23 may 2012
Onlayn ictimai-siyasi qəzet
ANA SƏHİFƏ SON DƏQİQƏ ARXİV ƏLAQƏ WAP
Media

ÖVLADLARI HƏLAK OLAN BAŞ REDAKTORUN QAYINANASININ EVİ DAĞIDILIB

2012-02-22

Vasif Turan: “Evimi yandıranlar bu yolla təzyiqlərini davam etdirirlər ki, bu işin arxasınca getməyim”

Ötən ilin oktyabrın 7-də Qobu qəsəbəsində yerləşən evinin yanması nəticəsində iki övladını itirmiş bolgexeber.com saytının rəhbəri Vasif Turanın qaynanası Gülxanım Umudovanın evi dağıdılıb. Bu barədə tia.az-a açıqlama verən Vasif Turan bildirib ki, qayınanasının evi də Qobu qəsəbəsində, onun yanmış evinin yaxınlığında yerləşir. O deyib ki, yanğın hadisəsindən sonra qaynanası onlarla birlikdə Bakıda qohumlarının birinin evində qalırmış: “Hadisədən sonra bizə dəstək olmaq üçün birlikdə qalırdıq. Üç gün bundan əvvəl isə xəbər gəldi ki, Qobudakı evini dağıdıblar. Əvvəlcə evə gələn elektrik xəttini kəsiblər. Daha sonra isə evdəki əşyaları aparıblar. Qapı, pəncərə isə sındırılıb”.

V.Turan həmçinin qeyd edib ki, onun evi yandırılmamışdan əvvəl qayınanasının evinə gələn şəxslər oradan çıxmağını tələb ediblər. Bu proses yanğın hadisəsindən sonra da davam edib. Lakin dəfələrlə belə halların baş verməsinə rəğmən, qaynanası evini tərk etməyib və Qobudan çıxmaq fikrində olmayıb: “Hələ evim yanmamışdan əvvəl Qobu qəsəbəsində yerləşən Kərpic Zavodunun direktoru Rəsulun adamları dəfələrlə qayınanamdan evindən çıxmasını tələb etmişdilər. Son dövrlərə qədər də bu proses davam edirdi. Hər dəfə bu təkid və təzyiqlərə baxmayaraq, qaynanam evini tərk etmirdi. Bakıda bizimlə birlikdə qalmasından sui-istifadə edənlər evi yağmalayıblar”.
Hadisə ilə bağlı Abşeron Polis Şöbəsinə və 102 saylı xidmətə məlumat verdiyini deyən sayt rəhbəri artıq qayınanasının müstəntiq tərəfindən çağırıldığını da vurğulayıb. O bildirib ki, Abşeron polisində qayınanasından hadisə ilə bağlı izahat alınıb: “Abşeron polisində qayınanamdan izahat alınıb və deyilib ki, hadisəni törədənləri tapacaqlar”.
Baş redaktor bildirir ki, istintaqın gedişatı zamanı belə bir hadisənin baş verməsi ona qarşı təzyiqin tərkib hissəsidir: “Bu mənə edilən təzyiqdir. Evimi yandıranlar bu yolla təzyiqlərini davam etdirirlər ki, bu işin arxasınca getməyim. Lakin bütün hallarda mən övladlarımın qatillərini tapmaq üçün bütün vasitələrə baş vuracağam. Bu cür təzyiqlərlə geri çəkiləcəyimi düşünənlər yanılırlar”.
V.Turan istintaqın gedişindən də razı qalmadığını da deyib. Bildirib ki, ekspertiza kimlərinsə təsiri ilə həqiqəti gizlədir: “Ədliyyə Nazirliyinin Ekspertiza İdarəsi rəy verib ki, guya evdəki elektrik xətlərində qısaqapanma baş verib. Evin və övladlarımın yanması da bununla bağlıdır. Mən bunu qəbul etmirəm. Bütün bunlar cəfəngiyyatdır”. Vasif Turanın dediyinə görə, onun hüquqlarını vəkil Rasim Əlizadə müdafiə edəcək. Jurnalistin sözlərinə görə, bundan sonrakı mərhələdə bir sıra addımlar atmağı düşünürlər və yaxın günlərdə keçirəcəkləri mətbuat konfransında bu barədə geniş məlumat verəcəklər.

ELŞAD

660 dəfə baxılıb

Xəbəri paylaş

[23.05.2012] - “XIRDALAN” PİVƏSİNİN SİYASİLƏŞMƏSİ

[23.05.2012] - AĞIR ŞARTLAR ALTINDA

[23.05.2012] - “EUROVİSİON” MÜSTƏQİL MEDİANI ÇÖKDÜRÜB?

[23.05.2012] - ATV-nin BAŞ PRODÜSERİ İŞDƏN UZAQLAŞDIRILDI

[23.05.2012] - “İZDİVAC VERİLİŞLƏRİ İLƏ BAĞLI BİZİM QƏRARIMIZ YOXDUR, TÖVSİYƏMİZ VAR”

[23.05.2012] - AZƏRBAYCAN “EUROVİSİON”dan SONRA

[22.05.2012] - 50 MİLYON DA ŞİBYƏ BAYRAMINA

[22.05.2012] - “VAHİD MUSTAFAYEVİN ETİRAFI GECİKMİŞ REAKSİYADIR”

[22.05.2012] - REPORTYORLAR “FÖVQƏLNAZİR”in VİCDAN SÖHBƏTİNƏ CAVAB VERDİ

[21.05.2012] - SƏHVİNİ GÖSTƏR, KİM OLDUĞUNU DEYİM

[20.05.2012] - ANS PREZİDENTİ “TOY OLSUN”a TOY TUTANLARA OD PÜSKÜRDÜ

[20.05.2012] - ZÜMRÜD YAĞMUR YENİ KİTABINI TƏQDİM ETDİ

[20.05.2012] - “TUNİSİN PREZİDENTİ ƏBÜLFƏZ ELÇİBƏYDƏN SONRA GÖRDÜYÜM İKİNCİ SADƏ DÖVLƏT BAŞÇISI İDİ”

[19.05.2012] - DEPUTATIN YAZI OĞURLUĞU

[19.05.2012] - ƏVƏZ ZEYNALLININ MƏHKƏMƏSİNDƏ SMS SÖHBƏTİ

[18.05.2012] - BU GÜN ƏVƏZ ZEYNALLININ MƏHKƏMƏSİDİR

[18.05.2012] - “EUROVİSİON”a QARŞI KİBER MÜHARİBƏ

[18.05.2012] - “PUL VERİB, NORMAL ADAM İŞƏ GÖTÜRƏ BİLMİRLƏR?”

[18.05.2012] - MEDİA HÜQUQU İNSTİTUTU DÖVLƏT QURUMLARI HAQDA HESABAT YAYDI

[17.05.2012] - NAZİRDƏN MULTFİLM HƏDİYYƏSİ

ARXIV

Yeni MÜSAVAT © 2008