12 mart 2010
Onlayn ictimai-siyasi qəzet
ANA SƏHİFƏ SON DƏQİQƏ ARXİV ƏLAQƏ WAP
Media

BU GÜN AZƏR AYXANIN CƏLAL ƏLİYEVLƏ MƏHKƏMƏSİDİR

Jurnalisti vəkil Elçin Sadıqov müdafiə edəcək

Bu gün Nizami Rayon Məhkəməsində akademik Cəlal Əliyevin “Yeni Müsavat” qəzetinin baş redaktorunun birinci müavini Azər Ayxana qarşı iddiası üzrə məhkəmə prosesi davam etdiriləcək. Qeyd edək ki, Cəlal Əliyev “Yeni Müsavat” qəzetinin baş redaktorunun birinci müavini Azər Ayxanı xüsusi ittiham qaydasında məhkəməyə verib.

Cəlal ƏliyevBunun səbəbi “Yeni Müsavat” qəzetinin 05 yanvar 2010-cu il tarixli sayında Q.Bakılı imzası ilə onun barəsində dərc olunmuş “Prezidentin narazı qaldığı obyektin sahibi tapıldı; ”Bakı" mehmanxanası Cəlal Əliyevin imiş" başlıqlı məqalədir.
C.Əliyev “Yeni Müsavat” qəzetində şərəf və ləyaqətini ləkələyən, onu nüfuzdan salan, həqiqətə uyğun olmayan məlumatlar dərc edildiyini, barəsində təhqir və böhtan xarakterli məlumatlar yayıldığını iddia edir. İddiaçı C.Əliyev sözügedən məqalədə onu narazı salan cümlələri bir-bir göstərərək qeyd edib ki, ona qarşı Azərbaycan Respublikabvsının Cinayət Məcəlləsinin 147-ci və 148-ci maddələrində Azər Ayxannəzərdə tutulmuş “böhtan” və “təhqir” cinayətləri törədilib.
Ötən məhkəmə iclasında Azər Ayxan qeyd edib ki, Q.Bakılı onun imzasıdır və məqaləni özü yazıb. O, həmçinin vəsatət qaldıraraq bildirib ki, şikayət ərizəsində xüsusi ittihamçı Cəlal Əliyevin doğum tarixi əks etdirilməyib və bununla Cinayət-Prosessual Məcəllənin 293.3.1 maddəsində göstərilən tələblər pozulub. Bunu əsas gətirən A.Ayxan məhkəmədən C.Əliyevin şikayət ərizəsinə dair məhkəmə baxışının keçirilməsindən imtina edilməsi barədə qərar qəbul etməyi xahiş edib.
Cəlal ƏliyevHakim Z.Əliyev isə bildirib ki, A.Ayxana dövlət hesabına vəkil tutulub. Amma vəkil prosesə qatılmayıb. A.Ayxan isə qeyd edib ki, o, dövlət tərəfindən ayrılmış müdafiəçidən imtina edir və özü vəkil tutacaq. Bu səbəbdən A.Ayxan məhkəmədən prosesin fevralın 8-dək təxirə salınmasını xahiş etmiş və hakim bunu təmin etmişdi.
Qeyd edək ki, A.Ayxan artıq vəkil Elçin Sadıqovla müqavilə bağlayıb. Məhkəmə hazırlıq iclası bu gün saat 14:30-da olacaq.

Elşad MƏMMƏDLİ

292 dəfə baxılıb

[12.03.2010] - MİRZƏ SAKİT ALMANİYAYA YOLA DÜŞÜB

[12.03.2010] - AZƏR AYXAN APELYASİYA MƏHKƏMƏSİNƏ ETİRAZ MƏKTUBU GÖNDƏRƏCƏK

[12.03.2010] - EYNULLA FƏTULLAYEV PREZİDENTƏ MÜRACİƏTİNDƏ DƏHŞƏTLİ FAKTLAR AÇIQLADI

[12.03.2010] - ŞEYXÜLİSLAM JURNALİSTLƏRİN HƏBSDƏN BURAXILMASINI İSTƏYİR

[12.03.2010] - HÜQUQ MÜDAFİƏÇİLƏRİ EYNULLA FƏTULLAYEVİN VALİDEYNLƏRİNƏ BAŞ ÇƏKİB

[12.03.2010] - DÖVLƏT NEFT ŞİRKƏTİNDƏ STUL QOYMAĞA YER YOX İMİŞ

[11.03.2010] - BERLUSKONİ JURNALİSTİ TƏHQİR EDİB

[11.03.2010] - VƏKİLLƏR EYNULLANIN İSTİNTAQ MATERİALLARI İLƏ TANIŞ OLUR

[11.03.2010] - “ARTİCLE-19” HAKİMİYYƏTƏ TÖVSİYƏ VERDİ

[10.03.2010] - HARAŞTİ RİŞXƏND ETDİ

[10.03.2010] - “İNFORMASİYA AZADLIĞI NƏYİMİZƏ LAZIMDIR?”

[10.03.2010] - ELMAR HÜSEYNOV ONGÜNLÜYÜ BAŞA ÇATIR

[10.03.2010] - EMİN FƏTULLAYEVİN ATASI FRANSA SƏFİRİ İLƏ GÖRÜŞÜB

[10.03.2010] - AZƏR AYXANIN MƏHKƏMƏSİ MARTIN 15-də KEÇİRİLƏCƏK

[10.03.2010] - EYNULLA FƏTULLAYEVİN SORĞUSUNA CAVAB VERİLMƏYİB

[08.03.2010] - VƏKİLİ EYNULLA FƏTULLAYEVLƏ GÖRÜŞÜB

[07.03.2010] - TELEVİZİYALARIN “QIŞ BULVARI” SÜKUTU

[07.03.2010] - CƏLAL ƏLİYEVİN ŞİKAYƏTİNƏ MARTIN 15-də BAXILACAQ

[07.03.2010] - BEŞ İL ÖNCƏ GÜLLƏLƏNƏN AZƏRBAYCAN MƏTBUATI

[07.03.2010] - AzTV-dəki BİABIRÇILIQLA BAĞLI QALMAQAL BÖYÜYÜR

ARXIV

Yeni MÜSAVAT © 2008