23 may 2012
Onlayn ictimai-siyasi qəzet
ANA SƏHİFƏ SON DƏQİQƏ ARXİV ƏLAQƏ WAP
Media

DEPUTATIN AD-SOYADI SERİALDAKI ƏXLAQSIZ QADINA VERİLİB

2012-02-22

Türkiyədə əxlaqsızlıq edən qadınların həyat yolu lentə alınıb

Türkiyənin ATV kanalında yayımlanan “Uçurum” adlı serial ölkədə ciddi rezonans doğurub. Əxlaqsız həyat tərzi keçirən qadınların dramatik həyat hekayəsindən bəhs edən serialda azərbaycanlı qadınlara da toxunulub. Beynəlxalq Köç Təşkilatının Türkiyə Ofisindən Selin Arslan mövzu ilə bağlı bildirib ki, digər ölkələrdən Türkiyəyə iş dalınca gələn qadınların bu yola düşməsinin oxşar hekayəsi olur. Onun sözlərinə görə, bu qadınlar xüsusən keçmiş Sovet ölkələrindəki kəndlərdən gəlir. Təmiz suyu belə olmayan kəndlərdən: ”Ayda 200 dollar qazanc vədi veriləndə isə qaça-qaça gəlirlər. Bunlar ayda 20 dolları görməyən qadınlardır. Ölkələrində dostlarından eşidirlər, qəzetdə elan görürlər. Onlara “sən ancaq təyyarəyə minib gedəcəksən, pul belə xərcləməyəcəksən. Borcunu dayəlik edərək, xadiməlik edərək ödəyəcəsən” deyilir.

Əsasən qadınları belə tələyə salanlar onların öz həmcinsləri olur. Amma sevgililəri tərəfindən insan alverinin qurbanına çevrilən qadınlar da var. Çünki şəbəkənin üzvü o ölkədə olsa da, bağlantısı, əlaqələri Türkiyədədir. İşləməyə gəlirəm deyə ölkəyə ayaq basan və dərhal onu qarşılayanın maşınına mindikdən sonra qaçırılan bir sürü qız var”.
S.Arslan onu da deyib ki, evə salınandan sonra həmin qadınların həyatla bütün bağları yox olur. Gündüz o evdə bağlı tutulur, axşam isə geyindirilib, bəzədilib, müştəriyə göndərilirlər: ”Müştərinin yanına gedəndə zatən yanlarında bir nəfər olur. Bir də o evlərə arada bir polis işçisi qiyafəsində insanlar gəlir. Bu da qadınlara “polisə gedə bilməzsən, onlar da bizim üçün işləyir” imicini yaratmaq məqsədi daşıyır. Bu yaxınlarda Antalyada polislər bir ev basqını etdilər. Öncə evə girəndə gördülər ki, bomboşdur. Sonra itlər iylədi və məlum oldu ki, evin altında da bir ev varmış. Nərdivanla endilər, qaranlıqdan düz 10 qadın çıxdı. Məlum oldu ki, onları gündüz orda saxlayıb, gecə çıxarırlar”.
S.Arslan onu da deyib ki, Türkiyə insan alveri məsələsində hədəf ölkə durumundadır. Çünki qonşu ölkələr, xüsusən də maddi durumu daha aşağı səviyyədə olan keçmiş Sovet ölkələri ilə müqayisədə maddi rifaha çatıb. Bəzi “işbazlar” da maddi problemlər içində olan insanlara Türkiyəni fürsətlər ölkəsi olaraq təqdim edərək iş vədi verir: ”İnsan ticarəti qurbanları küçədə rahat-rahat görə biləcəyiniz insanlar deyil. Çox adam onların fahişəliyi öz istəyi ilə qəbul etdiyini düşünür, amma bu, yanlış bir düşüncədir”.
Bu arada sözügedən serialın yayımlanmasından dərhal sonra CHP-dən olan deputat Nur Serter ciddi etiraz edib. Etirazına səbəb isə serialdakı fahişə obrazlarından birinə onun ad-soyadının verilməsi olub. Serter serialı yayımlayan kanala etiraz edib, RTÜK-ə(Radyo Televizyon Üst Kurulu) yazılı müraciət ünvanlayıb və problemi hüquqi yolla həll edəcəyini açıqlayıb. Serialı hazırlayan şirkət isə qəhrəmanın soyadının Serter yox, Sertaç olduğunu, bunun texniki bir xəta sonucu bu cür təqdim edildiyini açıqlayıb.

Sevinc TELMANQIZI

2564 dəfə baxılıb

Xəbəri paylaş

[23.05.2012] - “XIRDALAN” PİVƏSİNİN SİYASİLƏŞMƏSİ

[23.05.2012] - AĞIR ŞARTLAR ALTINDA

[23.05.2012] - “EUROVİSİON” MÜSTƏQİL MEDİANI ÇÖKDÜRÜB?

[23.05.2012] - ATV-nin BAŞ PRODÜSERİ İŞDƏN UZAQLAŞDIRILDI

[23.05.2012] - “İZDİVAC VERİLİŞLƏRİ İLƏ BAĞLI BİZİM QƏRARIMIZ YOXDUR, TÖVSİYƏMİZ VAR”

[23.05.2012] - AZƏRBAYCAN “EUROVİSİON”dan SONRA

[22.05.2012] - 50 MİLYON DA ŞİBYƏ BAYRAMINA

[22.05.2012] - “VAHİD MUSTAFAYEVİN ETİRAFI GECİKMİŞ REAKSİYADIR”

[22.05.2012] - REPORTYORLAR “FÖVQƏLNAZİR”in VİCDAN SÖHBƏTİNƏ CAVAB VERDİ

[21.05.2012] - SƏHVİNİ GÖSTƏR, KİM OLDUĞUNU DEYİM

[20.05.2012] - ANS PREZİDENTİ “TOY OLSUN”a TOY TUTANLARA OD PÜSKÜRDÜ

[20.05.2012] - ZÜMRÜD YAĞMUR YENİ KİTABINI TƏQDİM ETDİ

[20.05.2012] - “TUNİSİN PREZİDENTİ ƏBÜLFƏZ ELÇİBƏYDƏN SONRA GÖRDÜYÜM İKİNCİ SADƏ DÖVLƏT BAŞÇISI İDİ”

[19.05.2012] - DEPUTATIN YAZI OĞURLUĞU

[19.05.2012] - ƏVƏZ ZEYNALLININ MƏHKƏMƏSİNDƏ SMS SÖHBƏTİ

[18.05.2012] - BU GÜN ƏVƏZ ZEYNALLININ MƏHKƏMƏSİDİR

[18.05.2012] - “EUROVİSİON”a QARŞI KİBER MÜHARİBƏ

[18.05.2012] - “PUL VERİB, NORMAL ADAM İŞƏ GÖTÜRƏ BİLMİRLƏR?”

[18.05.2012] - MEDİA HÜQUQU İNSTİTUTU DÖVLƏT QURUMLARI HAQDA HESABAT YAYDI

[17.05.2012] - NAZİRDƏN MULTFİLM HƏDİYYƏSİ

ARXIV

Yeni MÜSAVAT © 2008