23 may 2012
Onlayn ictimai-siyasi qəzet
ANA SƏHİFƏ SON DƏQİQƏ ARXİV ƏLAQƏ WAP
Media

UMUD RƏHİMOĞLU BMT-nin TOPLANTISINA QATILIB

2012-02-10

BAMF təmsilçisi qurumun sessiyasında çıxış edib

Beynəlxalq Avsrasiya Mətbuat Fondunun (BAMF) sədri Umud Rəhimoğlu və fondun beynəlxalq əlaqələr və proqramlar departamentinin rəhbəri Nik Nvolisa Nyu Yorka səfər ediblər. Səfərin məqsədi BMT-nin İqtisadi və Sosial Şurasında (ECOSOC) BAMF-in 4 illik fəaliyyəti ilə bağlı təqdim etdiyi hesabatın müzakirəsində və ECOSOC-un Sosial İnkişaf Komissiyasının 15-ci sessiyasında iştirak etməkdir. Bu barədə BAMF sədri U.Rəhimoğlu məlumat verib. Onun sözlərinə görə, BAMF-in hesabatının müzakirəsi zamanı BMT-nin QHT-lər bölməsinin rəhbəri Andrey Abramov sənədin mükəmməl hazırlandığını və bu səbəbdən də qəbul olunduğunu bildirib.

U.Rəhimoğlu A.Abramovdan bu sözləri eşitməyin onun üçün çox xoş olduğunu bildirib: “Əlbəttə, biz əvvəlcədən də əmin idik ki, hesabat BAMF-nın fəaliyyətini tam əks etdirdiyindən komitədə qəbul ediləcək. Bunu cənab Andrey Abramovdan eşitmək mənim üçün çox xoş oldu. Hələ 2007-ci ildən ECOSOC-un məşvərətçi statuslu üzvü olan BAMF tərəfindən keçən müddət ərzində bu istiqamətdə xeyli işlər görülüb. BAMF BMT-nin əksər nüfuzlu beynəlxalq tədbirlərində iştirak edib, müxtəlif müzakirələrə fəal qatılıb.
U.Rəhimoğlu sessiyada müxtəlif mövzularda müzakirələrin aparıldığını, 2014-cü ildə Beynəlxalq Ailə İlinin 20 illik yubileyinə hazırlıq və yubileyin keçirilməsi barədə, habelə inkişafın gündəliyində əlliliyin əsas məsələlərinə dair BMT-nin baş katibinin hesabatının dinlənildiyini də deyib.
BAMF sədri U.Rəhimoğlu və N.Nvolisa sözügedən sessiyada “Kasıbçılıq, Gənclərin işsizliyi” mövzusunda keçirilən tədbirdə yaxından iştirak ediblər. N.Nvolisa “Yerdəyişmə - Azərbaycan gəncləri arasında qeyri-bərabər imkanların və işsizlik səviyyəsinin yüksək olmasının əsas səbəbi kimi” movzusunda çıxış edib.
Qeyd edək ki, BAMF-in sədri U.Rəhimoğlu ötən il BMT-nin Cenevredə keçirilən yüksək səviyyəli toplantısında çıxış edib.
Xatırladaq ki, BAMF Azərbaycan QHT-ləri ilə BMT agentlikləri, o cümlədən ECOSOC-la yaxından əməkdaşlıq imkanlarının inkişaf etdirilməsi işini də koordinasiya edir.

Xəbər xidməti

296 dəfə baxılıb

Xəbəri paylaş

[23.05.2012] - “XIRDALAN” PİVƏSİNİN SİYASİLƏŞMƏSİ

[23.05.2012] - AĞIR ŞARTLAR ALTINDA

[23.05.2012] - “EUROVİSİON” MÜSTƏQİL MEDİANI ÇÖKDÜRÜB?

[23.05.2012] - ATV-nin BAŞ PRODÜSERİ İŞDƏN UZAQLAŞDIRILDI

[23.05.2012] - “İZDİVAC VERİLİŞLƏRİ İLƏ BAĞLI BİZİM QƏRARIMIZ YOXDUR, TÖVSİYƏMİZ VAR”

[23.05.2012] - AZƏRBAYCAN “EUROVİSİON”dan SONRA

[22.05.2012] - 50 MİLYON DA ŞİBYƏ BAYRAMINA

[22.05.2012] - “VAHİD MUSTAFAYEVİN ETİRAFI GECİKMİŞ REAKSİYADIR”

[22.05.2012] - REPORTYORLAR “FÖVQƏLNAZİR”in VİCDAN SÖHBƏTİNƏ CAVAB VERDİ

[21.05.2012] - SƏHVİNİ GÖSTƏR, KİM OLDUĞUNU DEYİM

[20.05.2012] - ANS PREZİDENTİ “TOY OLSUN”a TOY TUTANLARA OD PÜSKÜRDÜ

[20.05.2012] - ZÜMRÜD YAĞMUR YENİ KİTABINI TƏQDİM ETDİ

[20.05.2012] - “TUNİSİN PREZİDENTİ ƏBÜLFƏZ ELÇİBƏYDƏN SONRA GÖRDÜYÜM İKİNCİ SADƏ DÖVLƏT BAŞÇISI İDİ”

[19.05.2012] - DEPUTATIN YAZI OĞURLUĞU

[19.05.2012] - ƏVƏZ ZEYNALLININ MƏHKƏMƏSİNDƏ SMS SÖHBƏTİ

[18.05.2012] - BU GÜN ƏVƏZ ZEYNALLININ MƏHKƏMƏSİDİR

[18.05.2012] - “EUROVİSİON”a QARŞI KİBER MÜHARİBƏ

[18.05.2012] - “PUL VERİB, NORMAL ADAM İŞƏ GÖTÜRƏ BİLMİRLƏR?”

[18.05.2012] - MEDİA HÜQUQU İNSTİTUTU DÖVLƏT QURUMLARI HAQDA HESABAT YAYDI

[17.05.2012] - NAZİRDƏN MULTFİLM HƏDİYYƏSİ

ARXIV

Yeni MÜSAVAT © 2008