 |
Media
“BÜTÜN JURNALİSTLƏR NAZİRDƏN MÜSAHİBƏ GÖTÜRMƏK İSTƏYİR...” 2009-11-26 KİV və mətbuat xidməti rəhbərləri arasındakı görüşdə maraqlı faktlar üzə çıxıb
|
Söz Azadlığını Müdafiə Fondu (SAMF) “KİV və mətbuat xidmətləri: mövcud vəziyyətin təhlili və strateji inkişaf istiqamətləri” mövzusunda kütləvi informasiya vasitələri, mətbuat xidməti institutlarının təmsilçiləri, mütəxəssislər və hüquqşünasların iştirakı ilə dəyirmi masa keçirib. Modern.az saytının yazdığına görə, dəyirmi masanı giriş sözü ilə SAMF sədri, şair Musa Yaqub açaraq tədbiri əhatə edəcək layihə barədə məlumat verib. O bildirib ki, mətbuat xidməti rəhbərləri ilə KİV-lər arasında əlaqə yaratmaq, onların münasibətlərini müasir məcraya yönəltmək məqsədilə bir neçə mərhələdən ibarət bu layihəni həyata keçirmək istəyirlər. Sonra SAMF-nin icraçı direktoru Vüqar Tofiqli çıxış edərək tədbirin hazırlanmasından, mətbuat xidmətləri rəhbərlərinin fond kollektivinin tədbirə dəvətlərinə fərqli münasibətlərindən danışıb. Onların bəzilərinin hələ də iş fəaliyyət prinsiplərinə belə dərindən yiyələnə bilmədiklərini qeyd edib. “KİV və mətbuat xidmətləri: mövcud vəziyyətin təhlili və strateji inkişaf istiqamətləri” mövzusunda isə SAMF-nin layihələr üzrə koordinatoru Nəzirməmməd Quliyev çıxış edib. N.Quliyev bildirib ki, mövzunun kütləvi informasiya vasitələri, mətbuat xidməti institutlarının təmsilçiləri, mütəxəssislərin fəal iştirakı ilə müzakirəyə çıxarmaq istəyi təsadüfi deyil. Çünki bu layihənin gerçəkləşdirilməsini zərurətə çevirən səbəblər var. Buna səbəb hər şeydən öncə bu sahədə kifayət qədər problemlərin mövcudluğudur. Problemlərsə əsasən jurnalistlərin məlumat almaq, informasiyaları dəqiqləşdirmək istəməsi, dövlət və özəl qurumların rəhbər şəxslərindən müsahibələr, açıqlamalar almaq istəmələri, başqa sözlə, jurnalistlərlə mətbuat xidməti qurumlarının məcburi təması zamanı özünü göstərir. N.Quliyev deyib ki, bir neçə il əvvəllə müqayisədə indi bu sahədə müsbət meyllər də yaranmağa başlayıb. Belə ki, media ilə işini daha yaxşı quran və ya buna cəhd edən mətbuat xidməti qurumlarının da sayı artmağa başlayıb. Lakin təəssüf ki, eyni fikri həmin qurumların hamısına aid etmək mümkün deyil. Layihə koordinatorunun sözlərinə görə, bu sahədə qanunvericilik kifayət qədər normaldır: “Əslində qanunvericiliyin tələblərinə görə təkcə KİV qurumları deyil, hər bir vətəndaş istənilən təşkilata müraciət edib oradan qanunla ötürülməsi qadağan olmayan hər bir informasiyanı ala bilər”. N.Quliyev problemlərdə media mənsublarının da rolundan danışıb: “Təbii ki, KİV təmsilçilərinin də üzərində böyük məsuliyyət var. Elə jurnalistlərimiz var ki, fəaliyyətləri zamanı müvafiq ölkə qanunvericiliyinin, peşə etikasının, iş kodeksinin tələblərinə məhəl qoymurlar. Bu da ciddi