05 fevral 2012
Onlayn ictimai-siyasi qəzet
ANA SƏHİFƏ SON DƏQİQƏ ARXİV ƏLAQƏ WAP
Media

“GÜNƏ BAXAN”da İSLAM TƏHQİR OLUNDU

2010-01-13

Hacı İlqar ANS-in aparıcısının hərəkətinə kəskin reaksiya verdi

Dünən günorta ANS telekanalında Turan adlı aparıcının “Günə baxan” verilişində İslam və Əhli-Beyt (ə) dünyagörüşü ilə bağlı xoşagəlməz ifadələr səsləndirilib. İçərişəhər “Cümə” məscidinin imam-camaatı, Dini Etiqad və Vicdan Azadlıqlarının Müdafiə Mərkəzinin sədri Hacı İlqar İbrahimoğlu bu məsələyə kəskin etirazını bildirib.

Hacı İlqar İbrahimoğlu“Bununla bağlı biz gün ərzində xeyli müraciət almışıq. Verilişdə səslənən qeyri-korrekt və ədəbsiz ifadələri birmənalı olaraq pisləyirik. Bunu inanclı insanların duyğularına həqarət sayırıq. Artıq bir neçə istiqamətdə addımlar atırıq. ANS telekanalı ilə yaxın əlaqəli insanlarla müzakirələrimiz olub. Vəziyyəti xüsusilə acı edən odur ki, ANS inanclı insanların hüquqlarının müdafiəsində - istər azan qadağası mövzusunda, istər məscidlərin sökülmə prosesində, istərsə də hicabı qadağan etmək cəhdlərində həmişə birinci olub. ANS inanclı insanların yanında olan nadir telekanallardan olub. Digər telekanallarla müqayisədə ANS-in İslam maarifçiliyinə önəm vermə və mənəvi yüklü bədii filmlərin təqdim edilməsi baxımından da müstəsna xidməti olub. Bütün bunları nəzərə alaraq demək olar ki, adıçəkilən şəxsin “Günə baxan” verilişində İslam və Əhli-Beyt (ə) dünyagörüşü ilə bağlı yol verdiyi sərsəmləmələrin ANS telekanalının ana strateji xətti ilə kəskin ziddiyyət təşkil etməsi göz qabağındadır. Bu mənada məsələyə aydınlıq gətirmək üçün əlimizdən gələn səyləri göstərməyə çalışırıq. Uca Allahdan bu kimi fitnələrdən hər birimizin qorumasını diləyərək yaranmış imtahanlardan ləyaqətlə çıxmağı nəsib etməsini dua edirik” - deyə H.İ.İbrahimoğlu bildirib.

musavat.com

3987 dəfə baxılıb

Xəbəri paylaş

[02.02.2012] - ÖLKƏ SABAHI QƏZETSİZ QARŞILAYACAQ

[02.02.2012] - MƏTBUAT ŞƏHƏRCİYİNİN YARIMÇIQ TİKİLİSİNDƏN REPORTAJ

[02.02.2012] - İQTİDAR MƏTBUATININ XARİCİ MEDİA İLƏ “SAVAŞI”...

[02.02.2012] - AYDIN QULİYEV İTTİHAMLARA CAVAB VERDİ

[01.02.2012] - “AZAD MEDİA ÖLÜM AYAĞINDADIR”

[01.02.2012] - “SƏYYAR SATIŞI GÖZƏLLİK BƏHANƏSİ İLƏ ƏNGƏLLƏYİRLƏR”

[31.01.2012] - “BAKI XƏBƏR” İKİ QƏZETİ “TÜRKİYƏ CASUSU” ÇIXARTDI

[31.01.2012] - PİŞİK GÜNEL, ARAZ ƏLİZADƏ VƏ ANS-in OBYEKTİV QƏRƏZİ...

[31.01.2012] - MAHAL İSMAYILOĞLUNA AĞIR İTKİ ÜZ VERİB

[31.01.2012] - PARLAMENTDƏ “YENİ MÜSAVAT”ın MƏHKƏMƏLƏRİ İLƏ BAĞLI MƏSƏLƏ QALDIRILACAQ

[28.01.2012] - “SƏRHƏDSİZ REPORTYORLAR”ın HESABATINA İKİ FƏRQLİ BAXIŞ

[28.01.2012] - PAYTAXTDA ƏLYAYIMININ FƏALİYYƏTİ İFLİC OLUB

[28.01.2012] - YENİ KÖŞKLƏRDƏ QƏZET SATIŞINA MANEƏLƏR DAVAM EDİR

[27.01.2012] - “ƏCNƏBİ JURNALİSTLƏR AZƏRBAYCANIN DƏRD-SƏRİNİ DÜNYAYA ÇATDIRA BİLƏR”

[26.01.2012] - YENI QƏZET KÖŞKLƏRI QƏZET SATIŞINA QARŞI

[26.01.2012] - AZƏRBAYCAN DAHA BİR AZADLIQ SİYAHISINDA GERİLƏDİ

[26.01.2012] - “GÜNƏBAXAN”ın YARADICISI VERİLİŞİ TƏNQİD ETDİ

[25.01.2012] - “YENI MÜSAVAT”ın BUGÜNKÜ GÖRÜNÜŞÜ

[25.01.2012] - “AZƏRBAYCAN” NƏŞRİYYATI KÖÇMÜR, UÇUR...

[25.01.2012] - “AZƏRBAYCAN” QƏZETİ İRANI “BOMBALADI”

ARXIV

Yeni MÜSAVAT © 2008