23 may 2012
Onlayn ictimai-siyasi qəzet
ANA SƏHİFƏ SON DƏQİQƏ ARXİV ƏLAQƏ WAP
Media

NOVRUZƏLİ VƏ YAP

2012-02-22

Azərbaycan, analoqsuz iqtidarının analoqsuz siyasəti nəticəsində, elə böyük addımlarla irəliləyir ki, rəhmətlik Brejnev dirilib gəlsə vaxtı ilə nə qədər böyük və həqiqəti əks etdirən sözlər dediyinin şahidi olar.

İqtidar yeni bir layihə həyata keçirməyi planlayır və bu layihənin baş tutması ilə ölkəmiz daha da çiçəklənib inkişaf edəcək. O qədər inkişaf edəcək ki, axırda dünyanın ən uzun “inkişaf dirəyini” də biz dikib Ginnesin rekordlar kitabında yeni kateqoriya açmış olacağıq.
Nədir bu layihə?

Dünyanın ən böyük göydələnin tikmək...

Əgər Ərəb Əmirliyində dünyanın ən hündür binası varsa və onlar bunu ölkənin neftdən gələn gəlirləri ilə ediblərsə, niyə biz etməyək? Yadınızdadırsa, bu hündür binanın açılışında ərəb şeyxi və ətrafı gəlib oturdu taxtında və bir kəhkəşanlıq, atəşfəşanlıq başladı ki, gəl görəsən... İqtidarın atəşfəşanlıq və dəbdəbə aşiqi olduğunu, Azərbaycanın da hər il bütün dünyada inflyasiya olduğu halda, kosmos sürəti ilə inkişaf edən “iqtisadi göstəricilərini” nəzərə alsaq niyə bizdə ən uca göydələn olmasın...
İnşallah tikərik, açılışını da keçirərik, hələ üstəlik Ərəb şeyxlərinə acıq da verib deyərik ki, kimsə bizi keçə, qabaqlaya bilməz. Burda bizim YAP iqtidarı, Bağdadda da xəlifə... Ya da heç Bağdadda da xəlifəni qoymaq olmaz ki, xəlifəlik etsin, onu da bir kənara itələyib, villa alış-verişində birincilik əldə etmək olar.
Kimə nə bu layihənin yararlı olub olmayacağından? Pul YAP iqtidarının deyil, istər çölə atar, istər Xəzər dənizinə tökər, istərsə də Dubayda villa alar, ya da könlünə 1 milyonluq ayı düşsə onu da kəsdirib yeyər, bir binanın üz fasadını ildə on dəfə yeniləyər, parkları hər il yeni daşlarla döşəyər... Axı kimə nə?!

İndi də Xəzərdə “Möcüzələr adası” tikiləcək...

