13 fevral 2012
Onlayn ictimai-siyasi qəzet
ANA SƏHİFƏ SON DƏQİQƏ ARXİV ƏLAQƏ WAP
Media

GÜNDƏLİK QƏZETLƏR 9 GÜNLÜK FASİLƏ ETMƏK FİKRİNDƏ DEYİLLƏR

2010-03-05

Aidiyyəti qurumlar isə tərəddüd içindədir

Nazirlər Kabinetinin 2009-cu ilin noyabrında qəbul etdiyi qərara əsasən martın 20, 21, 22, 23 və 24-ü Azərbaycanda Novruz bayramı hesab olunur və həmin günlər iş günü hesab edilmir. Martın 20-si və 21-i həftənin şənbə və bazar günlərinə düşdüyündən, martın 25-i və 26-sı da qeyri-iş günü hesab olunur. Təqvimə əsasən, martın 27-si şənbə, 28-i isə bazar günləridir və həmin günlər də qeyri-iş günüdür. Bununla Novruz bayramı ilə əlaqədar Azərbaycanda 9 gün qeyri-iş günü sayılır.

Maraqlıdır, bu günlər qəzetlər çap olunacaqmı?
“Azərbaycan” nəşriyyatının direktor müavini Bəsti İsmayılova “Yeni Müsavat”a açıqlamasında neçə gün istirahət edəcəkləri ilə bağlı hələlik heç bir qərar vermədiklərini bildirdi: “Bu qərar həm qəzetlərin işləməyindən, həm xüsusi sifarişdən, həm də ölkədəki vəziyyətdən asılı ola bilər. Bu səbəbdən qərarımız qətiləşməyib”.
“Qaya” mətbuat yayımı firmasının direktoru Xanhüseyn Əliyev də işlərinin qəzetlərdən asılı olduğunu bildirdi: “Rayonlardan fərqli olaraq biz Bakıda daha çox əl yayımı və abunə ilə yayılırıq. Ona görə də 4-5 qəzet çıxmalıdır ki, işçilərin maaşlarını verə bilək. Mən 9 günlük fasiləni alqışlamıram. İndidən məni dəhşət bürüyüb ki, 9 gün işləməsək, işçilərimə nəylə maaş verəcəm”.
“Bakı-xəbər” qəzetinin baş redaktoru Aydın Quliyev 9 günlük fasilənin gündəlik qəzet üçün uzun müddət olduğunu dedi: “İşləmədikcə, maddi ziyan çəkirik. Ona görə də ilkin razılaşmaya əsasən, 24-25 martdan başlayaraq işləyəcəyik. İşçilərimizə 4-5 gün istirahət verəndən sonra fəaliyyətə başlayacağıq”.
“Bizim yol” qəzetinin baş redaktor müavini Elçin Rüstəmli qəzetin hələ heç bir qərar vermədiyini açıqladı: “Gələn həftə müzakirə edəcəyik və yekun qərar verəcəyik”.
“Azadlıq” qəzetinin baş direktoru Azər Əhmədov bayram günlərində 2-3 gün istirahət etmək istədiklərini bildirdi: “Mətbuat yayımı firmalarına işləmək sərf edir. Bununla belə, biz addımlarımızı ”Yeni Müsavat" qəzeti ilə birgə koordinasiya edəcəyik. Bəri başdan heç nə deyə bilmərik".
“Yeni Müsavat” qəzetinin direktoru Ələsgər Süleymanov isə bayram günlərində istirahət etməyin ölkə mediasına böyük ziyan olduğunu bildirdi: “Ona görə də, hakimiyyət təmsilçiləri bu bayramın media üçün də bayram olmağına çalışmalıdırlar. Çünki 9 gün işləməmək gündəlik qəzetləri 10 min manatlarla ölçülən ziyana sala bilər”.
Ə.Süleymanovun sözlərinə görə, yuxarıdakı məsələlər həllini tapdığı halda digər məsələlər texniki xarakterlidir: “Yayım və çap firmalarının işləməsi bizdən asılı deyil. Bununla belə, 9 gün istirahət etmək fikrimiz yoxdur. Çalışacağıq ki, 3-4 günlük istirahətdən sonra çapa başlayaq”.

Nailə RÖVŞƏNQIZI

661 dəfə baxılıb

Xəbəri paylaş

[13.02.2012] - DÜNYADA JURNALİSTLƏRLƏ REDAKTORLAR KƏLLƏ-KƏLLƏYƏ GƏLİB

[12.02.2012] - EYNULLA FƏTULLAYEV DAHA BİR BEYNƏLXALQ MÜKAFAT ALDI

[11.02.2012] - QƏZETLƏR QAR VƏ MER FƏLAKƏTİNİN ZİYANINI HESABLADI

[10.02.2012] - QARABAĞLA BAĞLI SAYT YARADILDI

[10.02.2012] - QƏNİMƏT ZAHİD AD GÜNÜNDƏ İSTANBULDA

[10.02.2012] - UMUD RƏHİMOĞLU BMT-nin TOPLANTISINA QATILIB

[10.02.2012] - ƏL YAYIMINA QAR VƏ ABUTALIBOV MANEƏSİ

[10.02.2012] - İKİ UŞAĞI YANAN JURNALİST EKSPERTİZA İDARƏSİNİ MƏHKƏMƏYƏ VERƏCƏK

[09.02.2012] - ÇƏKİLİŞİ YARIMÇIQ SAXLANAN “ƏN YENİ TARİX” YAYIMLANMALIDIRMI?

[08.02.2012] - “RATİ-ni BAĞLAMAQ İSTƏYİRLƏR”

[07.02.2012] - SABAH QƏZETLƏR ÇIXACAQ

[07.02.2012] - MƏHKƏMƏ RAFİQ TAĞININ AİLƏSİNİN APELYASİYA ŞİKAYƏTİNİ TƏMİN ETMƏDİ

[07.02.2012] - “... AİLƏM HƏTTA CİBUTİYƏ DƏ YERLƏŞƏ BİLƏR”

[07.02.2012] - “XURAL” QƏZETİNİN İKİ ƏMƏKDAŞININ QARŞILIQLI İTTİHAMLARI DAVAM EDİR

[07.02.2012] - TÜRKİYƏ SƏFİRİ MEDİA KAPİTANLARI İLƏ NAHARDA BİR ARAYA GƏLDİ

[05.02.2012] - RAFİQ TAĞININ ÖLÜMÜ İLƏ BAĞLI SENSASİON İDDİALAR

[05.02.2012] - “XURAL” QƏZETİ İLƏ BAĞLI MÜBHƏM FAKT MƏLUM OLDU

[02.02.2012] - ÖLKƏ SABAHI QƏZETSİZ QARŞILAYACAQ

[02.02.2012] - MƏTBUAT ŞƏHƏRCİYİNİN YARIMÇIQ TİKİLİSİNDƏN REPORTAJ

[02.02.2012] - İQTİDAR MƏTBUATININ XARİCİ MEDİA İLƏ “SAVAŞI”...

ARXIV

Yeni MÜSAVAT © 2008