 |
Media
İKİ BEYNƏLXALQ TƏŞKİLATDAN HAKİMİYYƏTƏ SƏRT TƏNQİDLƏR 2012-02-22 Jurnalistləri Müdafiə Komitəsi və “Amnesty International” iqtidarın media siyəsətinə dair hesabat açıqladı
|
Nyu-Yorkda yerləşən Jurnalistləri Müdafiə Komitəsi dünən “Mətbuata hücüm” adlı illik icmalını açıqlayıb. Sənəddə Azərbaycana aid bölmədə deyilir ki, “Eurovision” mahnı müsabiqəsinə hazırlıq ərəfəsində ölkə hakimiyyəti KİV-də tənqidə qarşı dözümsüzlük nümayiş etdirməkdə davam edib. Uydurma ittihamla həbs olunan Eynulla Fətullayev dörd ildən sonra azadlığa çıxıb. O, Avropa İnsan Haqları Məhkəməsi onun həbsini tələb etdikdən sonra azadlığa buraxılıb. Həssas mövzuları işıqlandıran azərbaycanlı jurnalistlərə hücumlar cəzasız qalır. Publisist Rafiq Tağı islam və hökumət haqqında tənqidi yazı yazdığına görə Bakıda küçədə hücuma məruz qalıb və aldığı bıçaq yarasından həlak olub. “The Washington Post” və “The New York Times” üçün yazan amerikalı jurnalist Amanda Erikson, Reportyorların Azadlığı və Təhlükəsizliyi İnstitutunun britaniyalı əməkdaşı Siliya Devis iyunda Bakıdakı çoxmənzilli evlərinin yaxınlığında hücuma məruz qalıblar. Müxalifətdə olan “Azadlıq” qəzetinin əməkdaşları Ramin Deko və Seymur Həziyev yazın əvvəlində döyülüblər. Sentyabrda Reportyorların Azadlığı və Təhlükəsizliyi İnstitutunun jurnalisti İdrak Abbasovun evinə hücum olub. Hücum edənlərin şəxsiyyəti müəyyən edilməyib.
Müstəqil “Xural” qəzetinin əməkdaşı ilin sonunda əsassız ittihamla həbs olunub. 2011-ci ildə xarici jurnalistlərə qarşı düşmənçiliyin artdığı müşahidə olunub: insan haqlarına dair sənədli film çəkən İsveç televiziyasının üzvləri ölkədən çıxarılıblar; erməni mənşəli olduğuna görə bir fotomüxbirin ölkəyə gəlişi qadağan olunub. Ölkə boyunca yayımlanan doqquz televiziya stansiyasından yalnız ANS TV müstəqil olub. Digər stansiyalar birbaşa dövlətə məxsus olub və ya administrasiyaya loyal şəxslərin nəzarətində olub. Öz redaksiya siyasətinə görə ANS ildən-ilə dəfələrlə senzura obyektinə çevrilməli olub. 2010-cu ildə ANS-ə qarşı siyasi motivli vergi yoxlaması aparılıb. Buna telekanalın parlament seçkilərində səsvermə zamanı baş vermiş maxinasiyalar barədə məlumat verməsi səbəb olub. “Amnesty International” hüquq müdafiə təşkilatı da qarşıdakı “Eurovision” müsabiqəsi və onunla əlaqədar Azərbaycan vətəndaşlarının hüquqlarının pozulması ilə bağlı hesabat yayıb.
