|
![]() |
|||||||
|
|
||||||
|
|
|
|||||
Tam 5 gün... Mübaliğəsiz, şişirtməsiz deyirəm; 5 gün boyunca davam etdi danışıqlar. Hətta telefon trafiki o qədər gərgin idi ki, bəzən onlardan biri ilə danışanda o biri də eyni vaxtda zəng edirdi. Bu günlərdəki sms gərginliyindən isə heç danışmıram. “Bu gün dəqiq gəlirsiz?” Sms-imə “heç bir problem yoxdur”, “saat 4-də danışdıq?” sualıma “anlaşdıq, orda olacağıq” kimi cavablar və nəticə... Qosqoca fiasko... Bilirəm, söhbətin nədən getdiyini anlamadız. Əslində geridə qoyduğumuz həftəni siz oxuculara maraqlı bir debat təqdim etmək üçün çalışdıq. Şaxtanın, qarın viran qoyduğu Bakının sosial problemlərini müzakirə edəcəkdik. Özü də mövzuya birbaşa aidiyyatı olan şəxslərlə. “Bakıelektrikşəbəkə” Səhmdar Cəmiyyəti mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev, “Azərsu” Səhmdar Cəmiyyəti mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı və “Azəriqaz” İstehsalat Birliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamandar Eyvazovla. Nəzərdə tutduğumuz heyət onlardan ibarət idi. Dedik, qoy 21-ci əsrdə paytaxtın ağlar qaldığı, insanların işıqsız, susuz və qazsız günləri ilə bağlı danışsınlar, səbəblər, çıxış yolları barədə müzakirə getsin. Üz-üzə gəlsinlər – bir-birlərindən asılı olan problemləri bir dəfə də bizim iştirakımızla dartışsınlar. Bəlkə biz haqsızıq, bəlkə onlar həqiqətən çarəsizdilər? Ya da yaman günün ömrü az olacaq? Bir az ümid versinlər işıqsız, qazsız, susuz qalan əhaliyə, eləcə də bizə...
1735 dəfə baxılıb
|
[23.05.2012] - “XIRDALAN” PİVƏSİNİN SİYASİLƏŞMƏSİ [23.05.2012] - AĞIR ŞARTLAR ALTINDA [23.05.2012] - “EUROVİSİON” MÜSTƏQİL MEDİANI ÇÖKDÜRÜB? [23.05.2012] - ATV-nin BAŞ PRODÜSERİ İŞDƏN UZAQLAŞDIRILDI [23.05.2012] - “İZDİVAC VERİLİŞLƏRİ İLƏ BAĞLI BİZİM QƏRARIMIZ YOXDUR, TÖVSİYƏMİZ VAR” [23.05.2012] - AZƏRBAYCAN “EUROVİSİON”dan SONRA [22.05.2012] - 50 MİLYON DA ŞİBYƏ BAYRAMINA [22.05.2012] - “VAHİD MUSTAFAYEVİN ETİRAFI GECİKMİŞ REAKSİYADIR” [22.05.2012] - REPORTYORLAR “FÖVQƏLNAZİR”in VİCDAN SÖHBƏTİNƏ CAVAB VERDİ [21.05.2012] - SƏHVİNİ GÖSTƏR, KİM OLDUĞUNU DEYİM [20.05.2012] - ANS PREZİDENTİ “TOY OLSUN”a TOY TUTANLARA OD PÜSKÜRDÜ [20.05.2012] - ZÜMRÜD YAĞMUR YENİ KİTABINI TƏQDİM ETDİ [20.05.2012] - “TUNİSİN PREZİDENTİ ƏBÜLFƏZ ELÇİBƏYDƏN SONRA GÖRDÜYÜM İKİNCİ SADƏ DÖVLƏT BAŞÇISI İDİ” [19.05.2012] - DEPUTATIN YAZI OĞURLUĞU [19.05.2012] - ƏVƏZ ZEYNALLININ MƏHKƏMƏSİNDƏ SMS SÖHBƏTİ [18.05.2012] - BU GÜN ƏVƏZ ZEYNALLININ MƏHKƏMƏSİDİR [18.05.2012] - “EUROVİSİON”a QARŞI KİBER MÜHARİBƏ [18.05.2012] - “PUL VERİB, NORMAL ADAM İŞƏ GÖTÜRƏ BİLMİRLƏR?” [18.05.2012] - MEDİA HÜQUQU İNSTİTUTU DÖVLƏT QURUMLARI HAQDA HESABAT YAYDI |
| Yeni MÜSAVAT © 2008 |
|