“Möcüzələr adası”... Maşallah, əla da ad fikirləşiblər. Məhz elə ölkəni də möcüzələrlə idarə edən, sehrli çubuqla hər şeyi yoluna qoyan, hətta 9 milyonluq xalqın dilini-ağzını da “bağlayıb” əsil ərəb nağıllarındakı cadugərlər kimi rəml atıb, fala baxan iqtidarın bu möcüzəsinin sorağı hətta Rusiyaya gedib çatıb. Bu Rusiyada da neft, qaz var, elə orda da seçki - filan hərləyən deyil iqtidar... Amma orda belə “möcüzələr” həyata keçirmirlər. Elə buna görə də gözləri götürməyib. Hansısa sayt ölkəmizin fəxri olacaq ən hündür binanı, “Möcüzə adası”nı lağa qoyub ki, bəs bu layihənin ölkəyə heç bir yararı yoxdur və Azərbaycanda iqtidar belə “möcüzələrlə” büdcəni “artıq” hesab etdiyi pullardan təmizləyir.
Axı, deyən lazım bu saytın rəhbərlərinə, niyə gözünüz götürmür, niyə o boyda Ərəb əmirliyini, Ərəb şeyxlərini görmürsünüz? Ərəb əmirliyində neft pullarından 20 milyon verib səhrada qar yağdırırlar, bizdəsə Zaqatalada 20 milyon verib süni qar aparatı quraşdırırlar. Onlar maşın nömrəsinə 1 milyon pul ödəyir, bizdəsə 1 milyona ayı kəsdirib yeyirlər. Onlar hamamlarında kafellərinin arasına qızıl tozu doldurtdururlar, bizdəsə qızıldan hovuz tikdirirlər. Nə olsun, əvəzində də illərdir ki, ömürlərinin “qalan hissəsini” xalqa xidmət edə-edə keçirirlər. Düzdür, bu “ömürdən qalan hissə” heç qurtarmaq bilmir, amma nə etsin, xalq YAP-ın siyasətini bəyənir, dəstəkləyir, ermənipərəst xarici qüvvələrin dəstəyi ilə fəaliyyət göstərən müxalifətə səs vermir. Ona görə də iqtidar elə ömrünü bu xalqa qurban verə-verə qalıb.
Adam paxıl olmaz vallah! Bu rus saytının rəhbərinin cibinə narkotik qoyub tezliklə həbs etdirmək lazımdır ki, sabitliyi pozmasın!
Axı bu rus saytı haradan bilsin ki, Şərqdə Azərbaycan “ilk”lər ölkəsidir?! Vaxtı bu ölkədə ilk qəzet, ilk qız məktəbi, ilk opera yaradıb açmaqla məşğul idilər... İlk dəfə dram əsərləri yazılırdı Azərbaycanda... İndi xalqına, keçmişinə sədaqətli iqtidarımız da “ilk”ləri ən hündür Bayraq dirəyi, ən hündür bina ilə edir.
Allah Novruzəliyə də rəhmət eləsin. Ruhu şad olsun demirəm, çünki o kişinin ruhu indiki iqtidarımızın mübarək məmurların simasında yaşayır, yaradır və elə Novruzəli də olaraq qalır!

1591 dəfə baxılıb

Xəbəri paylaş

[23.05.2012] - “XIRDALAN” PİVƏSİNİN SİYASİLƏŞMƏSİ

[23.05.2012] - AĞIR ŞARTLAR ALTINDA

[23.05.2012] - “EUROVİSİON” MÜSTƏQİL MEDİANI ÇÖKDÜRÜB?

[23.05.2012] - ATV-nin BAŞ PRODÜSERİ İŞDƏN UZAQLAŞDIRILDI

[23.05.2012] - “İZDİVAC VERİLİŞLƏRİ İLƏ BAĞLI BİZİM QƏRARIMIZ YOXDUR, TÖVSİYƏMİZ VAR”

[23.05.2012] - AZƏRBAYCAN “EUROVİSİON”dan SONRA

[22.05.2012] - 50 MİLYON DA ŞİBYƏ BAYRAMINA

[22.05.2012] - “VAHİD MUSTAFAYEVİN ETİRAFI GECİKMİŞ REAKSİYADIR”

[22.05.2012] - REPORTYORLAR “FÖVQƏLNAZİR”in VİCDAN SÖHBƏTİNƏ CAVAB VERDİ

[21.05.2012] - SƏHVİNİ GÖSTƏR, KİM OLDUĞUNU DEYİM

[20.05.2012] - ANS PREZİDENTİ “TOY OLSUN”a TOY TUTANLARA OD PÜSKÜRDÜ

[20.05.2012] - ZÜMRÜD YAĞMUR YENİ KİTABINI TƏQDİM ETDİ

[20.05.2012] - “TUNİSİN PREZİDENTİ ƏBÜLFƏZ ELÇİBƏYDƏN SONRA GÖRDÜYÜM İKİNCİ SADƏ DÖVLƏT BAŞÇISI İDİ”

[19.05.2012] - DEPUTATIN YAZI OĞURLUĞU

[19.05.2012] - ƏVƏZ ZEYNALLININ MƏHKƏMƏSİNDƏ SMS SÖHBƏTİ

[18.05.2012] - BU GÜN ƏVƏZ ZEYNALLININ MƏHKƏMƏSİDİR

[18.05.2012] - “EUROVİSİON”a QARŞI KİBER MÜHARİBƏ

[18.05.2012] - “PUL VERİB, NORMAL ADAM İŞƏ GÖTÜRƏ BİLMİRLƏR?”

[18.05.2012] - MEDİA HÜQUQU İNSTİTUTU DÖVLƏT QURUMLARI HAQDA HESABAT YAYDI

[17.05.2012] - NAZİRDƏN MULTFİLM HƏDİYYƏSİ

ARXIV

Yeni MÜSAVAT © 2008