“Azərbaycan piar-kampaniyasına milyonlar xərcləyərək, ölkəni müasir və proqressiv göstərməyə çalışır. Lakin 20 illik müstəqillik dövrü ərzində ölkə vətəndaşları üçün əsas azadlıqların əksəriyyətini reallaşdırmağa müvəffəq olmayıb, bir halda ki, prezident Əliyevin dövründə avtoritar idarəetmənin möhkəmlənməsinə beynəlxalq ictimaiyyət tərəfindən əksərən məhəl qoyulmayıb. İstər siyasət, istər jurnalistika, satira və ya hətta sosial şəbəkələr vasitəsilə prezidenti və aparıcı hökumət nümayəndələrini tənqid edənlər çox vaxt cəzalandırılıblar. Gözü sanki sadə azərbaycanlıların hüquqlarından daha çox neft dollarları və enerji təhlükəsizliyinə zillənən beynəlxalq ictimaiyyət bu basqıları görməzdən gəlir. Hökumət əleyhinə dinc etirazlar cinayət məsuliyyəti ilə yekunlaşıb və aksiyalarda iştirak edənləri həbsxanalara atıblar. Polis dinc və rəsmi icazəsi olmayan nümayişlərin dağıdılması üçün hədsiz güc tətbiq edir. İnsan hüquqlarını müdafiə edənlərə qarşı hədə-qorxulardan, eyni zamanda demokratiya və insan hüquqları sahəsində vətəndaş cəmiyyəti fəallarına qarşı inzibati tədbirlərdən istifadə olunub. Jurnalistlər döyülüb, amansız davranışa və oğurlanmaya məruz qalıb. İnternet və sosial şəbəkələr də mühasirədədir. Blogerlər və gənc fəallar saxta ittihamlarla təqiblərə və həbs cəzalarına məruz qalıblar. Hazırda hökumət İnternetdən istifadənin monitorinqi imkanlarına baxır. Azərbaycan hakimiyyəti xalq etirazlarının əmələ gələn əlamətlərini yatırır. Mart-aprel etirazlarından sonra 14 nəfər həbs olunub. Amnesty International əvvəlki kimi yaz aksiyalarından sonra həbsdə saxlanan 16 vicdan məhbusu olduğunu bəyan edir. Müstəqil və müxalif jurnalistlər etiraz aksiyaları zamanı zorakılığın artması ilə qarşılaşır və öz işlərini yerinə yetirmək iqtidarında deyillər. Bu günə qədər jurnalistlərə basqınların effektiv araşdırılması qeydə alınmayıb və heç kim məsuliyyətə cəlb olunmayıb". Xəbər xidməti 2872 dəfə baxılıb
|
[23.05.2012] - “XIRDALAN” PİVƏSİNİN SİYASİLƏŞMƏSİ [23.05.2012] - AĞIR ŞARTLAR ALTINDA [23.05.2012] - “EUROVİSİON” MÜSTƏQİL MEDİANI ÇÖKDÜRÜB? [23.05.2012] - ATV-nin BAŞ PRODÜSERİ İŞDƏN UZAQLAŞDIRILDI [23.05.2012] - “İZDİVAC VERİLİŞLƏRİ İLƏ BAĞLI BİZİM QƏRARIMIZ YOXDUR, TÖVSİYƏMİZ VAR” [23.05.2012] - AZƏRBAYCAN “EUROVİSİON”dan SONRA [22.05.2012] - 50 MİLYON DA ŞİBYƏ BAYRAMINA [22.05.2012] - “VAHİD MUSTAFAYEVİN ETİRAFI GECİKMİŞ REAKSİYADIR” [22.05.2012] - REPORTYORLAR “FÖVQƏLNAZİR”in VİCDAN SÖHBƏTİNƏ CAVAB VERDİ [21.05.2012] - SƏHVİNİ GÖSTƏR, KİM OLDUĞUNU DEYİM [20.05.2012] - ANS PREZİDENTİ “TOY OLSUN”a TOY TUTANLARA OD PÜSKÜRDÜ [20.05.2012] - ZÜMRÜD YAĞMUR YENİ KİTABINI TƏQDİM ETDİ [20.05.2012] - “TUNİSİN PREZİDENTİ ƏBÜLFƏZ ELÇİBƏYDƏN SONRA GÖRDÜYÜM İKİNCİ SADƏ DÖVLƏT BAŞÇISI İDİ” [19.05.2012] - DEPUTATIN YAZI OĞURLUĞU [19.05.2012] - ƏVƏZ ZEYNALLININ MƏHKƏMƏSİNDƏ SMS SÖHBƏTİ [18.05.2012] - BU GÜN ƏVƏZ ZEYNALLININ MƏHKƏMƏSİDİR [18.05.2012] - “EUROVİSİON”a QARŞI KİBER MÜHARİBƏ [18.05.2012] - “PUL VERİB, NORMAL ADAM İŞƏ GÖTÜRƏ BİLMİRLƏR?” [18.05.2012] - MEDİA HÜQUQU İNSTİTUTU DÖVLƏT QURUMLARI HAQDA HESABAT YAYDI [17.05.2012] - NAZİRDƏN MULTFİLM HƏDİYYƏSİ ARXIV
|