16 mart 2010
Onlayn ictimai-siyasi qəzet
ANA SƏHİFƏ SON DƏQİQƏ ARXİV ƏLAQƏ WAP
Media

ADNA-dan QOVULAN TƏLƏBƏ AKADEMİYANI MƏHKƏMƏYƏ VERİR

Elmin Bədəlovun hüquqlarını müdafiə komitəsi yaranacaq

Dünən Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun (RATİ) mətbuat mərkəzində “Poliqon” İnformasiya Agentliyinin (pia.az) redaktoru Elmin Bədəlov təhsil aldığı Azərbaycan Dövlət Neft Akademiyasından (ADNA) yazdığı tənqidi məqalələrə görə bu ali məktəbdən xaric olunması ilə bağlı mətbuat konfransı keçirdi.

E.Bədəlov akademiyadan haqsız yerə qovulduğuna görə ADNA-nı məhkəməyə verəcəyini söylədi: “Mənim məsələmlə bağlı dəfələrlə Təhsil Nazirliyinə müraciət etmişik. ADNA-dan isə nazirliyə məlumat verilib ki, guya mən akademik borcuma görə xaric olunmuşam. Hamı gözəl bilir ki, belə deyil. Məni universitetlərdən hazırladığım reportaja görə xaric ediblər. Çünki o məqalədə oxuduğum akademiyadakı vəziyyəti də yazmışdım. Təhsil Nazirliyi isə şikayətimə baxmır. Qovulmağım haqda əmri də mənə vermirlər ki, məhkəməyə müraciət edim. Artıq məni hərbi xidmətə də çağırıblar. Bunu nəzərə alıb ADNA-nı məhkəməyə verməyə hazırlaşıram”.
Tədbirdə çıxış edənlər isə dedi ki, yaxın günlərdə E.Bədəlovun hüquqlarını müdafiə komitəsi yaranacaq.
Xatırladaq ki, ADNA-nın neft-mexanika fakültəsinin IV kurs tələbəsi E.Bədəlovun təhsil aldığı ali məktəbdən xaric olunması ilə bağlı əmr yanvarın 22-də verilib. Səbəb kimi isə E.Bədəlovun 3 imtahandan kəsildiyi göstərilib.

Fərahim İLQAROĞLU

525 dəfə baxılıb

[15.03.2010] - BU GÜN MƏTBUAT ŞURASININ 7 İLLİYİDİR

[14.03.2010] - LALƏ ŞÖVKƏTİN 200 MİN İSTƏDİYİ QƏZET...

[14.03.2010] - “EYNULLA FƏTULLAYEVİN SENSASİON İTTİHAMLARI ARAŞDIRILMALIDIR”

[14.03.2010] - REDAKTORLAR, QARABAĞ SAVAŞINA HAZIRSINIZMI?

[14.03.2010] - RƏSMİ QƏZETLƏRƏ ZORLA ABUNƏ KÜTLƏVİLƏŞİR

[13.03.2010] - EYNULLA FƏTULLAYEVİN ATASI “ARTİCLE-19”un NÜMAYƏNDƏSİ İLƏ GÖRÜŞÜB

[13.03.2010] - “EYNULLA ELMARIN QƏTLİNİN ÜSTÜNÜ AÇIB...”

[12.03.2010] - MİRZƏ SAKİT ALMANİYAYA YOLA DÜŞÜB

[12.03.2010] - AZƏR AYXAN APELYASİYA MƏHKƏMƏSİNƏ ETİRAZ MƏKTUBU GÖNDƏRƏCƏK

[12.03.2010] - EYNULLA FƏTULLAYEV PREZİDENTƏ MÜRACİƏTİNDƏ DƏHŞƏTLİ FAKTLAR AÇIQLADI

[12.03.2010] - ŞEYXÜLİSLAM JURNALİSTLƏRİN HƏBSDƏN BURAXILMASINI İSTƏYİR

[12.03.2010] - HÜQUQ MÜDAFİƏÇİLƏRİ EYNULLA FƏTULLAYEVİN VALİDEYNLƏRİNƏ BAŞ ÇƏKİB

[12.03.2010] - DÖVLƏT NEFT ŞİRKƏTİNDƏ STUL QOYMAĞA YER YOX İMİŞ

[11.03.2010] - BERLUSKONİ JURNALİSTİ TƏHQİR EDİB

[11.03.2010] - VƏKİLLƏR EYNULLANIN İSTİNTAQ MATERİALLARI İLƏ TANIŞ OLUR

[11.03.2010] - “ARTİCLE-19” HAKİMİYYƏTƏ TÖVSİYƏ VERDİ

[10.03.2010] - HARAŞTİ RİŞXƏND ETDİ

[10.03.2010] - “İNFORMASİYA AZADLIĞI NƏYİMİZƏ LAZIMDIR?”

[10.03.2010] - ELMAR HÜSEYNOV ONGÜNLÜYÜ BAŞA ÇATIR

[10.03.2010] - EMİN FƏTULLAYEVİN ATASI FRANSA SƏFİRİ İLƏ GÖRÜŞÜB

ARXIV

Yeni MÜSAVAT © 2008