23 may 2012
Onlayn ictimai-siyasi qəzet
ANA SƏHİFƏ SON DƏQİQƏ ARXİV ƏLAQƏ WAP
Media

QARABAĞLA BAĞLI SAYT YARADILDI

2012-02-10

Fevralın 10-da Xocalı soyqırımının 20 illiyi ərəfəsində yeni www.garabagh.net saytı işıq üzü görüb. Bu barədə musavat.com-a adıçəkilən saytın redaksiyasından məlumat veriblər. Məlumatda bildirilir ki, İlham Abduyevin ideya rəhbərliyi və təşkilatçılığı ilə www.azerbaijans.com saytının kollektivi tərəfindən hazırlanan sayt həmçinin “Evrovizion” yarışması ərəfəsində Qarabağ həqiqətlərini dünyaya çatdırmaq üçün ən gözəl vasitədir.

“Qarabagh.net mükəmməlliyi, yığcamlığı, virtual görünüşü ilə digər saytlardan fərqlənir. Saytın dünyanın aparıcı yeddi dilində, Azərbaycan dilindən başqa ingilis, alman, rus, türk, fransız, ispan dillərində təqdimatı onun beynəlxalq səviyyədə geniş istifadə imkanlarını təmin edir. Sayt 40 bölmə və 200 linkdən ibarətdir. Hər bir bölmə Qarabağ haqqında ayrı-ayrı informasiyalar bazasına malikdir. Bölmələrdə Qarabağ tarixi, tarixi müqavilələr, Qarabağın inzibati bölgüsü, coğrafiyası, sosial inkişafı, mədəniyyəti, mətbəxi, Qarabağ münaqişəsi, onun fəsadları, Xocalı soyqırımı, münaqişə ilə bağlı dövlət qayğısı və dövlət siyasəti, prezidentin Qarabağ münaqişəsi ilə bağlı çıxışları, münaqişənin beynəlxalq təşkilatlarda çözümü və s. barədə mükəmməl bilgi verilib.  Bir sözlə, Qarabağ həqiqətlərini bütövlükdə özündə əks etdirən saytı Qarabağ haqqında ensiklopediya hesab etmək olar və bu, sözsüz, bölgə haqqında internet məkanında informasiya bolluğu yaradacaqdır. Bundan əlavə, sayt xaricdə yaşayan azərbaycanlılar üçün Azərbaycan lobbisi üçün məlumat mənbəyi kimi çox yararlı olacaqdır” - deyə məlumatda bildirilir. Məlumatda saytın vizual texniki tərtibatı da mükəmməl olduğu qeyd olunmaqla yanaşı saytın loqosunun fonunda Qarabağ bölgəsinin yenicə əldə edilmiş şəkilləri öz əksini tapdığı da bildirilir. Bundan başqa, saytda yerləşdirilən informasiyaları vizuallaşdıran video və foto bölmələri fəaliyyət göstərir.
Redaksiyamıza daxil olan məlumata görə, saytın yaranmasının ideya rəhbəri və təşkilatçısı İlham Abduyev fövqəladə hallar naziri Kəmaləddin Heydərovun qaynıdır.
S.KAZIMLI

1245 dəfə baxılıb

Xəbəri paylaş

[23.05.2012] - “XIRDALAN” PİVƏSİNİN SİYASİLƏŞMƏSİ

[23.05.2012] - AĞIR ŞARTLAR ALTINDA

[23.05.2012] - “EUROVİSİON” MÜSTƏQİL MEDİANI ÇÖKDÜRÜB?

[23.05.2012] - ATV-nin BAŞ PRODÜSERİ İŞDƏN UZAQLAŞDIRILDI

[23.05.2012] - “İZDİVAC VERİLİŞLƏRİ İLƏ BAĞLI BİZİM QƏRARIMIZ YOXDUR, TÖVSİYƏMİZ VAR”

[23.05.2012] - AZƏRBAYCAN “EUROVİSİON”dan SONRA

[22.05.2012] - 50 MİLYON DA ŞİBYƏ BAYRAMINA

[22.05.2012] - “VAHİD MUSTAFAYEVİN ETİRAFI GECİKMİŞ REAKSİYADIR”

[22.05.2012] - REPORTYORLAR “FÖVQƏLNAZİR”in VİCDAN SÖHBƏTİNƏ CAVAB VERDİ

[21.05.2012] - SƏHVİNİ GÖSTƏR, KİM OLDUĞUNU DEYİM

[20.05.2012] - ANS PREZİDENTİ “TOY OLSUN”a TOY TUTANLARA OD PÜSKÜRDÜ

[20.05.2012] - ZÜMRÜD YAĞMUR YENİ KİTABINI TƏQDİM ETDİ

[20.05.2012] - “TUNİSİN PREZİDENTİ ƏBÜLFƏZ ELÇİBƏYDƏN SONRA GÖRDÜYÜM İKİNCİ SADƏ DÖVLƏT BAŞÇISI İDİ”

[19.05.2012] - DEPUTATIN YAZI OĞURLUĞU

[19.05.2012] - ƏVƏZ ZEYNALLININ MƏHKƏMƏSİNDƏ SMS SÖHBƏTİ

[18.05.2012] - BU GÜN ƏVƏZ ZEYNALLININ MƏHKƏMƏSİDİR

[18.05.2012] - “EUROVİSİON”a QARŞI KİBER MÜHARİBƏ

[18.05.2012] - “PUL VERİB, NORMAL ADAM İŞƏ GÖTÜRƏ BİLMİRLƏR?”

[18.05.2012] - MEDİA HÜQUQU İNSTİTUTU DÖVLƏT QURUMLARI HAQDA HESABAT YAYDI

[17.05.2012] - NAZİRDƏN MULTFİLM HƏDİYYƏSİ

ARXIV

Yeni MÜSAVAT © 2008