12 fevral 2012
Onlayn ictimai-siyasi qəzet
ANA SƏHİFƏ SON DƏQİQƏ ARXİV ƏLAQƏ WAP
Media

TOMAS HAMMERBERQ EYNULLA FƏTULLAYEVLƏ GÖRÜŞDÜ

2010-03-05

MTN isə baş redaktorun ittihamlarına “sərsəmləmə” deyərək, reaksiya verdi
Həbsdəki baş redaktorla bağlı ana müxalifət partiyası bəyanat yaydı

Milli Təhlükəsizlik Nazirliyi (MTN) “Gündəlik Azərbaycan” qəzetinin həbsdəki baş redaktoru Eynulla Fətullayevin ittihamlarına reaksiya verib. Nazirliyin ictimaiyyətlə əlaqələr mərkəzinin rəhbəri Arif Babayev “Media forum”a açıqlamasında “Biz sərsəmləmələri şərh etmirik” deyib. Xatırladaq ki, E. Fətullayev Qaradağ Rayon Məhkəməsinin ona qarşı yeni qanunsuz narkotik saxlamaq ittihamı üzrə istintaqın daha iki ay müddətinə uzadılması haqqında qərarından Bakı Apelyasiya Məhkəməsinə verdiyi şikayət ərizəsində MTN-ə qarşı ciddi ittihamlar səsləndirib.

Eynulla Fətullayev“Turan” İnformasiya Agentliyinin martın 3-də yaydığı məlumata görə, şikayət ərizəsində E.Fətullayev iddia edib ki, o, “Gündəlik Azərbaycan” və “Realnıy Azerbaydjan” qəzetlərinə baş redaktorluq etdiyi vaxt “Monitor” jurnalının baş redaktoru Elmar Hüseynovun qətlini araşdırdığına görə MTN-in təzyiqinə məruz qalıb. E.Fətullayevin iddiasına görə, onun araşdırmaları E.Hüseynovun qətlində MTN zabitinin şübhəli olduğunu göstərib. E.Fətullayev həmin zabitin Akif Çovdarov olduğunu, özünün isə bu araşdırmalara görə tutulduğunu iddia edir.
Şikayət ərizəsində E. Fətullayev bildirib ki, həbsdə olanda MTN rəhbərliyinin nümayəndələri, eləcə də A.Çovdarov onunla görüşüb, söhbətlər zamanı jurnalistə E. Hüseynovun qətli üzrə özəl araşdırma aparılmasının qanunsuz olduğu deyilib və məhbus baş redaktora MTN-lə əməkdaşlıq təklif olunub.
Akif ÇovdarovBelə ki, iyunun 14-də MTN əməkdaşı Dağbəyi Allahverdiyev cəzaçəkmə müəssisəsinə gəlib. (O, Çovdarovla birlikdə jurnalist Aqil Xəlili döymüşdü.) Allahverdiyev Fətullayevin 12 iyunda həbsxanada olan qiyamda iştirakı mümkünlüyünü araşdırıb.
İyulun sonlarında Penitensiar Xidmət rəhbərliyi İsaxan Aşurov vasitəsilə Fətullayevə əfv haqqında ərizə yazmağı təklif edib. Bildirilib ki, hökumət işi Strasburq məhkəməsinə çatdırmamaq üçün Fətullayevi azad etməyi qərara alıb. Jurnalistə səhvlərini etiraf etmək, İlham və Mehriban Əliyevanı bir daha tənqid etməyəcəyinə söz vermək və ya ölkəni tərk etmək təklif edilib. Lakin o, imtina edib.
E.Fətullayev istintaq vaxtının uzadılması qərarının ləğvini istəyir.

***

Elçin SadıqovDünən baş redaktorun vəkili Elçin Sadıqov, Avropa Şurasının (AŞ) insan haqları üzrə komissarı Tomas Hammerberq və AŞ-nin baş katibinin xüsusi nümayəndəsi Veronika Kotek Bakı İstintaq Tədricxanasında E.Fətullayevlə görüşüblər. E.Sadıqovun məlumatına görə, həm T.Hammerberq, həm də V.Kotek baş redaktora əllərindən gələn köməyi əsirgəməyəcəklərini bildiriblər. Bundan başqa, E.Fətullayev təhlükəsizliyi ilə bağlı tədbirlərin görülməsi məqsədilə Bakı İstintaq Təcridxanasının rəisinə müraciət edib.

