23 may 2012
Onlayn ictimai-siyasi qəzet
ANA SƏHİFƏ SON DƏQİQƏ ARXİV ƏLAQƏ WAP
Media

QƏZETLƏR QAR VƏ MER FƏLAKƏTİNİN ZİYANINI HESABLADI

2012-02-11

Ələsgər Süleymanov: “Son 40 gündə “Yeni Müsavat”a 14 min manat zərər dəyib”
Rahim Hacıbəyli: “Bilmirik bu vəziyyətdən necə çıxaq”

Müstəqil qəzetlər son bir ayda ağır günlər yaşayır. Bakı meriyasının yaratdığı əldə yayım problemləri, yeni köşklərdə müstəqil qəzetlərin satışına qoyulan qadağa onların maddi durumuna ciddi zərbə vurub. Bütün bunlarla yanaşı, son 15 gündə hava şəraitinin kəskin pisləşməsi, şaxtalı qar da satışa öz mənfi təsirini göstərib. Yanvarın əvvəlindəki bayram günləri, ardınca 20 Yanvarla bağlı matəm günü satışı rəsmən iflic edib.

Maddi vəziyyətini satışla düzəldən qəzetlər üçün bu əngəllərin nə demək olduğunu anlamaq çətin deyil. Biz də qəzet təmsilçiləri ilə çap mediası üçün son 40 günlük fəlakəti müzakirə etdik.
“Yeni Müsavat” qəzetinin baş direktoru Ələsgər Süleymanov bildirdi ki, 2012-ci ilin əvvəlindən etibarən qəzetlər üçün problemlər gündən-günə artır. O dedi ki, öncə qəzet köşklərinin yığışdırılması ilə başlayan təzyiq daha sonra əldə yayıma yaradılan maneələrlə davam etdi. Hava şəraitinin kəskin pisləşməsindən sonra redaksiyada işıqların tez-tez keçdiyini vurğulayan baş direktorun sözlərinə görə, bu da işə ciddi maneə törədib: “Ümumilikdə bütün problemlər satışımıza zərbə vurub və öncəki aylarla müqayisədə ortada ciddi fərq var. İlkin hesablamalarla son ay yarım ərzində qəzetimizə 14 min manat civarında ziyan dəyib. Qəzet olaraq satışdan başqa gəlirimiz yoxdur. Sadəcə, gümanımız odur ki, hava şəraiti tezliklə düzəlsin. Gələcəkdə də tirajın artırılması üçün ciddi iş aparacağıq”.
Ə.Süleymanov dedi ki, əldə yayımla, qəzet köşklərində satışla bağlı problemlərin həlli üçün aidiyyəti orqanlarla görüşləri davam edəcək: “Çatışmazlıqdan yaranan problemləri aybaay ötürərək həll etməyə çalışacağıq”.
“Azadlıq” qəzetinin redaktoru Rahim Hacıbəyli dedi ki, son 40 gündə yaranan vəziyyət qəzetin satışına ciddi ziyan vurub. Onun sözlərinə görə, qəzet yayımı ilə məşğul olan insanların işə çıxmasında problemlər yaranıb: “Hava şəraiti ilə bağlı alıcıların da sayı az olub. Konkret rəqəm vermək çətindir. Əlbəttə, maddi vəziyyətimiz yaxşı olmadığı üçün ciddi ziyan almışıq. Bu da müəyyən mənada təbiidir. Azad mətbuata dəhşətli hücumlar var, ciddi problemlər yaranıb. Əhalinin çox toplaşdığı yerlərdə qəzet satmağa imkan vermirlər. Son günlərdəki mürəkkəb vəziyyət daha da pisləşib. Bu da hakimiyyətin xeyrinədir. Çünki azad mətbuatı hansı yolla olursa-olsun susdurmaq istəyirlər. Bizimsə vəziyyətdən çıxmaqla bağlı konkret planlarımız yoxdur. Bilmirik nə edək”.

Sevinc TELMANQIZI

486 dəfə baxılıb

Xəbəri paylaş

[23.05.2012] - “XIRDALAN” PİVƏSİNİN SİYASİLƏŞMƏSİ

[23.05.2012] - AĞIR ŞARTLAR ALTINDA

[23.05.2012] - “EUROVİSİON” MÜSTƏQİL MEDİANI ÇÖKDÜRÜB?

[23.05.2012] - ATV-nin BAŞ PRODÜSERİ İŞDƏN UZAQLAŞDIRILDI

[23.05.2012] - “İZDİVAC VERİLİŞLƏRİ İLƏ BAĞLI BİZİM QƏRARIMIZ YOXDUR, TÖVSİYƏMİZ VAR”

[23.05.2012] - AZƏRBAYCAN “EUROVİSİON”dan SONRA

[22.05.2012] - 50 MİLYON DA ŞİBYƏ BAYRAMINA

[22.05.2012] - “VAHİD MUSTAFAYEVİN ETİRAFI GECİKMİŞ REAKSİYADIR”

[22.05.2012] - REPORTYORLAR “FÖVQƏLNAZİR”in VİCDAN SÖHBƏTİNƏ CAVAB VERDİ

[21.05.2012] - SƏHVİNİ GÖSTƏR, KİM OLDUĞUNU DEYİM

[20.05.2012] - ANS PREZİDENTİ “TOY OLSUN”a TOY TUTANLARA OD PÜSKÜRDÜ

[20.05.2012] - ZÜMRÜD YAĞMUR YENİ KİTABINI TƏQDİM ETDİ

[20.05.2012] - “TUNİSİN PREZİDENTİ ƏBÜLFƏZ ELÇİBƏYDƏN SONRA GÖRDÜYÜM İKİNCİ SADƏ DÖVLƏT BAŞÇISI İDİ”

[19.05.2012] - DEPUTATIN YAZI OĞURLUĞU

[19.05.2012] - ƏVƏZ ZEYNALLININ MƏHKƏMƏSİNDƏ SMS SÖHBƏTİ

[18.05.2012] - BU GÜN ƏVƏZ ZEYNALLININ MƏHKƏMƏSİDİR

[18.05.2012] - “EUROVİSİON”a QARŞI KİBER MÜHARİBƏ

[18.05.2012] - “PUL VERİB, NORMAL ADAM İŞƏ GÖTÜRƏ BİLMİRLƏR?”

[18.05.2012] - MEDİA HÜQUQU İNSTİTUTU DÖVLƏT QURUMLARI HAQDA HESABAT YAYDI

[17.05.2012] - NAZİRDƏN MULTFİLM HƏDİYYƏSİ

ARXIV

Yeni MÜSAVAT © 2008