|
![]() |
|||||||
|
|
||||||
|
|
|
|||||
Ədliyyə Nazirliyi heç bir əsaslı səbəb olmadan Reportyorların Azadlığı və Təhlükəsizliyi İnstitutuna (RATİ) xəbərdarlıq edib. Dünən RATİ sədri Emin Hüseynov keçirdiyi mətbuat konfransında bu barədə məlumat verib və bildirib ki, bu xəbərdarlıq əsassızdır. “Bu, RATİ-yə edilən əsassız təzyiqdir. Xəbərdarlıq verilməsinə əsas kimi göstərilib ki, 2006-cı ildən bəri təşkilatın sədrinin seçilməsi barədə məlumat nazirliyə göndərilməyib və bu, ”Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında" Qanunun 9-cu maddəsinə ziddir. Ancaq qanunun 9.1-ci maddəsində deyilir ki, təsis sənədlərinə edilən dəyişiklik, eləcə də qeydə alınmış faktların sonrakı dəyişikliyi qeydiyyata alınmalıdır. Məsələ Ədliyyə Nazirliyinin iddia etdiyi kimi deyil. Belə ki, 2006-cı ildən bəri dəfələrlə mənim sədr olmağım barədə sənəd nazirliyə təqdim edilib. Hətta 2010-cu ildə Dövlət Reyestrindən çıxarışda və birliyin nizamnaməsinə edilən dəyişiklikdə də mən sədr kimi qeyd edilmişəm. Biz ilk sədr dəyişikliyi zamanı nazirliyə məlumat vermişik. Qurum qeydiyyata alınarkən birliyin sədri Sarvan Rizvanov olub. Qurum 2006-cı ildə qeydiyyata alınandan bir qədər sonra ona qarşı edilən təzyiqlərin çox olması səbəbindən Sarvan Rizvanov birliyin sədrliyindən istefa verdi və sonradan xaricə mühacirət etdi. Bundan sonra mən sədr seçildim və bu barədə nazirliyə məlumat göndərmişik. Bundan sonra 2010-cu ildə təkrar sədr seçildiyimdə nazirliyə müraciət etmədik, buna ehtiyac yox idi. Ancaq indi nazirlik bir neçə il gözləyəndən sonra məlum olub ki, sənədləri təqdim etməmişik və bizə xəbərdarlıq göndərib". R.RƏFİYEVA 1321 dəfə baxılıb
|
[23.05.2012] - “XIRDALAN” PİVƏSİNİN SİYASİLƏŞMƏSİ [23.05.2012] - AĞIR ŞARTLAR ALTINDA [23.05.2012] - “EUROVİSİON” MÜSTƏQİL MEDİANI ÇÖKDÜRÜB? [23.05.2012] - ATV-nin BAŞ PRODÜSERİ İŞDƏN UZAQLAŞDIRILDI [23.05.2012] - “İZDİVAC VERİLİŞLƏRİ İLƏ BAĞLI BİZİM QƏRARIMIZ YOXDUR, TÖVSİYƏMİZ VAR” [23.05.2012] - AZƏRBAYCAN “EUROVİSİON”dan SONRA [22.05.2012] - 50 MİLYON DA ŞİBYƏ BAYRAMINA [22.05.2012] - “VAHİD MUSTAFAYEVİN ETİRAFI GECİKMİŞ REAKSİYADIR” [22.05.2012] - REPORTYORLAR “FÖVQƏLNAZİR”in VİCDAN SÖHBƏTİNƏ CAVAB VERDİ [21.05.2012] - SƏHVİNİ GÖSTƏR, KİM OLDUĞUNU DEYİM [20.05.2012] - ANS PREZİDENTİ “TOY OLSUN”a TOY TUTANLARA OD PÜSKÜRDÜ [20.05.2012] - ZÜMRÜD YAĞMUR YENİ KİTABINI TƏQDİM ETDİ [20.05.2012] - “TUNİSİN PREZİDENTİ ƏBÜLFƏZ ELÇİBƏYDƏN SONRA GÖRDÜYÜM İKİNCİ SADƏ DÖVLƏT BAŞÇISI İDİ” [19.05.2012] - DEPUTATIN YAZI OĞURLUĞU [19.05.2012] - ƏVƏZ ZEYNALLININ MƏHKƏMƏSİNDƏ SMS SÖHBƏTİ [18.05.2012] - BU GÜN ƏVƏZ ZEYNALLININ MƏHKƏMƏSİDİR [18.05.2012] - “EUROVİSİON”a QARŞI KİBER MÜHARİBƏ [18.05.2012] - “PUL VERİB, NORMAL ADAM İŞƏ GÖTÜRƏ BİLMİRLƏR?” [18.05.2012] - MEDİA HÜQUQU İNSTİTUTU DÖVLƏT QURUMLARI HAQDA HESABAT YAYDI |
| Yeni MÜSAVAT © 2008 |
|