|
![]() |
|||||||
|
|
||||||
|
|
|
|||||
“Yeni Müsavat” qəzeti Prezident yanında Kütləvi İnformasiya Vasitələrinin (KİV) İnkişafına Dövlət Dəstəyi Fondunun elan etdiyi müsabiqəyə layihə təqdim etməyə hazırlaşır. Bu barədə qəzetimizin baş direktoru Ələsgər Süleymanov məlumat verib. “Üzərində işlədiyimiz layihələr var. Budəfəki müsabiqənin şərtlərində dəyişiklik var, mövzular azaldılıb. Elan olunan 6 mövzu ilə bağlı araşdırmalar, müqayisələr aparırıq, sahələrdən birini seçib, bununla bağlı layihəni fonda təqdim edəcəyik. Ümidvaram ki, qalib gələcəyik”, deyə Ə.Süleymanov qeyd edib. O, həmçinin vurğulayıb ki, qəzet fondun ötən il elan etdiyi müsabiqəyə də layihə təqdim edib və qalib gəlib: “”KİV-in fəaliyyətinə internet texnologiyaları tərəqqisinin tətbiqi" layihəsində qalib gəlmişdik. Onda bizə fond tərəfindən 12 min manat vəsait ayrılmışdı. Həmin vəsaitlə veb səhifəmizin yenidən qurulması və yeni dizaynda fəaliyyətini təmin etmişik. Nəticədə qəzetin elektron versiyasının təkmilləşmiş formasının dünyaya çıxışı reallaşıb. Bu, qəzetimizin çap formasını əldə edə bilməyən oxucularımıza yeni töhfə, informasiya almaq rahatlığı və eyni zamanda öz fikirlərini söyləmək imkanı verir. Hazırda saytımız fəaliyyət göstərir və yenilənmədən sonra saytın ziyarətçilərinin sayı iki dəfə artıb. musavat.com bu gün Azərbaycanda azərbaycandilli informasiya saytlarının içində öz birinciliyini qoruyur. Bununla bağlı sayğacları hər gün izləyirik, analiz edirik. Biz hədəfə çatmışıq". R.RƏFİYEVA 479 dəfə baxılıb
|
[09.02.2012] - ÇƏKİLİŞİ YARIMÇIQ SAXLANAN “ƏN YENİ TARİX” YAYIMLANMALIDIRMI? [08.02.2012] - “RATİ-ni BAĞLAMAQ İSTƏYİRLƏR” [07.02.2012] - SABAH QƏZETLƏR ÇIXACAQ [07.02.2012] - MƏHKƏMƏ RAFİQ TAĞININ AİLƏSİNİN APELYASİYA ŞİKAYƏTİNİ TƏMİN ETMƏDİ [07.02.2012] - “... AİLƏM HƏTTA CİBUTİYƏ DƏ YERLƏŞƏ BİLƏR” [07.02.2012] - “XURAL” QƏZETİNİN İKİ ƏMƏKDAŞININ QARŞILIQLI İTTİHAMLARI DAVAM EDİR [07.02.2012] - TÜRKİYƏ SƏFİRİ MEDİA KAPİTANLARI İLƏ NAHARDA BİR ARAYA GƏLDİ [05.02.2012] - RAFİQ TAĞININ ÖLÜMÜ İLƏ BAĞLI SENSASİON İDDİALAR [05.02.2012] - “XURAL” QƏZETİ İLƏ BAĞLI MÜBHƏM FAKT MƏLUM OLDU [02.02.2012] - ÖLKƏ SABAHI QƏZETSİZ QARŞILAYACAQ [02.02.2012] - MƏTBUAT ŞƏHƏRCİYİNİN YARIMÇIQ TİKİLİSİNDƏN REPORTAJ [02.02.2012] - İQTİDAR MƏTBUATININ XARİCİ MEDİA İLƏ “SAVAŞI”... [02.02.2012] - AYDIN QULİYEV İTTİHAMLARA CAVAB VERDİ [01.02.2012] - “AZAD MEDİA ÖLÜM AYAĞINDADIR” [01.02.2012] - “SƏYYAR SATIŞI GÖZƏLLİK BƏHANƏSİ İLƏ ƏNGƏLLƏYİRLƏR” [31.01.2012] - “BAKI XƏBƏR” İKİ QƏZETİ “TÜRKİYƏ CASUSU” ÇIXARTDI [31.01.2012] - PİŞİK GÜNEL, ARAZ ƏLİZADƏ VƏ ANS-in OBYEKTİV QƏRƏZİ... [31.01.2012] - MAHAL İSMAYILOĞLUNA AĞIR İTKİ ÜZ VERİB [31.01.2012] - PARLAMENTDƏ “YENİ MÜSAVAT”ın MƏHKƏMƏLƏRİ İLƏ BAĞLI MƏSƏLƏ QALDIRILACAQ [28.01.2012] - “SƏRHƏDSİZ REPORTYORLAR”ın HESABATINA İKİ FƏRQLİ BAXIŞ |
| Yeni MÜSAVAT © 2008 |
|