|
![]() |
|||||||
|
|
||||||
|
|
|
|||||
Ötən il oktyabrın 7-də bolgexeber.com saytının baş redaktoru Vasif Turanın Qobu qəsəbəsindəki evinin yanması və iki azyaşlı uşağının yanıb tələf olması ilə bağlı yekun ekspertiza rəyi təqdim olunub. Bu hadisə ilə bağlı FHN-in İstintaq İdarəsində qaldırılan və baş müstəntiq Qəhrəman Məmmədovun icraatında olan cinayət işi üzrə istintaq yekunlaşıb. V.Turanın sözlərinə görə, Ədliyyə Nazirliyi Ekspertiza İdarəsinin verdiyi rəyə əsasən törədilmiş hadisə cinayət kimi təqdim olunmayıb. İki gün öncə baş redaktoru FHN-in İstintaq İdarəsinə çağıraraq ekspertizanın nəticəsi ilə tanış ediblər. V.Turan deyib ki, 4 aydan sonra Ekspertiza İdarəsi hadisənin qəsdən törədilmədiyi barədə rəy verib: “Rəydə göstərilir ki, yanğın guya qısaqapanma nəticəsində baş verib. Aydın görünür ki, bu rəy saxtadır və başdansovdu hazırlanıb. Çünki qısaqapanmanı təyin etmək üçün 4 aya ehtiyac yox idi. Əgər həqiqətən yanğın qısaqapanmadan baş vermişdisə, o zaman bunun üçün 4 ay gözləməyə nə lüzum vardı? Müstəntiq Qəhrəman Məmmədovla bu məsələ ilə xeyli söhbətim olub. Ona hörmətim var. Əlindən gələni etməyə çalışdı. Amma onun aparacağı istintaq işi Ekspertiza İdarəsinin rəyindən daha çox asılı idi. Bu rəydən sonra hüquqi prosedur işin bağlanmasını tələb edirdi ki, bunu da müstəntiq həyata keçirmək məcburiyyətindədir. Bu rəyi verənlər elə cinayətə əl atıb ki, onun izahı yoxdur. İki uşağımın qanını batırır, bir ailənin müqəddəratı ilə oynayırlar. Bizim həyatımızı ucuz bir əşya kimi satışa çıxararaq cinayətkarların əlinə oynamaq o deməkdir ki, bu insanların nə vicdanı, nə əqidəsi, nə də şərəfi var. Bu adamlar anlamır ki, bu gün tapmadıqları və ya tapmaq istəmədikləri cinayətkarlar sabah mənə və həyat yoldaşıma da qəsd edə bilər. Yəni həyatımızı açıq şəkildə qumara qoyublar”. E.PAŞASOY 525 dəfə baxılıb
|
[23.05.2012] - “XIRDALAN” PİVƏSİNİN SİYASİLƏŞMƏSİ [23.05.2012] - AĞIR ŞARTLAR ALTINDA [23.05.2012] - “EUROVİSİON” MÜSTƏQİL MEDİANI ÇÖKDÜRÜB? [23.05.2012] - ATV-nin BAŞ PRODÜSERİ İŞDƏN UZAQLAŞDIRILDI [23.05.2012] - “İZDİVAC VERİLİŞLƏRİ İLƏ BAĞLI BİZİM QƏRARIMIZ YOXDUR, TÖVSİYƏMİZ VAR” [23.05.2012] - AZƏRBAYCAN “EUROVİSİON”dan SONRA [22.05.2012] - 50 MİLYON DA ŞİBYƏ BAYRAMINA [22.05.2012] - “VAHİD MUSTAFAYEVİN ETİRAFI GECİKMİŞ REAKSİYADIR” [22.05.2012] - REPORTYORLAR “FÖVQƏLNAZİR”in VİCDAN SÖHBƏTİNƏ CAVAB VERDİ [21.05.2012] - SƏHVİNİ GÖSTƏR, KİM OLDUĞUNU DEYİM [20.05.2012] - ANS PREZİDENTİ “TOY OLSUN”a TOY TUTANLARA OD PÜSKÜRDÜ [20.05.2012] - ZÜMRÜD YAĞMUR YENİ KİTABINI TƏQDİM ETDİ [20.05.2012] - “TUNİSİN PREZİDENTİ ƏBÜLFƏZ ELÇİBƏYDƏN SONRA GÖRDÜYÜM İKİNCİ SADƏ DÖVLƏT BAŞÇISI İDİ” [19.05.2012] - DEPUTATIN YAZI OĞURLUĞU [19.05.2012] - ƏVƏZ ZEYNALLININ MƏHKƏMƏSİNDƏ SMS SÖHBƏTİ [18.05.2012] - BU GÜN ƏVƏZ ZEYNALLININ MƏHKƏMƏSİDİR [18.05.2012] - “EUROVİSİON”a QARŞI KİBER MÜHARİBƏ [18.05.2012] - “PUL VERİB, NORMAL ADAM İŞƏ GÖTÜRƏ BİLMİRLƏR?” [18.05.2012] - MEDİA HÜQUQU İNSTİTUTU DÖVLƏT QURUMLARI HAQDA HESABAT YAYDI |
| Yeni MÜSAVAT © 2008 |
|