ YOXDUR, TÖVSİYƏMİZ VAR”

[23.05.2012] - AZƏRBAYCAN “EUROVİSİON”dan SONRA

[22.05.2012] - 50 MİLYON DA ŞİBYƏ BAYRAMINA

[22.05.2012] - “VAHİD MUSTAFAYEVİN ETİRAFI GECİKMİŞ REAKSİYADIR”

[22.05.2012] - REPORTYORLAR “FÖVQƏLNAZİR”in VİCDAN SÖHBƏTİNƏ CAVAB VERDİ

[21.05.2012] - SƏHVİNİ GÖSTƏR, KİM OLDUĞUNU DEYİM

[20.05.2012] - ANS PREZİDENTİ “TOY OLSUN”a TOY TUTANLARA OD PÜSKÜRDÜ

[20.05.2012] - ZÜMRÜD YAĞMUR YENİ KİTABINI TƏQDİM ETDİ

[20.05.2012] - “TUNİSİN PREZİDENTİ ƏBÜLFƏZ ELÇİBƏYDƏN SONRA GÖRDÜYÜM İKİNCİ SADƏ DÖVLƏT BAŞÇISI İDİ”

[19.05.2012] - DEPUTATIN YAZI OĞURLUĞU

[19.05.2012] - ƏVƏZ ZEYNALLININ MƏHKƏMƏSİNDƏ SMS SÖHBƏTİ

[18.05.2012] - BU GÜN ƏVƏZ ZEYNALLININ MƏHKƏMƏSİDİR

[18.05.2012] - “EUROVİSİON”a QARŞI KİBER MÜHARİBƏ

[18.05.2012] - “PUL VERİB, NORMAL ADAM İŞƏ GÖTÜRƏ BİLMİRLƏR?”

[18.05.2012] - MEDİA HÜQUQU İNSTİTUTU DÖVLƏT QURUMLARI HAQDA HESABAT YAYDI

[17.05.2012] - NAZİRDƏN MULTFİLM HƏDİYYƏSİ

ARXIV

Yeni MÜSAVAT © 2008