problemlərin yaranması üçün əsas olur”. Sonra mövzu ətrafında tədbirə dəvət olunmuş mütəxəssislərin, KİV və mətbuat xidməti rəhbərlərinin iştirakı ilə geniş müzakirələr aparılıb. Tədbirdə çıxış edən Sənaye və Energetika Nazirliyinin mətbuat xidmətinin rəhbəri Azər Mənsimli bəzi KİV nümayəndələrini qeyri-peşəkarlıqda günahlandırıb: “Təəssüflə deməliyəm ki, bu gün bir sıra mətbuat orqanlarında jurnalistikadan anlayışı və bu işə aidiyyəti olmayan şəxslər çalışır. Biz bir çox KİV nümayəndələri ilə normal əməkdaşlıq edirik. Lakin hər jurnalist nazirdən müsahibə götürmək istəyir. Hamımız başa düşməliyik ki, nazir hökumət nümayəndəsidir və onlar hər gün bir jurnalisti qəbul edə bilməz”. Çıxışçının sözlərinə görə, bəzi jurnalistlər müxtəlif tədbirlər zamanı etik qaydaları pozur: “Mətbuat nazirliklərlə rəsmi mövqeyində artıq ifadə edilmiş məsələlərin müzakirəsi üçün həmişə görüş tələb edir”. Bakı şəhəri üzrə Təhsil İdarəsinin ictimaiyyətlə əlaqələr sektorunun müdiri Zəminə Əliqızı isə reket jurnalistlərdən gileylənib: “Sizi inandırım ki, bu gün ölkənin aparıcı kütləvi informasiya vasitələrinin nümayəndələri təhsil müəssisələrinə üz tutmur. Lakin adını belə eşitmədiyimiz mətbu orqanların nümayəndələri hər gün bir məktəbə gedirlər. Təbii ki, onlar reketçiliklə məşğul olurlar”. Bundan başqa, tədbirdə “Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı, “Turan” İnformasiya Agentliyinin direktoru Mehman Əliyev, “Akkord” Şirkətlər Qrupu mətbuat xidmətinin rəhbəri Afaq Quliyeva və başqaları çıxış edərək problem barədə danışıblar. Sevinc TELMANQIZI 1871 dəfə baxılıb
|
[23.05.2012] - “XIRDALAN” PİVƏSİNİN SİYASİLƏŞMƏSİ [23.05.2012] - AĞIR ŞARTLAR ALTINDA [23.05.2012] - “EUROVİSİON” MÜSTƏQİL MEDİANI ÇÖKDÜRÜB? [23.05.2012] - ATV-nin BAŞ PRODÜSERİ İŞDƏN UZAQLAŞDIRILDI [23.05.2012] - “İZDİVAC VERİLİŞLƏRİ İLƏ BAĞLI BİZİM QƏRARIMIZ YOXDUR, TÖVSİYƏMİZ VAR” [23.05.2012] - AZƏRBAYCAN “EUROVİSİON”dan SONRA [22.05.2012] - 50 MİLYON DA ŞİBYƏ BAYRAMINA [22.05.2012] - “VAHİD MUSTAFAYEVİN ETİRAFI GECİKMİŞ REAKSİYADIR” [22.05.2012] - REPORTYORLAR “FÖVQƏLNAZİR”in VİCDAN SÖHBƏTİNƏ CAVAB VERDİ [21.05.2012] - SƏHVİNİ GÖSTƏR, KİM OLDUĞUNU DEYİM [20.05.2012] - ANS PREZİDENTİ “TOY OLSUN”a TOY TUTANLARA OD PÜSKÜRDÜ [20.05.2012] - ZÜMRÜD YAĞMUR YENİ KİTABINI TƏQDİM ETDİ [20.05.2012] - “TUNİSİN PREZİDENTİ ƏBÜLFƏZ ELÇİBƏYDƏN SONRA GÖRDÜYÜM İKİNCİ SADƏ DÖVLƏT BAŞÇISI İDİ” [19.05.2012] - DEPUTATIN YAZI OĞURLUĞU [19.05.2012] - ƏVƏZ ZEYNALLININ MƏHKƏMƏSİNDƏ SMS SÖHBƏTİ [18.05.2012] - BU GÜN ƏVƏZ ZEYNALLININ MƏHKƏMƏSİDİR [18.05.2012] - “EUROVİSİON”a QARŞI KİBER MÜHARİBƏ [18.05.2012] - “PUL VERİB, NORMAL ADAM İŞƏ GÖTÜRƏ BİLMİRLƏR?” [18.05.2012] - MEDİA HÜQUQU İNSTİTUTU DÖVLƏT QURUMLARI HAQDA HESABAT YAYDI [17.05.2012] - NAZİRDƏN MULTFİLM HƏDİYYƏSİ ARXIV
|