|
![]() |
|||||||
|
|
||||||
|
|
|
|||||
Dünən Bakının Nizami Rayon Məhkəməsində akademik Cəlal Əliyevin “Yeni Müsavat” qəzetinin baş redaktorunun birinci müavini Azər Ayxana qarşı xüsusi ittiham qaydasında iddiası üzrə məhkəmənin hazırlıq iclası keçirilib. Hakim Ziya Əliyevin sədrliyi ilə keçirilən prosesdə A.Ayxanın vəkili Elçin Sadıqov vəsatət qaldıraraq, hakimdən C.Əliyevin şikayətinin öz icraatına qəbul edilməsindən imtina olunması barədə qərar qəbul etməsini xahiş edib. E.Sadıqov vəsatətində bildirib ki, C.Əliyev əsassız olaraq Cinayət Məcəlləsinin 147.1, 147.2 və 148-ci maddələri ilə xüsusi ittiham qaydasında şikayət verib. “Cəlal Əliyev məqalədə hansı ifadələrin böhtan, hansının təhqir olmasını əsaslandırmayıb. Onun mübahisə etdiyi ifadələr böhtan və təhqir hesab edilə bilməz. Həmçinin məhkəmə ölkədəki informasiya durumuna da diqqət yetirməlidir. Rəsmi hesabatlara görə, dövlət orqanları ”İnformasiya əldə etmək haqqında" Qanuna əməl etmirlər və onlara ünvanlanmış sorğuları qanunla müəyyən edilmiş müddətdə və qaydada cavablandırmırlar. Belə hallarda jurnalistin aldığı məlumatın düzgünlüyünü yoxlamaq imkanı da olmur. Məhkəmə eyni zamanda Cəlal Əliyevin deputat olmaqla onun ictimai-siyasi fiqur olduğunu nəzərə almalıdır. Eyni zamanda məhkəmə nəzərə almalıdır ki, yayılmış məlumat ictimai maraqlı məlumat olub". Vəkil E.Sadıqov həm də qeyd edib ki, şikayət vermiş şəxs məhkəmənin hazırlıq iclasına üzürlü səbəb olmadan iki dəfə gəlmədikdə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmə baxışının keçirilməsindən imtina olunmalıdır: “Bu, CPM-in 302-ci maddəsində göstərilir.
Konstitusiyanın 7, 12, 47, 50, 151-ci maddələrinə, Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında Azərbaycan Respublikasının Konstitusiya Qanununa, İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Konvensiyanın (Avropa Konvensiyası) 10-cu maddəsi və bu maddənin tətbiqi ilə bağlı Avropa Məhkəməsinin presedent hüququna, CM-in 1.2-ci, 3-cü, 25.2-ci maddələrinə, CPM-in 10, 12, 39, 302.1.2. maddələrinə əsasən xahiş edirəm ki, Cəlal Əliyevin Azər Abbasova (Ayxan) qarşı xüsusi ittiham qaydasında şikayətinin öz icraatına qəbul edilməsindən imtina olunması barədə qərar qəbul edəsiniz”.
Qarşı tərəfin nümayəndəsi Məzahir Sadıqov isə bildirib ki, məhkəmədə iddiaçının özü yox, nümayəndəsi də iştirak edə bilər: “Həmçinin məqalədəki hansı ifadələrin təhqir, hansıların böhtan olduğu dəqiqliklə göstərilib”. R.QURBANLI 1050 dəfə baxılıb
|
[11.03.2010] - VƏKİLLƏR EYNULLANIN İSTİNTAQ MATERİALLARI İLƏ TANIŞ OLUR [10.03.2010] - HARAŞTİ RİŞXƏND ETDİ [10.03.2010] - “İNFORMASİYA AZADLIĞI NƏYİMİZƏ LAZIMDIR?” [10.03.2010] - ELMAR HÜSEYNOV ONGÜNLÜYÜ BAŞA ÇATIR [10.03.2010] - EMİN FƏTULLAYEVİN ATASI FRANSA SƏFİRİ İLƏ GÖRÜŞÜB [10.03.2010] - AZƏR AYXANIN MƏHKƏMƏSİ MARTIN 15-də KEÇİRİLƏCƏK [10.03.2010] - EYNULLA FƏTULLAYEVİN SORĞUSUNA CAVAB VERİLMƏYİB [08.03.2010] - VƏKİLİ EYNULLA FƏTULLAYEVLƏ GÖRÜŞÜB [07.03.2010] - TELEVİZİYALARIN “QIŞ BULVARI” SÜKUTU [07.03.2010] - CƏLAL ƏLİYEVİN ŞİKAYƏTİNƏ MARTIN 15-də BAXILACAQ [07.03.2010] - BEŞ İL ÖNCƏ GÜLLƏLƏNƏN AZƏRBAYCAN MƏTBUATI [07.03.2010] - AzTV-dəki BİABIRÇILIQLA BAĞLI QALMAQAL BÖYÜYÜR [07.03.2010] - KÖŞKLƏRDƏ YENİ QƏZET [06.03.2010] - “TƏZADLAR” QƏZETİ İLƏ AZTV ARASINDA QALMAQAL [05.03.2010] - AMERİKALI MEDİA OMBUDSMANI “YENİ MÜSAVAT”da OLDU [05.03.2010] - HƏBSDƏKİ JURNALİSTLƏRİN AİLƏ ÜZVLƏRİNİN İŞTİRAKI İLƏ TƏDBİR KEÇİRİLDİ [05.03.2010] - TOMAS HAMMERBERQ EYNULLA FƏTULLAYEVLƏ GÖRÜŞDÜ [05.03.2010] - GÜNDƏLİK QƏZETLƏR 9 GÜNLÜK FASİLƏ ETMƏK FİKRİNDƏ DEYİLLƏR [05.03.2010] - AzTV-nin KEÇMİŞ İŞÇİLƏRİ ACINACAQLI DURUMDA [05.03.2010] - JURNALİSTİN “YEDDİNCİ QAT” ADLI İLK KİTABININ TƏQDİMATI OLDU |
| Yeni MÜSAVAT © 2008 |
|