***

Dünən Müsavat Partiyası hakimiyyətin E.Fətullayevə qarşı təzyiqlərini pisləyən bəyanat yayıb. Bəyanatda E.Fətullayevin müraciətindəki məlumatların ciddi araşdırılması, istintaqın gedişi ilə bağlı ictimaiyyətə məlumat verilməsi tələb olunur.
Müsavat Partiyası E. Fətullayevin həyatına yaranmış təhlükədən narahatlığını bildirir, onun təhlükəsizliyinə bilavasitə iqtidarın məsuliyyət daşıdığını bəyan edir və hüquq-mühafizə orqanlarından Eynulla Fətullayevin təhlükəsizliyinə təminat vermələrini tələb edir.
Xatırladaq ki, E.Fətullayev 2007-ci il aprelin 20-də Yasamal Rayon Məhkəməsinin qərarı ilə həbs edilib. Jurnalist 2005-ci ildə qələmə aldığı “Qarabağ gündəliyi” adlı silsilə yazılarında xocalıları təhqir etməkdə günahlandırılıb və ona 2 il 6 ay həbs cəzası verilib. Tutulandan sonra ona əlavə ittihamlar irəli sürülüb və jurnalist 2007-ci il oktyabrın 30-da 8 il 6 ay müddətinə azadlıqdan məhrum olunub.
2009-cu il dekabrın 29-da cəza çəkdiyi 12 saylı cəzaçəkmə müəssisəsində jurnalistin üzərindən narkotik vasitə tapıldığı açıqlanıb. Jurnalistə Cinayət Məcəlləsinin 234.1 maddəsi ilə (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama) yeni cinayət işi açılıb. Hazırda bu cinayət işinin istintaqı gedir. E.Fətullayev yeni cinayət işinin istintaqı ilə əlaqədar Bakı İstintaq Təcridxanasında saxlanır.

Leyla İLQAR

1055 dəfə baxılıb

Xəbəri paylaş

[12.02.2012] - EYNULLA FƏTULLAYEV DAHA BİR BEYNƏLXALQ MÜKAFAT ALDI

[11.02.2012] - QƏZETLƏR QAR VƏ MER FƏLAKƏTİNİN ZİYANINI HESABLADI

[10.02.2012] - QARABAĞLA BAĞLI SAYT YARADILDI

[10.02.2012] - QƏNİMƏT ZAHİD AD GÜNÜNDƏ İSTANBULDA

[10.02.2012] - UMUD RƏHİMOĞLU BMT-nin TOPLANTISINA QATILIB

[10.02.2012] - ƏL YAYIMINA QAR VƏ ABUTALIBOV MANEƏSİ

[10.02.2012] - İKİ UŞAĞI YANAN JURNALİST EKSPERTİZA İDARƏSİNİ MƏHKƏMƏYƏ VERƏCƏK

[09.02.2012] - ÇƏKİLİŞİ YARIMÇIQ SAXLANAN “ƏN YENİ TARİX” YAYIMLANMALIDIRMI?

[08.02.2012] - “RATİ-ni BAĞLAMAQ İSTƏYİRLƏR”

[07.02.2012] - SABAH QƏZETLƏR ÇIXACAQ

[07.02.2012] - MƏHKƏMƏ RAFİQ TAĞININ AİLƏSİNİN APELYASİYA ŞİKAYƏTİNİ TƏMİN ETMƏDİ

[07.02.2012] - “... AİLƏM HƏTTA CİBUTİYƏ DƏ YERLƏŞƏ BİLƏR”

[07.02.2012] - “XURAL” QƏZETİNİN İKİ ƏMƏKDAŞININ QARŞILIQLI İTTİHAMLARI DAVAM EDİR

[07.02.2012] - TÜRKİYƏ SƏFİRİ MEDİA KAPİTANLARI İLƏ NAHARDA BİR ARAYA GƏLDİ

[05.02.2012] - RAFİQ TAĞININ ÖLÜMÜ İLƏ BAĞLI SENSASİON İDDİALAR

[05.02.2012] - “XURAL” QƏZETİ İLƏ BAĞLI MÜBHƏM FAKT MƏLUM OLDU

[02.02.2012] - ÖLKƏ SABAHI QƏZETSİZ QARŞILAYACAQ

[02.02.2012] - MƏTBUAT ŞƏHƏRCİYİNİN YARIMÇIQ TİKİLİSİNDƏN REPORTAJ

[02.02.2012] - İQTİDAR MƏTBUATININ XARİCİ MEDİA İLƏ “SAVAŞI”...

[02.02.2012] - AYDIN QULİYEV İTTİHAMLARA CAVAB VERDİ

ARXIV

Yeni MÜSAVAT © 2008